Azərbaycan Standartlaşdırma İnstitutunun publik hüquqi şəxsin tabeliyində faəliyyət göstərən Səyyar asfaltbeton Sınaq Laboratoriyası, Tikinti Materiallarınin Sınaq Laboratoriyası, Yüngül Sənaye Məhsullarının Sınaq Laboratoriyası, Neft-Qaz və Neft-Kimya Məhsullarının Sınaq Laboratoriyası və İmişli Tikinti Materiallarının Sınaq Laboratoriyası müasir tələblərə cavab verir.
Laboratoriyalarda Avropa Standartlarına cavab verən Türkiyə, Almaniya, ABŞ, Yaponiya və Rusiya və digər qabaqcıl ölkələrdə istehsalı olan avadanlıq və cihazlardan istifadə etməklə keyfiyyət göstəricilərinin təyin edilməsi mümkündür.
Sınaq laboratoriyaları öz fəaliyyətində akkreditasiya sahəsinə uyğun olan beynəlxalq və yerli metodlardan istifadə edərək, təqdim olunan məhsulun fiziki-mexaniki və fiziki-kimyəvi sınaqlarını apararaq, sınaq protokolları ilə rəsmiləşdirir.
Sınaq laboratoriyalarının akkreditasiya sahəsinə dair məlumatlar aşağıdakılardan ibarətdir:
Səyyar asfaltbeton sınaq laboratoriyası
Gəncə tikinti materiallarınin sınaq laboratoriyası
Yüngül sənaye məhsullarının sınaq laboratoriyası
Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası
Salyan yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası