| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
23.11.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Türkiyə Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüş olub

Cari ilin 22 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralını qəbul edib. Komitə sədri Azərbaycanla Türkiyə arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, sənaye mülkiyyətinin mühafizəsi və metrologiya sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O, 2004-cü il 13 aprel tarixində Azərbaycanla Türkiyə arasında imzalanmış sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin, 2009-cu il 14 avqust tarixində komitə və Türk Standartlar İnstitutu arasında imzalanmış Memorandumun iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini bildirib. Bundan başqa 2012-ci il 12 sentyabr tarixində texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Memorandum, 2013-cü il 23 may tarixində komitə və Türkiyə Respublikasının  Elmi  və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutu (UME) arasında memorandum, 23 may  2013-cü il tarixində komitə vəTürkiyə Respublikasının  Elmi  və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutu (UME) arasında Memorandum, 2016-cı il 21 iyun tarixində komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) və Türk Patent İnstitutu arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini qeyd edib.

Səfir Erkan Ozaral da öz növbəsində görüş təklifini qəbul etdiyi üçün komitə sədrinə minnətdarlığını bildirib və komitə ilə Türkiyə Respublikasının standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi qurumları arasında qurulan əməkdaşlıqdan danışıb. Səfir iki ölkənin metrologiya qurumlarının Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (KOOMET), Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM,  BIPM ) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML) və digər beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq etdiklərini bildirib. O, həmçinin müştərək təlimlərin təşkili, standartların harmonizasiyası, standartlaşdırma üzrə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, xidmətlərin, idarəetmə sistemlərinin və məhsulların sertifikatlaşdırılması, metrologiya, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üzrə birgə layihələrin həyata keçirilməsinin çox mühüm olduğunu qeyd edib.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır