| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
News archive
Print version
06.09.2012

AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunacaq

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunacaq. Bununla bağlı yaxın günlərdə TÜRKAK mütəxəssislərinin Bakıya gəlişi gözlənilir. Artıq AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO/İEC 17021:2011 "Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara olan tələblər" standartına uyğun olaraq sənədlər dəstini TÜRKAK-a göndərmişdir.

Məlumat üçün bildirək ki, TÜRKAK Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tam hüquqlu üzvü olduğundan, təşkilat tərəfindən akkreditasiya olunmaqla AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı tərəfindən verilmiş sertifikatların xarici ölkələrdə tanınması imkanları genişlənəcəkdir. Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək, müasir iqtisadiyyatın açarı sayılan standartlaşdırmanın çevik və məntiqli, Avropa İttifaqının tələbləri səviyyəsində daha geniş inkişafını təmin etməkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 17 iyun 2010-cu il tarixindən milli akkreditasiya qurumu tərəfindən İSO seriyalı standartlar üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub. İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı mütəmadi olaraq İSO 9001:2008 standartı əsasında "Keyfiyyəti idarəetmə sistemi"nin tələblərinin öyrənilməsi mövzusunda təlimlər keçirir, təşkilatlarda tətbiq olunan "Keyfiyyəti idarəetmə sistemlərinin" sertifikatlaşdırmasını aparır.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio