Neft və Kimya sənayesinin standartlaşdırma şöbəsi aşağıda göstərilən fəaliyyət növləri ilə məşğul olur:
Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsi aşağıda göstərilən fəaliyyət növləri ilə məşğul olur:
Zərurət olduğu halda milli standartlaşdırma qurumunun digər struktur bölmələri ilə birlikdə quruma daxil olmuş normativ hüquqi aktların, digər normativ sənədlərin layihələrinə dair rəy və təkliflər hazırlamaq;
Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların dərcini təşkil etmək;
Aqrar və qida sənayesi məhsulları sahəsinin standartlaşdırması üzrə normativ sənədlərin dövlət fondunu öz səlahiyyətləri daxilində idarə etmək və təkmilləşdirmək üzrə tədbirlər görmək;
Aqrar və qida sənayesi məhsulları sahəsində normativ sənədlər üzrə məlumatlar bankının avtomatlaşdırılmış sistemin yaradılmasında tövsiyələr vermək;
Standartlaşdırma sahəsində müvafiq normativ sənədlərin hazırlanmasının və tətbiqinin, istehsalçıların bu barədə tam dürüst informasiya təminatının, standartlaşdırma sisteminin təkmilləşdirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;
Aqrar və qida sənayesi məhsulları sahələrində dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə əməkdaşlıq etmək, danışıqlar aparmaq və ya danışıqların aparılmasında iştirak etmək, beynəlxaq müqavilələrin layihələrini hazırlamaq;
Aqrar və qida sənayesi məhsulları sahələrində normativ sənədlərin tərtib edilməsi, onların qeydiyyata alınması və uçotu üçün tədbirlər görmək;
Dövlət standartlaşdırma sistemində aparılan işlərin ümumi təşkilati-texniki qaydalarını müəyyən etmək və bu işləri əlaqələndirmək;
Digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə təsərrüfat subyektləri və qeyri - hökumət təşkilatlarının təklifləri nəzərə alınmaqla, standartlaşdırma üzrə illik və perspektiv planları formalaşdırmaq və həyata keçirilməsinə nail olmaq;
Aqrar və qida sənayesi məhsullarının keyfiyyəti və təhlükəsizliyi mövzusunda kütləvi informasiya vasitələrində (qazet, radio, televiziya) çıxışlar, dairəvi stol arxasında müzakirələr aparmaq, bu sahədə konkret tövsiyələr vermək;
Aqrar və qida sənayesi üzrə yaradılmış texniki komitələrdə təmsil olunmaq;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsi
Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, İnstitutun fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları, İnstitutun Baş direktorunun Əmr və Sərəncamlarını rəhbər tutur.
Şöbənin fəaliyyət istiqamətinə aşağıdakılar daxildir:
Uyğunğunluğun qiymətləndirilməsi, keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində idarəetmə sistemlərinə dair normativ sənədlərin hazırlanmasının və tətbiqinin, istehlakçıların bu barədə tam və səhih informasiya təminatının, standartlaşdırma sisteminin təkmilləşdirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;
Uyğunluğun qiymətləndirilməsi, keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində idarəetmə sistemlərinə dair normativ sənədlərərəyvermək, onların ölkə ərazisində qüvvəyə minməsi, tətbiqi, ekspertizası, dövri yoxlanılması, qüvvədə olma müddətinin artırılması və ləğv edilməsi üzrə müvafiq tədbirlər görmək;
Uyğunğunluğun qiymətləndirilməsi, keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində idarəetmə sistemlərinə dair milli, beynəlxalq (regional) və dövlətlərarası normaları, qaydaları və tövsiyyələri barədə məlumatların toplanmasını təşkil etmək;
dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə uyğunğunluğun qiymətləndirilməsi, keyfiyyət sistemləri, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində əməkdaşlıq etmək, danışıqlar aparmaq və ya danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;
Uyğunğunluğun qiymətləndirilməsi, keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik sahəsində modernləşmə və mühüm problemlərinin həllinə yönəlmiş elmi-tədqiqat və təcrübə-layihə işlərinin təşkili, həmçinin elm, təhsil müəssisələrinin fəaliyyətlərini əlaqələndirmək və reallaşdırmaq;
Fəaliyyət istiqaməti üzrə müraciətləri cavablandırmaq, vətəndaşların qəbulunu həyata keçirmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək.
Tərcümə və nəşrlər mərkəzi aşağıda göstərilən fəaliyyət növləri ilə məşğul olur:
Texniki reqlamentlər, dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq(regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi və digər məlumatları dərc edir;
Dövlət standartları, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq və digər dövlətlərin standartları və standartlaşdırma(müvafiq sahədə) üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, kataloqlar, habelə onların tətbiqi qaydalarını, institutun fəaliyyətinə dair hesabatlar, arayış, çıxış və məruzələri lazımi hallarda müvafiq dillərə (rus, ingilis və Azərbaycan dili) tərcümə edir;
Dövlət və dövlətlərarası standartların elektron kataloqunun hazırlayır;
“Standartlaşdırma haqqında” Qanuna uyğun olaraq milli standartlaşdırma qurumunun qəbul etdiyi standartlaşdırma üzrə normativ sənədlərin və digər nəşr materiallarının, rəsmi yayımının təşkil edir;
Standartlaşdırma üzrə dövlət fondu bazasında standartlaşdırma üzrə normativ sənədlərin kağız və elektron daşıyıcılarda nəşr edilməsini təşkil edir;
Müvafiq sahədə normativ sənədlərin hazırlanması və tətbiqinə dair istehlakçıların tam və səhih informasiya almasını təmin edir;
Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Əlaqələndirmə və planlaşdırma şöbəsi aşağıda göstərilən fəaliyyət növləri ilə məşğul olur:
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Strateji Yol Xəritələrinin, Dövlət Proqramlarının standartlaşdırma sahəsinə aid olan tədbirlərinin icrasını təmin edilməsi.
Mövcud Texniki Komitələrin işinin təkmilləşdirilməsi
Texniki komitələrin işinin əlaqələndirilməsi
İstehsalat və xidmət sahələri üzrə standartlaşdırma sahəsində beynəlxalq təcrübəyə uyğun olaraq yeni Texniki Komitələrin yaradılmasınınəlaqələndirilməsi
Sənayenin və iqtisadiyyatın tələblərinə uygunstandartlaşdırma üzrə Milli standartlaşdırma proqramının hazırlanmasının və icrasınınəlaqələndirilməsi
Digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə təsərrüfat subyektləri və qeyri-hökumət təşkilatlarının təklifləri nəzərə alınmaqla, standartlaşdırma üzrə illik və perspektiv planlarınformalaşdırılması, təsdiq üçün rəhbərliyə təqdim edilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi
Ölkə iqtisadiyyatının yüksəlməsinə, istehsal sahələrində texnoloji proseslərin, iş və xidmətlərin təkmilləşdirilməsinə və bu sahədə mövcud olan beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə standartlaşdırma sisteminin inkişafı üzrə işlərin təşkil edilməsi
İnstitut rəhbərliyinin əmr və tapşırıqlarının icra edilməsi.