| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Ümumi məlumat
Çap versiyası

MƏQSƏD VƏ VƏZIFƏLƏR

Sertifikatlaşdırma aşağıdakı məqsədlər üçün keçirilir:
-Əhalinin həyatı,sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq;
-istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;
-respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.
AZS Milli sertifikatlaşdırma sistemi bazar iqtisadiyyatına keçid dövrünün xüsusiyətlərini nəzərə alaraq bir neçə istiqamətdə aparılır:
-sertifikatlaşdırma məsələlərinin tənzimlənməsi ehtimalını tək respublikada deyil, həmçinin hökümətlərarası müqaviləyə əsasən yaxın və uzaq xaricdə;
-sertifikatlaşdırma qanunlarını pozan günahkar şəxslərin hüquqi məsuliyyıtini artırmaq.
AZS Milli sertifikatlaşdırma sistemi respublikada istehsal edilən və həmçinin ixrac olunan məhsulların (proseslərin, xidmətlərin) sertifikatlaşmasının əsasını qoyur.
ASZ Milli sertifikalaşdırma sistemi İSO-BEK sənədlərinə, beynəlxalq İSO9000 seriyalı standartlarda və standartlaşmanın əsasını təşkil edən hökümətlərarası sənədlərə istinad edərək mövcud olan beynəlxalq norma və qanunlar əsasında qurulur.

HÜQUQİ-NORMATİV BAZA

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 iyul 1993-cu il tarixli 343 nömrəli qərarı;
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 1998-ci il tarixli 151 nömrəli qərarı;
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli 142 nömrəli qərarı;
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 avqust 1998-ci il tarixli 175 nömrəli qərarı;
5. Standartlaşdırma haqqında Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli qanunu;
6. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli qanunu.
7. Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının 18 noyabr 1999-ci il tarixli qanunu.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Bütün MDB ölkələri ilə Azərbaycan Respublikası dövlətarası sazişlər bağlayıb.
Bolqariya, Slovakiya və İranla hökümətarası sazişlər bağlanılıb.

MİLLLİ UYĞUNLUĞUN TƏSDİQİ SİSTEMİ

1. Məcburi sertifikatlaşdırma - xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulun (proseslərin, xidmətlərin) normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqi;
2. Könüllü sertifikatlaşdırma - istehsalçının (icraçının, satıcının, tədarükçünün), məhsulun istehlakçısıın (istehlakçılar cəmiyyətlərinin və ittifaqlarının), həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllük əsasında keçirilən sertifikatlaşdırmadır.

Sertifikat nədir? 

1.1. Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və könüllülük əsasında aparıla bilər. Məcburi sertifikatlaşdırmaya aid edilən məhsulların siyahısı Nazirlər Kabinetinin 343 saylı Qərarı ilə təsdiq edilmişdir.

1.2. Məhsulların (xidmətlərin, işlərin) könüllü sertifikatlaşdırılması (məcburi sertifikatlaşdırılmaya aid edilməyən məhsullar üçün) istehsalçının (tədarükçünün-satıcının) sifarişi əsasında həyata keçirilir.

1.3. Məhsulların (xidmətlərin) məcburi sertifikatlaşdırılması Azərbaycan Respublikasının qanunvericilik aktlarına və digər dövlət sərəncamlarına müvafiq olaraq aparılır.

1.4. Məhsulların (xidmətlərin, işlərin) sertifikatlaşdırılması akkreditasiya edilmiş oxşar məhsulların sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən hayata keçirilir, belə orqanlar olmadıqda məhsulların (xidmətlərin) sertifikatlaşdırılması milli orqan - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

1.5. «Uyğunluq sertifikatı» - verilən məhsulun, prosesin və yaxud xidmətin konkret standartın və ya digər normativ sənədin tələblərinə uyğunluğuna zəruri əminliyin təminatını göstərən sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilmiş sənəddir.

1.6. Sertifikatlaşdırma - məhsulun, prosesin və ya xidmətin verilmiş tələblərə uyğunluğunu 3-cü tərəfin yazılı şəkildə təsdiqlədiyi proseduradır.

Sertifikatlaşdırmanın məqsədi

2.1. Sertifikatlaşdırılmanın əsas məqsədi aşağıdakılardır:

- əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühüt üçün təhlükəli olan məhsulların (xidmətlərin) istehsalının (idxalının) və satışının qarşısının alınması;

- respublikada müəssisələrin və sahibkarların beynəlxalq, iqtisadi, elmi - texniki əməkdaşlıqda, həmçinin daxili bazarda və ticarətdə iştirakı üçün əlverişli şəraitin yaradılması və rəqabətliliyin inkişaf etdirilməsi;

- istehlakçılara məhsulların (xidmətlərin) səriştəli seçilməsində köməklik göstərilməsi.

Sertifikatlaşdırmanın növləri

Sertifikatlaşdırma ilə əlaqədar işlərin həyata keçirilməsi AZS Milli Sertifikatlaşdırma Sisteminin RS - 003-93 «Oxşar məhsulların sertifikatlaşdırma sistemi»ndə müəyyən edilmiş tələblərə, həmin sistemin 5-ci əlavəsində müəyyən edilmiş sertifikatlaşdırma sxemlərinə, həmçinin beynəlxalq normalara müvafiq olaraq həyata keçirilir. Belə ki, konkret məhsula (xidmətə) «uyğunluq sertifikatı»nın verilməsi sertifikatlaşdırma sxemlərində müəyyən edilmiş qaydada yəni, məhsulların sınaqlarının müsbət nəticələrinə, istehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılmasına əsaslanaraq:

- sınaqları aparılmış nümunəyə və ya təcrübə sınaq partiyasına (1-ci,11-ci və 12-ci sxemlər);

- ticarətdən götürülmüş nümunələrin sınağı əsasında (2-ci sxem); 

- istehsal müəssisəsindən götürülmüş nümunələrin sınağına əsaslanaraq (3-cü sxem);

- həm ticarətdən, həm də istehsal müəssisəsindən götürülmüş nümunələrin sınaqları əsasında (4-ci sxem);

- istehsalatın sertifikatlaşdırılması və nümunələrin sınağı əsasında (5-ci, 6-cı 7-ci sxemlər);

- beynəlxalq keyfiyyət sisteminin - 9000 seriyalı - tətbiq edilməsi əsasında (8-ci, 9-cu və 10-cu sxemlər).

Sertifikatlaşdırma ilə əlaqədar işlər, istehsala, idxala və ixraca müvafiq olaraq həyata keçirilir və müvafiq sertifikatlar verilir.

Verilən sertifikatların müddəti sertifikatlaşdırma sxemlərinə və məhsulun mahiyyətinə uyğun olaraq müəyyən edilir.

QEYD: İstehsalatın və ya keyfiyyət sisteminin sertifikatlaşdırılması əsasında verilən sertifikat məhsulun keyfiyyətliliyinə əminliyin ən yüksək formasıdır.

Sertifikat almaq üçün lazım olan sənədlər:

Azərbaycan Respublikasının Qanunvericilik aktlarına, «Standartlaşdırma haqqında», «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunlarına və digər Dövlət sərəncamlarına müvafiq olaraq məcburi sertifikatlaşdırılmaya aid edilən məhsulların sertifikatlaşdırılması üçün:

- sertifikatlaşdırılan məhsul üçün həmin məhsulun texniki xarakteristikalarını, parametrlərini və sair göstəricilərini müəyyən edən və fəaliyyətdə olan normativ sənəd (Milli Standart, sahə standartı, texniki şərt, Beynəlxalq standart, Dövlətlərarası standart və sairə);

- məhsulun sınaqdan keçirilməsi üçün sınaq metodları, təlimatlar, sınaq proqramları və sairə;

- istehsal şəraitinin stabilliyini təmin edən digər - konstruktor, texnoloji sənədlər dəsti, reseptura və sairə;

- istehsalçı (tədarükçü, icraçı) tərəfindən təqdim edilən məhsulun sertifikatlaşdırılması haqqında sifariş;

- sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu halda sertifikatlaşdırılan məhsulun istehsal şəraitinin araşdırılması haqqında tərtib edilmiş akt;

- sertifikatlaşdırılan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sınaq protokolları (AZS Milii sertifikatlaşdırma sisteminə müvafiq akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) aparılmış müsbət nəticəyə əsasən tərtib edilmiş sınaq protokolları).

İSO 9001:2000 keyfiyyət menecmenti sertifikatı haqqında (məqsədi, nə üçün lazımdır, necə almaq olar və s.)

İSO 9001:2000-ci il versiyası «Keyiyyət menecmenti sistemləri, tələblər» standartlaşdırma üzrə beynəlxalq təşkilatın müasir dövrün tələblərinə cavab verən və dünyanın qabaqcıl ölkələrində tətbiq edilən ən nüfuzlu standartdır. Bu standartda ümumxalq keyfiyyətin idarə olunması siyasəti öz əksini tapmışdır və bu sistem səkkiz prinsipə əsaslanaraq tərtib edilmişdir.

Birinci prinsip - istehlakçıya istiqamətlənmiş təşkilat, yəni istehsalçı (tədarükçü, satıcı) müəssisə və ya fiziki şəxslər müasir dövrün tələblərinə uyğun olaraq yalnız məhsula olan tələblərlə kifayətlənməməlidir, həm də əvvəlcədən alıcının, (istehlakçının) istək və tələblərini ödəməyə maksimum cəhd etməli və buna nail olmalıdır.

Bu məqsədə çatmaq üçün rəhbərliyin rolu - təşkilatda inam atmosferinin təmin edilməsi, işçinin sərbəst qorxusuz fəaliyyəti, insanların əməyinin qiymətləndirilməsi və həvəsləndirilməsi, açıq və düzgün qarşılıqlı münasibətlərə dəstək verilməsi kimi halları təmin etmək, digər prinsiplər işçilərin işə tam cəlb olunması, yəni onların bilik, bacarıq və imkanlarından istifadə etmək, keyfiyyətin daim yaxşılaşdırılması sahəsində işlərin düzgün təşkili, tədarükçü ilə qarşılıqlı mənfiətli münasibətlərin qurulması və s.

İSO 9001-2000 -ci il versiyalı keyfiyyət menencmenti sertifikatını almaq üçün həmin sistemə müvafiq olaraq bütün müəssisə standartları işlənməli, müəssisədə tətbiq edilməli və müvafiq icra orqanı tərəfindən həmin sistemin tətbiqi ilə əlaqədar ekspertiza keçirilməli və müsbət nəticələrə əsaslanaraq həmin sertifikat verilməlidir.

AZSTAND tərəfindən sertifikatlaşdırma sahəsində görülən işlər

1. Sertifikatlaşdırma ilə əlaqədar müvafiq qanunverici aktlar, metodiki sənədlər işlənmiş, bu sahə üzrə beynəlxalq təşkilatlarla, həmçinin Rusiya və MDB ölkələri ilə qarşılıqlı əlaqələr yaradılmışdır.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 343 saylı Qərarı ilə təsdiq edilmiş məcburi sertifikatlaşdırılmaya aid edilən məhsulların sertifikatlaşdırılması ilə əlaqədar metodiki təşkilatı işlər görülmüşdür. 

3. AZS Milli Sertifikatlaşdırma Sistemi - rəhbəredici sənədlər dəsti işlənmişdir və tətbiq edilmişdir (əsas müddəalar, sertifikatlaşdırma üzrə orqana tələblər və onun akkreditasiya qaydaları, oxşar məhsulun sertifikatlaşdırma sistemi, sınaq laboratoriyalarına (mərkəzlərinə) tələblər və onların akkreditasiya qaydaları, sistemin dövlət reyestrinin aparılma qaydaları və s.).

4. Məcburi sertifikatlaşdırılmaya aid edilən məhsulların sertifikatlaşdırma sınaqlarının aparılması üçün sahələr üzrə: yeyinti, neft-kimya, yüngül sənaye, maşınqayırma və sairə sınaq laboratoriyaları (mərkəzləri) yaradılmış və AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydalarına uyğun olaraq (texniki səlahiyyətliliyə və ya müstəqilliyə) akkreditasiya edilmişdir.

5. 1994-cü ildən başlayaraq məcburi sertifikatlaşdırılmaya aid edilən məhsulların sertifikatlaşdırılması ilə əlaqədar işlər hayata keçirilmişdir (istehsal, idxal, ixrac üzrə).

6. Sertifikatlaşdırma ilə əlaqədar aparılan işlərin beynəlxalq normalara uyğun təşkil edilməsi məqsədilə müvafiq işlər həyata keçirilir.

Bu sahədə nəzərdə tutlan işlər

1. Sertifikatlaşdırma ilə əlaqədar aparılan Beynəlxalq standartın və işlərin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi.

2. Bu sahə üzrə beynəlxalq qaydalara uyğun yeni qanunvericilik aktlarının, texniki reqlamentlərinin və sair işlənməsi, «uyğunluğun qiymətləndirilməsi»nin müasir tələblər əsasında həyata keçirilməsi.

3. İstehsal müəssisələrində məhsulun keyfiyyətliliyinə ən yüksək təminat verən İSO 9001:2000 versiyalı beynəlxalq standartın tətbiqi ilə əlaqədar işlərin genişləndirilməsi.

Bu sahədə beynəlxalq əlaqələr

1. Standartlaşdırma və sertifikatlaşdırma ilə əlaqədar aparılan işlərin qarşılıqlı tanınması haqqında ikitərəfli saziş olmayan ölkələrlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi.

2 İSO 9001:2000 versiyalı beynəlxalq standartın tətbiqi ilə əlaqədar Komitənin beynəlxalq təşkilatlar və ya Rusiya Federasiyası ilə birgə işinin təşkili və aparılması.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır