Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura Müstəqil Dövlətlər Birliyinin (MDB) standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində siyasəti həyata keçirən hökumətlərarası təşkilatıdır. Dövlətlərarası Şuranın əsas işçi orqanı ekspert qrupundan ibarət Standartlar üzrə Büro və Regional Məlumat Mərkəzidir.
Dövlətlərarası Şura Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən standartlaşdırma üzrə regional təşkilat kimi tanınmışdır (ISO Şurasının Qərarı 26/1996).
Ölkəmiz müstəqillik qazandığı müddətdən Dövlətlərarası Şura ilə əməkdaşlığına uyğun olaraq rəhbər şəxslərin illik görüşlərində və işçi qruplarının iclaslarında mütəmadi olaraq iştirak edir.