| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
10.05.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir - FOTO

10 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ulu öndərin həyat və fəaliyyətindən bəzi məqamları əks etdirən qısametrajlı filmin nümayişi olub.

Sonra çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov bildirmişdir ki, bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə müstəqilliyimizin nailiyyətləri ilə fəxr edir, bu nailiyyətləri gündən-günə artırır, dünya iqtisadiyyatına, mədəniyyətinə öz tövhələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur, bu təşkilatlar vasitəsilə dünyada öz sözünü deyə bilir. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyev dühası, onun uzaqgörənliyi və vətənini canından da artıq sevməsi dayanır.

Komitə sədrinin müavini qeyd edib ki, hələ keçmiş Dövlət Təhülkəsizlik Komitəsində çalışarkən əsl vətənpərvərlik nümunəsi göstərərək bir çox namuslu soydaşımızı təqiblərdən qoruyan bu böyük şəxsiyyətin 1969-cu ildən Azərbaycana başçılıq etdiyi dövrdə gördüyü ilk tədbirlərdən biri keçmiş SSRİ-də ancaq xammal mənbəyi kimi tanınan və bütün iqtisadi göstəriciləri ilə ittifaq respublikalarından geridə qalan bir respublikanı dirçəltmək idi. Həmin dövrdə Azərbaycan iqtisadiyyatı tənəzzül dövrünü keçirirdi. H.Əliyev qısa müddət ərzində Azərbaycanı sırf aqrar respublikadan sənaye respublikasına çevirdi, 1970-1985-ci illərdə Azərbaycanda 250-dən çox sənaye müəssisəsi yaradıldı, dünyanın 65 ölkəsinə 350-dən artıq məhsul ixrac edilməyə başlandı, o dövrdə Sovet İttifaqında son elmi-texniki nailiyyətlərdən hesab olunan Bakı Kondisioner Zavodu 2 il ərzində tikilib istifadəyə verildi, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, ali hərbi məktəblərə azərbaycanlı kursantların qəbulu, yüzlərlə gəncin Rusiyanın qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilməsi, su elektrik stansiyalarının inşası və bir çox digər bunun kimi böyük quruculuq işləri onun adı ilə bağlıdır

Ümummilli liderin 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi və tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra gördüyü işlərin miqyasına diqqət çəkən Niyazi Rəhimov Azərbaycanın az qala itirməkdə olan müstəqilliyini qoruyub saxladığını, ölkəni bürüyən özbaşınalıq və xaosun aradan qaldırıldığını, vətəndaş müharibəsinin qarşısının alınmasını, Azərbaycanın neft strategiyasının həyata keçirildiyini, bununla da dağılmış iqtisadiyyatın bərpa olunmasına başlandığını nümunə çəkmişdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinin inkişafının da Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayan komitə sədrinin müavini qeyd etmişdir ki, ulu öndərin təşəbbüsü ilə bu sahələrdə əsaslı inkişafa nail olmaq üçün 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında” və s. Qanunlar qəbul edilmişdir: “Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Agentliyin bazasında Dövlət Komitəsi, az sonra 4 aprel 2012-ci il tarixində Komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman verilərək qurumun tərkibində 3 Dövlət Xidməti yaradılmışdır”. 2017-ci ilin 10 fevral tarixində idarəetmə daha da təkmilləşdirilərək cənab Prezidentin Fərmanına uyğun olaraq yeni publik hüquqi şəxslər təsis edilmişdir.

Sonra çıxış edən struktur bölmə rəhbərləri və gənc dövlət qulluqçuları Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılan əsaslı iqtisadi islahatlar, o cümlədən keyfiyyət infrastrukturunun yaradılması, sahibkarlara dövlət dəstəyi, beynəlxalq standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, patent siyasətinin həyata keçirilməsi, istehlakçı hüquqlarının etibarlı qorunması və s. məsələlər ilə bağlı məruzələr etmişlər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə abadlıq-quruculuq işləri aparılıb, İnstitutun ərazisində  çoxlu sayda ağac, gül, bəzək kolları əkilib. İməclikdə iştirak edənlər ulu öndərə ehtiramlarını ifadə edərək, ekoloji tarazlığın təmin edilməsi istiqamətində bundan sonra da yaşıllaşdırma işlərində fəal iştirak edəcəklərini bildiriblər.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır