| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
17.11.2016

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin nümayəndələri ilə görüş olub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri ilə Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin nümayəndə heyəti arasında görüş keçirilib.

Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Müzakirələrin nəticəsində hər iki qurum arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılıq əldə edilib. İmzalanacaq Memorandum layihəsində Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin hazırladığı standartların Azərbaycan ərazisində tətbiq edilməsi, standatların işlənməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və yerli kadrların bilik və bacarıqlarının artırılması üçün müvafiq sahədə ortaq treninqlər və təlimlərin, eləcə də ekspertlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi kimi məsələlər öz əksini tapmışdır.

Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti 1898-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat materiallar, məhsullar, sistem və xidmətlər üzrə könüllü standartların işlənib hazırlanması ilə məşğul olur. Təşkilatın standartları Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında hazırlanır. Cəmiyyətin hazırladığı 12000-dək bazaryönümlü standartdan 5000-i dünyanın 60-dək ölkəsində milli standart kimi qəbul edilib. Təşkilatda 140 ölkədən 32000-dək biznes qurumu, istehlakçı birlikləri, elmi müəssisələr təmsil olunur. Eyni zamanda təşkilatda 140 adda standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Texniki komitələr metal konstruksiyaları, neft, istehlak malları, eləcə də nanotexnologiyalar və sənaye biotexnologiyaları sahələri üzrə ixtisaslaşıblar.

Təşkilatın mənzil qərargahi Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşir və Belçika, Çin, Kanadada regional mərkəzləri fəaliyyət göstərir.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır