| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 747 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 15 oktyabr 1998-ci il
№ 205

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 15 oktyabr tarixli 205 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması
QAYDASI
1. Bu Qayda hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində istifadə olunan cihaz, avadanlıq və qurğuların texniki tələblərə uyğun olaraq dəqiq işlənməsinə nəzarəti tənzimləyir.
2. Ölçmə vasitələrinin yoxlanılmasını və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər.
3. Ölçmə vasitələrinin yoxlanılmasını və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatı əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində aparılır.
4. Nümunəvi ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması beynəlxalq etalon mərkəzlərində müvafiq qaydada həyata keçirilir.
5. Qeydiyyatda olan nəzarət və işçi ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış və təsdiq edilmiş dövlət yoxlama qradiyentləri əsasında yerinə yetirilir.
6. Ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 393 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə"yə uyğun aparılır.
7. Qeydiyyata alınmış ölçmə vasitələrinə verilmiş sertifikatlar onların tanınması üçün əsas sənəddir.
8. Ölçmə vasitələrinin sertifikat formaları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 2-ci, 3-cü, 5-ci və 8-ci bəndlərində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 2-ci bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 2-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 3-cü bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 3-cü bəndində "Dövlət Hidrometeorologiya Komitəsində" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyində" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 5-ci bəndində "Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 8-ci bəndində "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması Qaydası"nın 8-ci bəndində "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır