| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər arxivi
Çap versiyası
27.04.2017

Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin İnkişafına dair seminar keçirilir - FOTO

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Azərbaycanda patent məlumat baza axtarışları və Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzlərinin (TİDM) İnkişafına dair” 2 günlük təlim-seminar öz işinə başlayıb.

Təlimin açılış mərasimində SMPDK sədrinin müavini Niyazi Rəhimov bildirib ki, seminarın əsas məqsədi ixtiraçılara ÜƏMT-nin patent axtarış sistemi vasitəsi ilə imkanlar yaratmaq və ixtiraların beynəlxalq ÜƏMT sistemində mühafizəsi imkanlarını və yollarını öyrətməkdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayan komitə sədrinin müavini Prezident İlham Əliyev tərəfindən ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişafın dayandığını xüsusi vurğulayıb: “Qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Dünyada mövcud ən son yeniliklər və ixtiralar haqqında məlumatların əlçatımlılığına xidmət edən və ÜƏMT tərəfindən uğurla tətbiq edilən Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzlərinin Azərbaycanda yaradılması istiqamətində addım olaraq keçirilən sayca 2-ci seminar əqli mülkiyyət sahəsində yeni uğurların əldə edilməsinə xidmət edəcək və ÜƏMT ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacaq”.

Niyazi Rəhimov əlavə edib ki, ölkəmizdə innovativ iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan biri də patent hüququ obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsidir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi təsis edilmişdir. Onun sözlərinə görə TİDM-lərin formalaşmasında, patent sistemi üzrə təlimçilərin yetişdirilməsində Mərkəzin böyük rolu olacaqdır.

ÜƏMT-nin İnnovasiya və Texnologiyaya Dəstək Bölməsinin Proqram əməkdaşı Mussadiq Huseyn Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.

Sonra seminar mövzular üzrə davam etdirilib. “Azərbaycan Respublikasında TİDM layihəsinin inkişafı və həyata keçirilməsi: Problemlər və gələcək addımlar”, “TİDM-lərin qurulmasında ÜƏMT-nin dəstək fəaliyyətləri”, “Rusiya Federasiyasında TİDM şəbəkəsinin inkişafı”, “Patent axtarışı vasitələri və strategiyaları”, “Axtarış üçün Beynəlxalq Patent Təsnifatının (BPT) istifadəsi”, “Patentin yoxlanılmasına giriş”  mövzularında məruzələr dinlənilib.  

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır