| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər arxivi
Çap versiyası
17.11.2016

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə elan edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqənin birinci mərhələsini elan edib.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə keçirilən bu müsabiqə haqqında Qərar 25 noyabr 2005-ci il tarixdə MDB hökumət başçıları Şurası tərəfindən təsdiq edilmişdir.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına (qaydalar təqdim ediləcək) müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) cari ilin 5 dekabrınadək Komitəyə təqdim etməlidirlər. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar  üçün bir neçə tələb də müəyyən edilmişdir. Belə ki, milli orqan tərəfindən elan edilmiş müsabiqədə iştirak, iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiq edilmiş olması və istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) əsas tələblərdir. Müsabiqədə istehsal təyinatlı məhsulların istehsalı, istehlak məhsullarının istehsalı, ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı və habelə xidmət sahələri ilə məşğul olan təşkilatlar iştirak edə bilərlər. Müsabiqədə iştirak könüllüdür.

Müsabiqənin 1-ci mərhələsinin qalibləri 01.01.2017-ci il tarixinədək xüsusi komissiya tərəfindən müəyyən ediləcək, müvafiq mükafatlarla təltif olunub, respublikanın kütləvi informasiya vasitələrində elan ediləcəklər. Sonra isə 2-ci mərhələdə iştirak üçün onların sənədləri MDB Dövlətlərarası Şuraya təqdim ediləcək. 

Xatırladaq ki, müsabiqə iki ildən bir keçirilir.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır