| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Xəbər arxivi
Çap versiyası
07.12.2017

Azərbaycan Akkreditasiya Mərkəzi ilə Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO

Tbilisi şəhərində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfdən mərkəzin Baş direktoru v.i.e. Sabiq Abdullayev, Gürcüstan tərəfdən Gürcüstan Akkreditasiya Mərkəzinin Baş direktoru Paata Gogolidze  imzalayıb.

Memorandum çərçivəsində tərəflər akkreditasiya fəaliyyətinin izlənilməsi, personalın təhsili və ixtisasının artırılması, məlumat mübadiləsinin aparılması, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası mövzusunda konfranslar, tematik seminarlar, birgə tədbirlərin təşkil edilməsi, akkreditasiya sahəsində beynəlxalq standartların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması, akkreditasiya edilmiş laboratoriyaların laboratoriyalararası müqayisələrdə və ixtisas yoxlamaları proqramlarında iştirakına yardım edilməsi məsələlərində əməkdaşlıq edəcəklərinə dair  razılığa gəliblər.

Artıq bununla bağlı ilk təcrübə mübadiləsi proqramı icra olunub. Gürcüstan Akkreditasiya Mərkəzinin dəvəti ilə mərkəzin Laboratoriyaların akkreditasiyası departamentinin əməkdaşları Tbilisiyə səfər ediblər.

Səfər zamanı iştirakçılara Gürcüstan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini, eyni zamanda qurumun keyfiyyət üzrə meneceri Malxaz  Xarebava tərəfindən təşkilatın strukturu, iş prinsipləri və fəaliyyəti, keyfiyyəti idarəetmə sistemi, ekspertlər bazasının formalaşdırılması, akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsilçiliyi barədə ətraflı məlumatlar verilib, habelə Gürcüstanın milli orqanı tərəfindən akkreditasiya prosesinin (akkreditasiyaya dair müraciətin qəbulu, qiymətləndirmə mərhələsinin təşkili, qərarları qəbuletmə mexanizmi, reyestrin aparılması və s.) həyata keçirilməsi geniş şəkildə izah edilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli, 1234 nömrəli Fərmanına əsasən Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsi, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyası sahələrində fəaliyyəti həyata keçirən milli orqandır.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır