| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
News archive
Print version
24.08.2012
Qusar şəhərində fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörək, Sumqayıt şəhərində "Vüsal-B" firmasında preslənmiş, doğranmış, rəfinə olunmuş qənd, "VAT" MMC-də portlandsement, Bərdə şəhərində fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə "duşes" limonadı, Abşeron rayonu, Novxanı kəndində "Duet" firmasında daxili kanalların istehsalı və satışı, Oğuz şəhərində fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilmişdir - FOTOLAR

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, Müqtədir küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülarə Hacıyevaya məxsus çörək sexində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Aşkar edilmiş bu və digər nöqsanlara görə fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilmiş, İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12 maddələrinə əsasən inzibati protokol tərtib edilərək 1500 manat məbləğində cərimə edilmişdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, Xal-Xal yolu 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, məntəqədə maye qaz məhsullarının satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarının tələbləri pozulmaqla həyata keçirilir. Belə ki, maye qaz məhsullarının satışı üçün alınmış lisenziyanın qüvvədə olma müddəti başa çatmış, istifadə olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istismar olunur. Aşkar edilmiş bu və ya digər nöqsanlara görə fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilmişdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, məhəllə 41a ünvanında fəaliyyət göstərən "Vüsal-B" firmasında qənd istehsalı sexində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir. Nəticədə normativ sənəd ГОСТ 22-94 standartının tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Bundan başqa müəssisədə hazır məhsulların markalanması düzgün və tam aparılmır, məhsulların saxlandığı anbarda tempratur və nisbi rütubət rejiminə nəzarət olunmur. Aşkar edilmiş nöqsanlara görə "Vüsal-B" firmasında preslənmiş, doğranmış, rəfinə olunmuş qəndin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfi, 35-ci km ünvanında Fəxrəddin Xudaverdiyevin rəhbərliyi ilə fəaliyyət göstərən "VAT" MMC-də dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, portlandsement istehsalı və satışı ilə məşğul olan müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji reqlamenti olmadan fəaliyyət göstərir. Nəticədə normativ sənəd ГОСТ 10178-85 standartının tələbləri pozulur. Bundan başqa istehsal olunan portlandsementin markalanması və qablaşdırılması standartın tələblərinə uyğun aparılmır. Belə ki, hazır məhsulların üzərində onun istehsal tarixi göstərilmir, kisələrin üzərində sementin çəkisi 40 kq göstərilməsinə baxmayaraq, çəkilmiş kisələrin orta çəkisi 36,8 kq gəlmişdir. Müəssisədə istismarda olan 7 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçmədən istifadə olunur. Aşkar edilmiş nöqsanlara görə "VAT" MMC-də portlandsementin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən "Duet" firmasında daxili kanalların istehsalına dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə daxili kanallar normativ sənədi olmadan istehsal olunur, istismarda olan ölçmə vasitələrinin heç biri müqayisəli dövlət yoxlamasından keçməmişdir. "Duet" firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.12 maddəsinə əsasən inzibati xətaya yol verildiyinə görə protokol tərtib edilmiş, müəssisədə daxili kanalların istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsi 68 ünvanında fəaliyyət göstərən fiziki şəxs Etiram Sədiyevə məxsus limonad sexində dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Bundan başqa istehsal olunan məhsulların markalanmasında və qablaşdırılmasında standartın tələbləri pozulur, məhsulun sınaqlarını aparmaq üçün hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə mövcud deyil, istismar olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmişdir. Aşkar edilmiş bu və digər nöqsanlara görə fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə "duşes" limonadının istehsalı və satışı qadağan edilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio