| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
News archive
Print version
05.11.2012
Bakı şəhərində "Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri" mövzusunda 2 günlük seminar keçirilir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) birgə təşkilatçılığı ilə Bakı şəhərində "Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri" mövzusunda 2 günlük seminar öz işinə başlamışdır. 5-6 noyabr 2012-ci il tarixlərində keçiriləcək seminarda elektron patent məhkəməsi ilə bağlı Almaniya Federasiyasının təcrübəsi nümayiş etdiriləcək, bu sahənin ölkəmizdə tətbiqi imkanları müzakirə ediləcəkdir. Bununla əlaqədar olaraq Almaniya Federal Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel, hazırki sədr, hakim Norbert Mayer və hakim Martin Musiol ölkəmizdə səfərdədirlər.

Seminarı giriş sözü ilə açan Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən danımışdır. Onun sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunmaqdadır. Bu sahədə dünyada qabaqcıl yer tutmuş Cənubi Koreya təcrübəsinin ölkəmizdə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində onlayn qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək: "Elektron patent məhkəməsi anlayışı isə ölkəmizdə yeni olduğunu və bu sahədə də qabaqcıl ölkə hesab olunan Almaniyanın təcrübəsini öyrənmək yaxşı olardı. Ölkəmizin "Elektron Hökümət" quruculuğu prosesində bu sahədəki addımları da müsbət nəticə verəcək və bütün tərəflərə fayda verəcək".

Sonra Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Azərbaycandakı nümayəndəsi Rəşad Hüseynli bu sahədə Komitə ilə əməkdaşlığın perspektivlərindən söz açmışdır.

Almaniya Federal Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel "Hüquqi sənədlərin elektron mübadiləsinin hüquqi əsasları və problemləri", hazırki sədr, hakim Norbert Mayer "Hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri" haqqında məruzələr etmişlər. Seminarda Azərbaycanda "Elektron Hökümət" və məhkəmə müdafiəsinin əsasları, həmçinin Fedral Patent Məhkəməsində hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri haqqında da çıxışlar olmuşdur.

Sonda seminar iştirakçılarına "Almaniya Federal Patent Məhkəməsində İT texnologiyaları və elektron məhkəmə zalına dair" film nümayiş olunmuşdur. Seminarda patent müvəkkilləri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Akademiyası və s. qurumların nümayəndələri də iştirak etmişlər.
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio