| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Sorğu Mərkəzi
Çap versiyası

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr (TBT) Haqqında Sazişinin tələblərinə müvafiq olaraq yaradılmış Azərbaycan Sorğu Mərkəzi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 28.07.2010 tarixli 111 saylı Əmri yaradılmışdır.

SORĞU MƏRKƏZİNİN ƏSASNAMƏSİ

Mərkəz Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir.

Sorğu Mərkəzini yaratmaqla Azərbaycan ÜTT-yə üzvlüyə daxilolma istiqamətində vacib addımlardan birini atmışdır. Əsas vəzifəsi qlobal ticarətin mümkün qədər maneəsiz axınının təmin edilməsi olan ÜTT-nin üzvlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş bir sıra sazişləri vardır. Onlardan biri ticarətə təsir edən standartyönümlü tədbirlərin hazırlaması və həyata keçirilməsi ilə bağlı ÜTT üzvlərinin hüquq və vəzifələrini özündə əks etdirən Ticarətdə Texniki Maneələr Haqqında Sazişdir. Tələbatdan asılı olaraq, texniki tənzimləmə, məhsul standartları və uyğunluğun qiymətləndirilməsi metodları əksər hallarda dövlətlərdə fərqli olduğundan, Ticarətdə Texniki Maneələr Haqqında Sazişin məqsədi bu fərqlər nəticəsində ticarətdə yaranan maneələrin azaldılmasıdır.

Ticarətdə Texniki Maneələr Haqqında Sazişin əsas tələblərindən biri də ticarətə əhəmiyyətli təsir edən texniki tənzimləmələrə dair bildirişlərlə bağlıdır. ÜTT-nin üzvləri Cenevredə yerləşən Katibliyə öz hökümətlərinin tənzimləmə ilə bağlı təkliflərini çatdırmalı və ÜTT-nin digər üzvlərinə təklifləri nəzərdən keçirərək öz şərhlərini təqdim etmələri üçün 60 gün vaxt verilir. Bununla yanaşı, məlumat çatışmazlığının öz növbəsində ticarətə maneə törədə biləcəyi qəbul olunduğundan, Ticarətdə Texniki Maneələr Haqqında Saziş hər bir ÜTT üzvündən milli Sorğu Mərkəzinin yaradılmasını tələb edir ki, onun da fəaliyyəti maraqlı tərəflərə məlumat mərkəzi xidməti göstərməkdir.

Sorğu Mərkəzi tərəfindən göstərilən xidmətlər:
- Azərbaycanın ÜTT-dəki tərəfdaşlarının ticarətə təsir göstərə biləcək yeni və ya dəyişdirilmiş texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları ilə bağlı bildiriş və əlaqədar sənədlərlə təmin olunması;
- Yerli və xarici tədbirlərlə bağlı alınmış şərhlərin baxılması üçün müvafiq tənzimləmə orqanına göndərilməsi;
- Məhsulların və xidmətlərin dizaynı, istehsalı, marketinqi, ixracı və idxalı ilə bağlı strateji məlumatların əldə edilməsi;
- Milli, xarici və beynəlxalq standartlar, Azərbaycan və xarici texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi prosedurları da daxil olmaqla müxtəlif məsələlərə dair texniki sorğuların cavablandırılması.

Sorğu mərkəzlərinin ümumdünya şəbəkəsi idxalçılara dəyərli yardım göstərir, şirkətlər və tənzimləyici orqanların ÜTT-yə üzv olmaları onlara böyük mənfəət gətirmiş olur.

SMPDK-da yerləşən ÜTT TBT üzrə Məlumat Məntəqəsinin əlaqə məlumatları:

SMPDK, AZ 1147, Azərbaycan, Bakı, Mərdanov qardaşları küç., 124.
Tel: +99 412 441 36 42
E-mail: enquiry@azstand.gov.az

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır