| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
News archive
Print version
11.10.2012
Azərbaycan Respublikasında AZS 744-2012 "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 10 oktyabr 2012-ci il tarixli 106 nömrəli Əmri ilə AZS 744-2012 "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilmişdir. Standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il tarixindən müəyyən edilmişdir.

Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir. Dönər istehsal olunduğu yerdə (ictimai iaşə müəssisələrinin salonlarında və ya müvəqqəti yerləşdirilmiş sürətli xidmət iaşə müəssisələrində) satılır. Bu standart sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər.

Standarta əsasən hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır. Dönər bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır.

Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir. (misal üçün, resepturada 200 qram qeyd olunubsa ətin kütlə payı 100 qramdan az olmamalıdır)

Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun tempraturu 650C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır.

Standartda həmçinin dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilmişdir. Belə ki, personal ГОСТ 30524 tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio