Sertifikatlaşdırmanın növləri
Sertifikatlaşdırma işləri AZS 498-2010 “Oxşar məhsulların sertifikatlaşdırma sistemi” milli standartında müəyyən edilmiş tələblərə, həmçinin beynəlxalq normalara müvafiq olaraq aşağıdakı sertifikatlaşdırma sxemlərinə uyğun olaraq həyata keçirilir.
- məhsul partiyasından götürülən nümunələrin sınaqlarının aparılması yolu ilə;
- ticarətdən götürülmüş nümunələrin nümunələrin sınaqlarının aparılması yolu ilə;
- istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə;
- həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqlarının aparılması yolu ilə;
- həm istehsalatın sertifikatlaşdırılması və həmçinin nümunələrin sınaqlarının aparılması yolu ilə;
- keyfiyyət idaəretmə sisteminin sertifikatlaşdırılması və ya istehsalatın sertifikatlaşdırılması (attestasiyası) yolu ilə.
İstehsal edilən məhsulların sertifikatlaşdırılması üçün tələb olunan sənədlər:
- Sifarişlə bağlı müraciət məktubu;
- Müəssisənin rekvizitləri;
- Müəssisənin adı;
- Bank rekvizitləri;
- Hüquqi və fəaliyyət göstərdiyi faktiki ünvanı;
- VÖEN (sürəti);
- Əlaqə telefonu;
- Sertifikatlaşdırılacaq məhsulun (xidmətin) adı;
- məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;
- keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda); (İSO)
- istehsalçının apardığı sınaqların protokolları: (zərurət olduğu halda)
İdxal və ixrac edilən məhsulların sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan sənədlər:
- Sifarişlə bağlı müraciət məktubu;
- Müəssisənin rekvizitləri;
- Müəssisənin adı;
- Bank rekvizitləri;
- Hüquqi və faktiki ünvan;
- VÖEN;
- Xidmət müqaviləsinin surəti;
- Məhsula dair normativ, konstruktor və texnoloji sənədlər;
- Keyfiyyəti idarəetmə sisteminin sertifıkatı (olduğu halda);
- Məhsula dair laborator sınaq protokolları (zərurət olduğu halda).
Yeyinti məhsullarının üçün sertifikatlaşdırılması üçün sifarişçidən tələb olunan əlavə sənədlər:
- Gigiyenik və ya qida təhlükəsizliyi sertifikatının surəti;
- Heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
- Emal olunmuş bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatın surəti.
Xarici uyğunluq sertifikatlarının tanınması üçün sifarişçidən tələb olunan sənədlər:
- Sifarişlə bağlı müraciət məktubu;
- Müəssisənin rekvizitləri;
- Müəssisənin adı;
- Bank rekvizitləri;
- Hüquqi və faktiki ünvan;
- VÖEN;
- Xidmət müqaviləsinin surəti;
- Xarici uyğunluq sertifikatının əslini və ya onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti;
- Əsasında sertifikatlaşdırma aparılmış normativ sənədlər;
- Sertifikatların qarşılıqlı tanınması haqqında tərəflər arasında müqavilədə nəzərdə tutulduğu halda sertifikatlaşdırma sınaqlarının protokolları (zərurət olduğu halda);
- İstehsalçının keyfiyyət şəhadətnaməsi (sertifıkatı);
QEYD: Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.
Əlaqəli şəxs: Səbinə Məmmədli - Baş direktorun müavini- Uyğunluğun qiymətləndirilməsi departamentinin direktoru
Sifarişlı bağlı müraciət məktubu.pdf