| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
News archive
Print version
01.08.2012
Sumqayıt şəhəri kənd təsərrüfatı yarmarkasında dana əti adı ilə at ətinin satılmasının qarşısı alınmışdır

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılmışdır.

Araşdırma zamanı zamanı müəyyən olunmuşdur ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən cari ilin 27 iyul tarixində Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO "ESPERO" markalı avtomobillə yarmakaya gətirilmişdir. Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq at əti, 25 kq camış əti, 18 kq isə qoyun ətidir. Bunu Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında təsdiq etmişdir.

İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilmiş və müayinələr üçün laboratoriyaya təqdim edilmişdir. Sınaqların nəticələrinə əsasən təqdim edilmiş "at əti" nümunəsində yoxlanılmış göstəricilərindən patogen mikroorqanizmlər, o cümlədən salmonellər və bağırsaq çöpləri qrupundan olan bakteriyalar, "mənşəyi məlum olmayan ət" nümunəsində isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilmişdir. Araşdırmalar davam etdirilir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio