| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
News archive
Print version
06.08.2012
Bakı şəhərində fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnalar, şərq şirniyyatları, keks və bulka məmulatları, fiziki şəxs Xanağa Məlikova məxsus sexdə çörək, fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsulları, Abşeron rayonunda fiziki şəxs Yusif Şəfiyevə məxsus sexdə "Abşeron broyler" əmtəə nişanlı toyuq içalatı və toyuq hissələri, becərilən təzə şampinyon və asılqal göbələkləri, Lənkəran rayonunda fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörək istehsalı və satışı qadağan edilmiş, istehlakçıları çəkidə aldatdığına görə "Qaradağ Tikinti Materialları" ASC tərəfindən istehsal olunan və üzərində "Qaradağ-BQZ" əmtəə nişanı ilə satışa buraxılan sementlə bağlı toplanmış faktlar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/6 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Aqil Sultanova məxsus müəssisədə dövlət nəzarəti aparılmışdır. Müəyyən olunmuşdur ki, müəssisə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalını texnoloji təlimat və resepturalar olmadan həyata keçirir. İstehsal olunan məhsulların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları yoxdur, istismar olunan ölçmə vasitələri qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə olunur.
Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Aqil Sultanova məxsus sexdə tort və pirojnaların, şərq şirniyyatlarının, keks və bulka məmulatlarının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə dövlət nəzarəti aparılmışdır. Müəyyən olunmuşdur ki, müəssisədə becərilən təzə şampinyon və asılqal göbələyi uyğunluq sertifikatları olmadan istehsal edilir, məhsulların markalanması düzgün aparılmır. Belə ki, becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilə bağlanılmamışdır, beləliklə məhsulların sınağı aparılmadan satışa çıxarılır.
Həmçinin müəssisədə istehsal olunan "Abşeron broyler" əmtəə nişanlı toyuq içalatına və toyuq hissələrinə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur, məhsullar sertifikat olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır. Bundan başqa normativ sənədə əsasən broyler toyuq ətinin saxlama müddəti -12 dərəcə C-də 8 ay olsa da, məhsulun saxlama kamerasında tempratur göstəricisinin -8 dərəcə C olduğu aşkarlanmış, məhsulun üzərində isə saxlama müddəti 12 ay göstərilmişdir.
Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə becərilən təzə şampinyon və asılqal göbələklərinin, həmçinin toyuq içalatının və toyuq hissələrinin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi 10 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Xanağa Məlikova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti aparılmışdır. Müəyyən olunmuşdur ki, müəssisə qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərir, məhsul AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, istismar olunan 6 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunur. Müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur.
Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Xanağa Məlikovun rəhbərlik etdiyi sexdə çörək istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran rayonu, Vilvan kəndində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Ağababa Qasımova məxsus çörək sexində dövlət nəzarəti aparılmışdır. Nəzarət tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, istehsal olunan buğda unundan bişirilmiş çörəyin uyğunluq sertifikatı yoxdur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməyib. Müəssisədə antisanitar vəziyyət hökm sürür.
Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Ağababa Qasımova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi yolu ünvanında fəaliyyət göstərən fiziki şəxs Elman Tarıverdiyə məxsus sexdə süd məhsullarının istehsalına dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, məhsullar qanunvericiliyin tələblərinə zidd olaraq texnoloji təlimat və reseptura olmadan istehsal olunur, markalanma normativ sənədlərin tələblərinə uyğun aparılmır, istismar olunan 13 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş istifadə olunur.
Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Elman Tarıverdiyevə məxsus sexdə süd məhsullarının istehsalı və satışı qadağan edilmişdir.

İstehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması, habelə çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə istehlak bazarında satılan sementlərin normativ sənədlərin tələblərinə uyğunluğu Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırılmışdır. Bu məqsədlə Bakı şəhəri, Dərnəgül şossesi, 1968-cu məhəllədə yerləşən 3 nömrəli mağazadan "Qaradağ Tikinti Materialları" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunan və üzərində "Qaradağ-BQZ" əmtəə nişanı göstərilən 20 kisə sement nəzarət alışı qaydasında götürülmüş, kisələr müvafiq şəhadətnamə ilə təsdiq olunan müqayisəli yoxlanışdan keçmiş tərəzi vasitəsi ilə çəkilmiş və heç birinin çəkisi standartların tələblərinə uyğun gəlməmişdir.
Kisələrin üzərində çəkisi 40±1 kq göstərildiyi halda onların faktiki çəkisi 29,7 kiloqramdan 36,4 kiloqrama qədər təşkil etmişdir. ГОСТ 10178 "Портландцемент и шлакопортландцемент" bənd 4.1. və ГОСТ 30515 "Цементы" bənd 5.3.4. tələblərinə uyğun olaraq sementlərin brutto çəkisi 20 kisənin çəkilməsi ilə müəyyənləşdirilir. Normativ sənədlərin tələblərinə əsasən 20 kisənin orta çəkisi 40- 0,2 kiloqramdan 40+0,5 kiloqrama qədər olduğu halda, 20 kisənin orta çəkisi faktiki olaraq 31,9 kiloqram təşkil etmişdir. Beləliklə istehlakçılar hər sement kisəsini alarkən "Qaradağ Tikinti Materialları" ASC tərəfindən təxminən 30% qədər miqdarda aldadılmışdır.
Bundan başqa, müəssisədə istehsal olunan sementin əsas keyfiyyət göstəriciləri, yəni sementin əyilmədə və sıxılmada möhkəmlik həddi normativ sənədlərin tələblərinə cavab verməmişdir. Belə ki, normativ sənədlərin tələblərinə əsasən sementin əyilmədə möhkəmlik həddi 5,4 Mpa-dan az olmamalı olduğu halda faktiki 3,7 MPa, sıxılmada 39,2 Mpa-dan az olmamalı olduğu halda faktiki 18,2 MPa təşkil etmişdir.
Həmçinin məhsulların markalanması normativ sənədlərin tələblərinə uyğun deyildir. ГОСТ 10178-85 «Портландцемент и шлакопортландцемент»-in 1.4 bəndinin tələbinə görə kisələrin üzərində əlavələrin miqdarı göstərilməlidir, lakin bu halda göstərilməmişdir.
Aşkar olunmuş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio