| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Xəbər arxivi
Çap versiyası
21.12.2017

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 
rəsmi loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edilib
 

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs  korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir. Korporotiv loqonun dizaynı özündə institutun fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin loqo rəngli və konseptual görünüşlü olmalıdır.

İnstitutun fəaliyyəti aşağıdakılardır:

- İnstitut Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun  əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir;

- İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və  sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq.

Layihə təkliflərini 2018-ci ilin 22 yanvar tarixinədək office@standard.gov.az  elektron poçtuna və ya institutun Bakı şəhəri, İsaqzadə qəsəbəsi 7-ci köndələn ünvanında yerləşən inzibati binasına göndərə bilərsiniz.

Əlaqələndirici şəxs: Fəridə Bəşirova- şöbə müdiri Tel: (012) 514 96 03 (110)

 E-mail: f.beshirova@standard.gov.az

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır