| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
News archive
Print version
09.07.2012
Azərbaycanda patent sisteminin idarəolunmasının avtomatlaşdırılması layihəsinin icrası uğurla davam etdirilir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən həyata keçirilən layihə ölkəmizdə "E-Azərbaycan" Dövlət Proqramı çərçivəsində patent sisteminin tam elektronlaşdırılması, e-idarəetmənin tətbiqi, əqli mülkiyyət hüquqlarının qeydiyyatı və mühafizəsi sahəsində e-xidmətlərin göstərilməsi və s. mühüm istiqamətləri əhatə edir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında bağlanmış 11 oktyabr 2011-ci il tarixli "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin avtomatlaşdırılmasına dair" qrant razılaşması layihəsi uğurla icra olunmaqdadır. Hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə Koreyanın tanınmış "Siriussoft corp." şirkəti tərəfindən əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılmış məlumat axtarış sistemi, elektron sənəd dövriyyəsi, elektron nəşrlər, tədris mərkəzi və s.nin yaradılması istiqamətində işlər aparılır. Sistemin işə salınması üçün zəruri olan server, kompyuter və digər zəruri texniki avadanlıqların bir qismi alınaraq Komitədə quraşdırılmışdır.

Kağız formatında daşıyıcılardan e-idarəetmə sisteminə keçməklə yaradılacaq yeni sistem milli səviyyədə texnoloji yanaşmanın istiqamətlərinin müəyyənləşdirilməsinə yardım edəcək, Azərbaycanda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, tədqiqatçılara patent sisteminə dair informasiyaların asanlıqla əldə edə bilməsinə yardım edəcəkdir. Sistemin tətbiqi elmi-tədqiqat işlərinin genişlənməsinə, ixtiraların, innovasiya məhsullarının çoxalmasına və informasiya texnologiyaları bazarının inkişafına səbəb olacaqdır. Tədris Mərkəzinin yaradılmasında əsas məqsəd əqli mülkiyyət sahəsi üzrə mütəxəssislərin, patent müvəkkillərinin hazırlanması, əqli mülkiyyət obyektləri barədə məlumatların ictimaiyyətə çatdırılmasından ibarətdir.

Layihənin əsas diqqət çəkən məqamlarından biri də əqli mülkiyyət hüququ əldə etmək istəyən iddiaçıların dövlət rüsumu, ekspertiza və s. ödəmələrinin elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcəyidir. Artıq bununla bağlı Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) ilə "Qolden Pay" MMC arasında müqavilə də imzalanmışdır.

Layihə Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2012-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası çərçivəsində Komitənin qarşısında duran tədbirlər planının tərkib hissəsinə daxildir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio