| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
27282930
Elanlar
Çap versiyası
23.06.2017

Patent müvəkkillərinin attestasiyası keçiriləcək 

Patent və Əmtəə Nişanları Mərkəzi elan edir ki, 15 sentyabr 2017-ci il tarixdə saat 11:00-da mərkəzin ofisində (Bakı şəhəri, M.İbrahimov küçəsi 53.) patent müvəkkillərinin attestasiyası həyata keçiriləcək.

Patent müvəkkili statusu almaq istəyən şəxslər attestasiyadan keçmək üçün Patent və Əmtəə Nişanları Mərkəzinin Bakı şəhəri, Mərdanov qardaşları 124 küçəsi hüquqi ünvanına ərizə ilə müraciət etməlidir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirməyə dair sənəd və ya həmin sahədə ən azı iki il stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən dövlət rüsumunun ödənilməsini təsdiqləyən sənəd əlavə olunmalıdır.

Patent müvəkkili statusu almaq istəyən şəxslər ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin hər hansı biri və ya bir neçəsi sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd etməlidir.

Əlavə məlumat almaq üçün (+994) 12 594 37 70/71 (dax. 109) nörməsinə müraciət etmək olar.

 

                                                                             Attestasiya komissiyası

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır