| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
News archive
Print version
02.07.2012
AZS 636-2012 «Yol nəqliyyat vasitələri. Ekoloji siniflər» və nəqliyyat vasitələrinin sertifikatlaşdırılması, həmçinin mühərriklərinə dair tələblərlərlə bağlı dövlət standartları təsdiq edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 636-2012 «Yol nəqliyyat vasitələri. Ekoloji siniflər», AZS ECE 49-2012 «Sıxılmadan alışdırma prinsipi ilə və təbii qazla, həmçinin sıxlmış neft qazı ilə işləyən, məcburi alışdırma sisteminə malik olan mühərriklərin və sıxılmada alışdırma prinsipi ilə və təbii qazla və zərərli maddələrin atılması baxımından sıxılmış neft qazı ilə işləyən, məcburi alışdırma sisteminə malik olan mühərriklərlə təchiz edilmiş nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər», AZS ECE 83-2012 «Mühərrik üçün lazım olan yanacaqdan asılı olaraq zərərli maddələrin atılması baxımından nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər» və AZS ECE 96-2012 «Zərərli maddələrin atılması baxımından kənd təsərrüfatı və meşə traktorlarında, yüksək keçid qabiliyyətli texnikada quraşdırılan sıxılma nəticəsində alışdırma prinsipi əsasında işləyən mühərriklərə dair vahid göstərişlər» dövlət standartları təsdiq edilmişdir və tətbiq vaxtı 1 avqust 2012-ci ildən müəyyən edilmişdir.

AZS 636-2012 «Yol nəqliyyat vasitələri. Ekoloji siniflər» dövlət standartı işlənmiş qazların tullantılarına dair ÃОСТ 31286 üzrə M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin ekoloji siniflərini müəyyən edir. Standarta əsasən konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq, nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür. Nəqliyyat vasitələrinin müəyyən olunmuş ekoloji siniflərə uyğunluğu aşağıdakı sənədlərdən biri ilə təsdiq olunur:
- AZS ECE 49, 83, 96 qaydalarında nəzərdə tutulmuş nəqliyyat vasitəsinin və mühərrikinin tipinin təsdiqinə aid olan bildiriş;
- Nəqliyyat vasitəsinin tipinin təsdiqi;
- AZS ECE 49, 83, 96 qaydalarına və Avropa Birliyi Direktivlərinə uyğun mühərrikin və nəqliyyat vasitəsinin uyğunluq sertifikatı;
- Nəqliyyat vasitəsinin/nəqliyyat vasitəsinin şassisinin pasportu.

Təsdiq edilmiş digər 3 standart (AZS ECE 49, 83, 96) istinad standartları olaraq nəqliyyat vasitələrinin sertifikatlaşdırılması, həmçinin mühərriklərinə dair tələblərləri müəyyən edir.

Xatırlatma üçün bildirək ki, Azərbaycan Respublikasında Avro 2 ekoloji normaları «Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 mart 2010-cu il tarixli 45 nömrəli Qərarı ilə 1 iyul 2010-cu il tarixindən tətbiq edilmişdir. AZS 636-2012 «Yol nəqliyyat vasitələri. Ekoloji siniflər» dövlət standartının 3-cü ekoloji sinfə (Avro 3) aid göstərilmiş tələblərinin tətbiqinin vaxtı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən ediləcəkdir.

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil olan ölkələr, benzin

1997 – 2000

2001 – 2004

2005-dən

01.10.2009-dan

Avropa İttifaqına daxil olan ölkələr, dizel

1997 – 2001

2002 – 2004

2005-dən

01.10.2009-dan

ABŞ

1996 – 2000

2001 – 2003

2004-dən

Yaponiya

1998 – 2004

2005 – 2010

2011-dən

Kanada

2001 – 2003

2004-dən

Hindistan

2005 – 2009

2010-dan

Malayziya

2003-dən

Çin

2004 – 2007

2008-dən

2011-dən

Koreya

2001 – 2002

2003 – 2005

2006-dan

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

Belarusiya

2006 – 2007

2008-dən

Özbəkistan

2007 – 2009

2010-dan

Qazaxıstan

2006 – 2011

2012-dən

Rusiya

2006 – 2007

2008-dən

Türkiyə

2009-dan

İran

2009-dan

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio