| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Ümumi məlumat
Çap versiyası

Texniki tənzimləmə və standartlaşdırmanın məqsədləri:

- Məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi;

- Xalq təsərrüfatı və əhalinin tələbatına, elm və texnikanın inkişafına müvafiq olaraq məhsulun keyfiyyətinin yüksəldilməsi;

- məhsulun uyğunluğunun və qarşılıqlı surətdə əvəzolunmasının təmini;

- insan və material ehtiyatlarına qənaət edilməsinə köməklik göstərilməsi, istehsalın iqtisadi göstəricilərinin yaxşılaşdırılması;

- istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin və dövlətin beynəlxalq və dövlətlərarası əmək bölgüsündə səmərəli iştirakının təmin edilməsi;

- təbii və texnogen qəzaların və digər fövqəladə vəziyyətlərin yaranması təhlükəsi nəzərə alınmaqla xalq təsərrüfatı obyektlərinin təhlükəsizliyinin qorunması;

- səfərbərliyə hazırlığa və müdafiə qabiliyyətinin yüksəldilməsinə köməklik göstərilməsi.

2. Standartlaşdırmanın prinsipləri

- Standartlaşdırma üzrə normativ sənədlərin işlənməsi bütün marağı olan tərəflərin, məhsulun layihəçilərinin, istehsalçılarının, məhsul çoxçeşidliyinin, keyfiyyətinin, səmərəliliyinin, tətbiqinin uyğunluğu və qarşılıqlı əvəz olunmasının, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyinin, ətraf mühitin qorunmasının idarə edilməsində tərəflərin hər birinin rəyi nəzərə alınmaqla onların qarşılıqlı istəyinə əsaslanmalıdır;

- Standartlar:

- sosial, texniki və iqtisadi cəhətdən zəruri olmalı;

- beynəlxalq ticarətə maneə törətməməli;

- beynəlxalq və regional standartların tələblərinə zidd olmamalı;

- qanunvericilik normalarına, eləcə də nəzarət funksiyasını yerinə yetirən orqanların norma və qaydalarına uyğun olmalı;

- tələbləri optimal olmalı;

- tələblərinin yeniləşdirilməsi təmin edilməli;

- sertifikatlaşdırma məqsədləri üçün yararlı olmalı;

- mətni birmənalı başa düşülməli, dəqiq və aydın şərh olunmalı;

- eyni standartlaşdırma obyektlərinin standartlarının müxtəlif idarə səviyyələrində təkrar işlənməsinə yol verilməməlidir.

3. Azərbaycan Respublikası ərazisində standartlaşdırmaya aid istifadə olunan sənədlər

- «Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının Qanunu;

- Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən 6 Dövlət standartı - AZS 1.0-96, AZS 1.2-96, AZS 1.3-96, AZS 1.4-96, AZS 1.5-96, AZS 1.6-96;

- Standartlaşdırmaya aid edilən sənədlər sırasına həmçinin Azərbaycan Respublikasının milli standartları, habelə müəyyən edilmiş qaydada respublika ərazisində istifadə edilən beynəlxalq, regional və xarici ölkələrin milli standartları da daxildir.

4. Milli standartlaşdırma sistemini təşkil edən strukturlar:

- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - ölkədə texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət idarəetmə fəaliyyətini həyata keçirir;

- Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi - tikinti sahəsi üzrə standartlaşdırma işlərini həyata keçirir;

- Digər dövlət idarəetmə orqanları standartlaşdırma üzrə fəaliyyəti öz səlahiyyətləri çərçivəsində həyata keçirirlər;

- Texniki Komitələr (TK) - Azərbaycan Respublikası dövlət standartlarının, standartlaşdırma üzrə başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, razılaşdırılması və təsdiqə hazırlanması, eləcə də beynəlxalq (regional) standartlaşdırma üzrə işləri aparır.

5. Azərbaycan Respublikası ərazisində istifadə olunan beynəlxalq və regional standartlar

- Beynəlxalq (regional) və dövlətlərarası standartların Azərbaycan Respublikası ərazisində tanınması və tətbiqi qaydaları Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 saylı fərmanı ilə təsdiq edilmişdir;

- Beynəlxalq (regional) standartın birbaşa tətbiqi onun Azərbaycan dilində olan mətninin Azərbaycan Respublikasının müvafiq standartı kimi qəbul edilməsidir;

- Hazırda respublika ərazisində 4 beynəlxalq standart (bank işi sahəsində) tətbiq edilib. Bundan əlavə İSO 9000 seriyalı beynəlxalq standartların (keyfiyyəti idarəetmə sistemlərini əhatə edən) tətbiqi haqqında beynəlxalq sertifikat almış müəssisələr vardır.

6. Standartlaşdırma sahəsində görülməsi nəzərdə tutulan işlər

- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma ərəfəsində standartlaşdırma üzrə işlərin istiqaməti ticarətdə texniki maneələrin aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılmalı, milli standartların beynəlxalq standartlarla harmonizə edilməsinin təmin olunması;

- Komitənin İSO-ya (Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat) üzv olması ilə əlaqədar bu təşkilatın Texniki Komitələrinin işində iştirak edilməsi;

- Azərbaycanın dövlət fondu standartlarının tərcümə edilməsi;

7. Standartlaşdırma sahəsində beynəlxalq əlaqələr

Standartlaşdırma sahəsində beynəlxalq əlaqələrin və əməkdaşlığın əsas vəzifələri:

- Azərbaycan Respublikasının dövlət standartlaşdırma sisteminin beynəlxalq, regional və başqa ölkələrin qabaqcıl milli standartlaşdırma sistemləri ilə harmonizasiya edilməsi;

- beynəlxalq, regional və başqa ölkələrin milli standartları əsasında respublikanın standartlaşdırma üzrə normativ sənədlərinin təkmilləşdirilməsi;

- respublikada istehsal edilən məhsulların keyfiyyətinin və onların dünya bazarlarında rəqabətliyinin yüksəldilməsi;

- beynəlxalq və regional standartlar işlənib hazırlandıqda Azərbaycan Respublikasının menafeyinin müdafiəsinin təmini;

- başqa ölkələrlə ölçmə vəhdətinin (eyniliyinin) təmini;

- sertifikatlaşdırma nəticələrinin qarşılıqlı tanınması

Komitə standartlaşdırma üzrə milli orqan kimi standartlaşdırma üzrə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarda, o cümlədən aşağıda göstərilən təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir:

- Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO);

- Bölgələrarası Standartlaşdırma Birliyi ( BASB-İRSA);

- Avropa-Asiya Standartlaşdırma Təşkilatı ( EASC- MQS);

- Avropa Standartlaşdırma Komitəsi (CEN)

Bütün bu işlər Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən icra olunur və ya əlaqələndirilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır