| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
News archive
Print version
06.09.2012
Azərbaycan Respublikasında standartlaşdırma və metrologiya sahələrində kadr potensialının gücləndirilməsi məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində təlim mərkəzi təşkil olunmuşdur

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) standartlaşdırma və metrologiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təlim mərkəzi yaradılmışdır.

Mərkəzdə 30-a qədər mövzu üzrə kursların keçirilməsi nəzərdə tutulmuşdur. Mövzulara xətalar nəzəriyəsi, ölcmə nəticələrinin qeyri müəyyənliyinin hesablanması, təzyiq, tempratur, elektrik, fiziki-kimyəvi, mexaniki, xətti-bucaq, sərf və miqdar, radio-texniki, həcm və tutum ölcmə vasitələrinin kalibrlənməsi, İSO 22000:2005 "Qida məhsullarının təhlükəsizliyinin idarəedilməsi", standartlaşdırma və sertifikatlaşdırma, istehsalatın metroloji təminatı, beynəlxalq standartlarla uyğunlaşdırılmış dövlətlərarası standartların, o cümlədən QOST 8.586.1-8586 2005 «Измерение расхода количества жидкостей и газов с помощью стандартных сужающих устройство» standartının xüsusiyyətləri, xromatoqrafiya və xromatoqrafların kalibrlənməsi, çənlərin dərəcələnməsi, tamamlığını pozmadan məmulatların və məhsulların keyfiyyətinə nəzarət, müəssisələrdə İSO 9001:2008 "Keyfiyyəti idarəetmə sistemi" standartının tətbiqi və s. aiddir. Bundan başqa İSO 14001: 2005 "Ətraf mühitin idarəedilməsi sistemi", OHSAS 18001:2006 "Əməyin təhlükəsizliyinin idatəedilməsi sistemi", İSO/İEK 17025 standartının tələblərinin öyrənilməsi, İSO 19011 "İdarəetmə sistemləri üzrə rəhbəredici göstərişlər", Konkret məhsul üçün müəssisələrdə texniki şərtlərin hazırlanması qaydaları, standartların hazırlanması, onlarda dəyişikliklərin edilməsi və onların ləğv olunması, HACCP (Risklərin analizı və kritik nəzarət noqtələri) sisteminin müəssisələrdə tətbiqi və s. mövzular üzrə də təlimlər planlaşdırılmışdır.

Kursları bitirənlərə xüsusi vəsiqə və iştirakçı sertifikatı veriləcək. Səriştəlilik və yaxud səlahiyətlilik sertifikatını almaq üçün isə kursu bitirmiş dinləyicilər attestasiyadan kecəcəklər.

Məlumat üçün bildirək ki, ölkədə məhsulların beynəlxalq standartlar əsasında istehsalı, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və özəl sektorda ixracın stimullaşdırılması, ixrac mallarının çeşidinin artırılması, həmçinin yerli istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsul, mal və xidmətlərlə təmin edilməsi üçün ilk növbədə bu sahədə çalışan kadr potensialının səriştəliliyini və təcrübəsini gücləndirmək tələb olunur. Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən təşkil olunan ixtisasartırma kursları və təşkili planlaşdırılan təlim mərkəzinin fəaliyyəti də məhz istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etmək hədəfi daşıyır.

Kurslarda iştirak etmək istəyən maraqlı tərəflər Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) (Keyfiyyəti idarəetmə şöbəsinə) müraciət edə bilərlər.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio