| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Çap versiyası
04.10.2016

Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib

Cari ilin 3-4 oktyabr tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi  Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Elmi və Texniki Komissiyasının uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə 38-ci iclası keçirilib.Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının və Dövlətlərarası Şuranın nümayəndələri iştirak ediblər.

İclasda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində Azərbaycanın digər MDB ölkələri ilə qurulmuş həm ikitərəfli, həm də təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrindən razılıq, bu sahədə əldə olunan uğurlardan danışılıb. Bildirilib ki, ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyi nəticəsində rəqabətqabiliyyətli mal və məhsulların istehsal həcmi artır, yerli məhsullar xarici bazarlarda layiqli yer tuturlar. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bir sıra işlər görülüb. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun 2014-cü ildə qəbul olunduqdan sonra bu sahədəki fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi sürətlənib. Komitə yanında Dövlət Akkreditasiya Xidməti Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunub, komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunub.

Elmi-Texniki Komissiyanın uyğunluğun qiymətləndirilməsi üzrə 38-ci iclasında Dövlətlərarası Şuranın əvvəlki iclaslarında qəbul olunmuş qərarların icra vəziyyəti, 2016-2020 ci illər üzrə Dövlətlərarası Şuranın strukturunun inkişaf mexanizmi, Şuraya üzv dövlətlərin iqtisadi inkişafı üçün strategiyası, milli sertifikatlaşdırma sistemlərinin effektivliyi və uyğunluq sertifikatlarının qarşılıqlı tanınması, MDB ölkələrinin hüquqi bazasının inventarlaşdırılması, “Sertifikatlaşdırma işlərinin qarşılıqlı tanınması prinsipi haqqında” 1992-ci il iyunun 4-də bağlanmış Sazişə dəyişikliklər və gündəlikdə qarşıya qoyulan digər cari məsələlər müzakirə edilib.

Elmi-Texniki Komissiyanın akkreditasiya üzrə 38-ci iclasında isə "Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının qarşılıqlı tanınması haqqında” Saziş, beynəlxalq (ISO,IEC) standartlara keçidlə əlaqədar olaraq, həmin standartlar əsasında yeni dövlətlərarası (ГОСТ) standartların hazırlanması və digər mövzularda  müzakirələr olub.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır