| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
News archive
Print version
11.07.2012
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin mətbuat konfransı keçirilmişdir

11 iyul 2012-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi v.i.e. Əbülfət İmanov mətbuat konfransı keçirmişdir. Konfransda Xidmətin struktur bölmə rəhbərləri ilə yanaşı Komitənin Aparatının Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev də iştirak etmişdir.

Dövlət Nəzarəti Xidmətinin rəisi v.i.e Ə.İmanov çıxış edərək bildirmişdir ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 605 nömrəli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti respublikada texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyət istiqamətlərinə texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarəti, dövlət metroloji nəzarətini həyata keçirmək, texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək aiddir. Ə.İmanovun sözlərinə görə, istehlakçı hüquqlarının qorunması, əhalinin keyfiyyətli məhsul, mal və xidmətlərlə təminatı, istehlak bazarının təhlükəli və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsullardan qorunması məsələləri Azərbaycan Respublikasında dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin xüsusi göstəriş və tapşırıqlarına uyğun olaraq bu sahədə köklü islahatlar aparılır, vətəndaşlarımızın sağlamlığının qorunması, keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsullarla təminatı istiqamətində işlər görülür: "Təbii ki, ölkə rəhbərliyi tərəfindən yaradılmış bu Xidmətin üzərinə çox böyük məsuliyyət düşür. Yarandığı qısa müddət ərzində etimadı doğrultmaq və keyfiyyətsiz, təhlükəli, normativ sənədlərin tələblərinə zidd istehsal olunan məhsul, mal və xidmətlərdən əhalini qorumaq üçün ciddi işlər görülmüşdür. Son bir ay ərzində Bakı şəhəri üzrə 15, Sumqayıt Ərazi İdarəsi üzrə 4, Yevlax Ərazi İdarəsi üzrə 5, Gəncə Ərazi İdarəsi üzrə 8, Lənkəran Ərazi İdarəsi üzrə 7, Şəki Ərazi İdarəsi 8 olmaqla ümumilikdə 47 istehsal sahəsində dövlət nəzarəti aparılmışdır. Aparılmış yoxlamaların nəticəsi olaraq 32 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğununa görə, həmin müəssisələrə iradnamə və istehsalın qadağan olunması barədə 23 tələbnamə, 20 sahibkarlıq subyektinə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilmişdir. İstehsal və satışın qadağan olunması barədə verilmiş tələbnamələrdən 4-ü süd məhsulları, 7-si alkoqolsuz içki, 6-sı çörək məhsulları, 2-si isə neft-mədən avadanlıqlarından qazma qurğusu və qaz balonlarının payına düşür. Eyni zamanda 27 sahibkarlıq subyektində inzibati xəta aşkar olunduğundan protokol tərtib edilərək inzibati qaydada cərimə tətbiq edilmişdir. Araşdırmalar davam etdirilir".

Ə.İmanov həmçinin bildirmişdir ki, neqativ faktlarla bağlı ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının, yerli icra strukturlarının, bələdiyyələrin, mətbuatın məlumatları xüsusi əhəmiyyət kəsb edir: "Bunun üçün Komitənin saytı vasitəsilə, həmçinin 963 qaynar xətt nömrəsi vasitəsilə təhlükəli hesab olunan məhsullar, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr haqqında bizə məlumat verə bilərsiniz".

Sonra son bir ay ərzində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində aşkar olunan təhlükəli məhsul istehsal edən müəssisələr haqqında ətraflı məlumat verilmişdir. Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio