| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
23.05.2017

Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin direktoru Mərakeşdə Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə beynəlxalq seminarda iştirak edib - FOTO

Mərakeşin Kasablanka şəhərində keçirilmiş ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən təşkil olunan və ABŞ Dövlət Departamentinin Orta Şərq Tərəfdaşlığı Təşəbbüsü tərəfindən maliyyələşdirilən Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə Orta Şərq və Şimalı Afrika Regional Proqramını əhatə edən seminarda Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru v.i.e. Günel Sevdimalıyeva iştirak edib. Tədbirdə ABŞ-ın texnologiyaların transferi sahəsində qabaqcıl universitetlərindən biri olan Stanford Universitetinin professorları mövzu üzrə təlim keçirib. Körfəz ölkələrinin (Bəhreyn və Küveyt) və Mərakeşin nümayəndə heyətləri isə ölkələrindəki kiçik və orta sahibkarlığın inkişafı prespektivləri barədə təcrübələrini bölüşüb.

Azərbaycan nümayəndə heyətinin Mərakeşin əqli mülkiyyət təşkilatının (OMPIC) Baş direktoru və rəhbər heyəti ilə görüşü keçirilib, OMPIC-in işi, strategiyası, fəaliyyət planı ilə tanış olublar.

Görüşdə kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramları, dövlət prosedurları, innovasiyaların təşviqi və texnologiyaya əsaslanmış sahibkarlığın təşviqinə dair mövzular müzakirə olunub.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır