Məhsulların və xidmətlərin sertifikatlaşdırılması

Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır. Bu baxımdan məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:

- bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;

- istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;

- Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.

Azərbaycan Respublikasında milli sertifikatlaşdırma sistemi aşağıdakı normativ hüquqi sənədlər əsasında tənzimlənir:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli qanunu;

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli qanunu;

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-ci il tarixli qanunu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 1993-cu il tarixli 343 nömrəli qərarı;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 1998-ci il tarixli 151 nömrəli qərarı;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 142 nömrəli qərarı;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 avqust 1998-ci il tarixli 175 nömrəli qərarı.

Sertifikatlaşdırmanın növləri

Sertifikatlaşdırma işləri AZS 498-2010 “Oxşar məhsulların sertifikatlaşdırma sistemi” milli standartında müəyyən edilmiş tələblərə, həmçinin beynəlxalq normalara müvafiq olaraq aşağıdakı sertifikatlaşdırma sxemlərinə uyğun olaraq həyata keçirilir.

- məhsul partiyasından götürülən nümunələrin sınaqlarının aparılması yolu ilə;

- ticarətdən götürülmüş nümunələrin nümunələrin sınaqlarının aparılması yolu ilə;

- istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə;

- həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə;

- həm istehsalatın sertifikatlaşdırılması və həmçinin nümunələrin sınaqlarının aparılması yolu ilə;

- keyfiyyət idaəretmə sisteminin sertifikatlaşdırılması və ya istehsalatın sertifikatlaşdırılması (attestasiyası) yolu ilə.

İstehsal edilən məhsulların sertifikatlaşdırılması üçün tələb olunan sənədlər:

- Sifarişlə bağlı müraciət məktubu;

- Müəssisənin rekvizitləri;

- Müəssisənin adı;

- Bank rekvizitləri;

- Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;

- VÖEN (sürəti);

- Əlaqə telefonu;

- Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;

- məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

- keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);  (İSO)

- istehsalçının apardığı sınaqların protokolları: (zərurət olduğu halda)

İdxal və ixrac edilən məhsulların sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan sənədlər:

- Sifarişlə bağlı müraciət məktubu;

- Müəssisənin rekvizitləri;

- Müəssisənin adı;

- Bank rekvizitləri;

- Hüquqi və faktiki ünvan;

- VÖEN;

- Xidmət müqaviləsinin surəti;

- Məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;

- Keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);

- Məhsula dair laborator sınaq protokolları (zərurət olduğu halda).

Yeyinti məhsullarının üçün sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan əlavə sənədlər:

- Gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;

- Heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;

- Emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatın surəti.

Xarici uyğunluq sertifikatlarının tanınması üçün sifarişçidən tələb olunan sənədlər:

- Sifarişlə bağlı müraciət məktubu;

- Müəssisənin rekvizitləri;

- Müəssisənin adı;

- Bank rekvizitləri;

- Hüquqi və faktiki ünvan;

- VÖEN;

- Xidmət müqaviləsinin surəti;

- Xarici uyğunluq sertifikatının əslini və ya onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti;

- Əsasında sertifikatlaşdırma aparılmış normativ sənədlər;

- Sertifikatların qarşılıqlı tanınması haqqında tərəflər arasında müqavilədə nəzərdə tutulduğu halda sertifikatlaşdırma sınaqlarının protokolları (zərurət olduğu halda);

- İstehsalçının keyfiyyət şəhadətnaməsi (sertifıkatı);

QEYD: Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.

Əlaqəli şəxs:  Səbinə Məmmədli - Baş direktorun müavini- Uyğunluğun qiymətləndirilməsi departamentinin direktoru

Telefon: (+99412) 514-96-03 (daxili 110),  e-mail: s.mammadli@azstand.gov.az
 
 
 


Bizim partnyorlarımız