| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031
News archive
Print version
29.02.2012
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" dövlət standartının tətbiqi və icrası ilə bağlı mətbuat konfransı keçirilmişdir

29 fevral 2012-ci il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində təhlükəsizlik yastıqları və "ABS" sistemi olmayan minik avtomobillərinin Azərbaycan Respublikasına idxalı və istehsalını qadağan edən beynəlxalq qaydalara əsasən hazırlanan standartlar kompleksinin təsdiqi ilə bağlı mətbuat konfransı keçirilmişdir. Komitənin Texniki tənzimlə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin sözlərinə görə, statistikaya əsasən, cari ilin əvvəlinə Azərbaycanda 1 mln-dan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınmış, onlardan 400 mini təhlükəsizlik səviyyəsi aşağı həddə olan yüngül minik avtomobilləri təşkil edir. Ötən il ölkə ərazisində baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dan çoxu həmin tip yüngül minik avtomobillər tərəfindən törədilmişdir. Qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və tormoz yolunun uzun olması ilə bağlıdır. 

Namiq Tağıyevin sözlərinə görə, nəqliyyatda ümumi təhlükəsizlik məsələləri yüksək prioritet təşkil edir. Bu istiqamətdə olan dünya təcrübəsi göstərir ki, problemin müasir həlli yolu texniki tənzimləmə sistemi müstəvisində yerləşir və müvafiq Texniki reqlamentlərin, Direktivlərin, BMT-nin Avropa İqtisadi Komisiyyası (UNECE) tərəfindən qəbul olunmuş qaydaların, digər standartların tətbiqi yolu ilə həyata keçirilir. 

Məhz bu səbəbdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) nəqliyyat vasitələrinin təhlükəsizliyinə dair qaydalarına əsaslanan "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartı təsdiq edilmişdir. N.Tağıyevin sözlərinə görə, standartın tələblərinə əsasən, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari ilin 1 may tarixindən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastıqı (air bag) olmalıdır. Əyləc sistemində isə "ABS" olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına müvafiq qurumlar tərəfindən icazə verilməyəcək. Standartın tətbiq vaxtı 1 may 2012-ci il tarixindən müəyyən edilmişdir.

Sonra mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio