| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Qərarlar
Çap versiyası
31.07.2010
Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı, aksiz markalarının hazırlanmasına dair sifariş verilməsi, satışı və uçotunun aparılması qaydaları haqqında [1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin «Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış Qaydaları» (4 nömrəli əlavə) təsdiq edilsin. [2]
2. Maliyyə Nazirliyi:
aksiz markalarının hazırlanmasına dair sifariş verilməsini, onların satışı və uçotunun aparılmasını, habelə istehsalçıların və idxalçıların tələbatına uyğun onların aksiz markaları ilə vaxtında təchiz olunmasını təmin etsin;
etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışına (topdan və pərakəndə), istehsalına və idxalına lisenziya verilməsi üçün ödəniləcək dövlət rüsumunun məbləği barədə təkliflərini 1999-cu ilin 15 mart tarixindən gec olmayaraq təsdiq etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Dövlət Gömrük Komitəsi və Baş Dövlət Vergi Müfəttişliyi qalıqda olan aksiz markalarının 1999-cu ilin 10 mart tarixinə inventarizasiyasını aparsınlar və həmin markaların 10 gün müddətində Maliyyə Nazirliyinə təhvil verilməsini təmin etsinlər.
4. Dövlət Gömrük Komitəsi:
bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı zamanı invoys qiymətlərinin qəsdən aşağı salınmasının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin və həmin mallar barədə növbəti rübün birinci ayının 15-dən gec olmayaraq İqtisadiyyat Nazirliyinə, Ticarət Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Vergilər Nazirliyi məlumatlar versin; [4]
Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə ölkə ərazisindən hər cür nəqliyyat vasitələri ilə tranzit kimi daşınan spirtin, alkoqollu içkilərin və tütün məmulatının tranzit daşınma marşrutlarını və gömrük keçid məntəqələrini müəyyən etsin.
5. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ticarət Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları və lisenziya almış şəxslər etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı və satışı, habelə verilən lisenziyalar, aksiz markaları və bu sahələrdə aparılan yoxlamalar nəticəsində aşkar olunmuş pozuntular üzrə məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə təqdim etsinlər.
Dövlət Statistika Komitəsi sahələrarası vahid uçot sisteminin yaradılmasını təmin etsin.
6. Kənd Təsərrüfatı Nazirliyi: [5]
hesabat rübündən sonrakı ayın 10-dan gec olmayaraq, hər rüb istehsal üçün lisenziya verilmiş hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin siyahısını, lisenziyaların müddəti, istehsal olunacaq və aksiz markaları ilə markalanacaq məhsulların həcmləri barədə məlumatları İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etsin;
alkoqollu içkilərin etil (yeyinti) spirtinin və tütün məmulatının illik istehsal həcmləri, bu məhsulların qalıqları barədə yarımillik və illik məlumatları hər ilin iyul və yanvar aylarının 15-dən gec olmayaraq Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Ticarət Nazirliyinə və Baş Vergilər Nazirliyinə təqdim etsin;
etil (yeyinti) spirti və alkoqollu içkilər (tərkibində 28 faizdən çox alkoqol olan) istehsal edən müəssisələrin rəhbərlərindən 1 ay müddətində avtomatlaşdırılmış uçot-hesablayıcı qurğuların (sayğacların) texnoloji xətlərdə quraşdırılmasını tələb etsin.
7. Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq verdikləri lisenziyalar barədə Ticarət Nazirliyinə məlumat təqdim etsinlər.
8. Ticarət Nazirliyi:
hər il fevralın 15-dən gec olmayaraq lisenziya verən orqanlar tərəfindən etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışının lisenziyalaşdırılmasının bu Qərara uyğun olaraq həyata keçirilməsini araşdırsın və bu haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin;
hesabat rübündən sonrakı ayın 15-dən gec olmayaraq, hər rüb idxal üçün lisenziya verilmiş hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin siyahısını, lisenziyaların müddəti və idxal olunacaq aksiz markaları ilə markalanacaq məhsulların həcmləri barədə məlumatları Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və Vergilər Nazirliyinə təqdim etsin.
Ticarət nazirliyi alkoqollu içkilərin və tütün məmulatının ticarət qaydalarını, bu məhsulları satan ticarət obyektləri üçün müəyyən olunmuş tələbləri pozanlar barədə materialları qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün müvafiq orqanlara göndərsin.
9. İqtisadiyyat Nazirliyi hər il noyabr ayının 1-dən gec olmayaraq qarşıdakı il üçün alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı və satışı üzrə proqnozları nəzərə almaqla həmin məhsulların idxal həcmlərini müəyyən edərək Ticarət Nazirliyinə, Maliyyə Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və Vergilər Nazirliyinə təqdim etsin.
Müəyyən edilsin ki, zəruri hallarda iqtisadiyyatın inkişafının yarımillik yekunlarına görə proqnoz göstəricilərdə dəqiqləşdirilmə aparıla bilər.
10. Kənd Təsərrüfatı Nazirliyinə və Ticarət Nazirliyinə tapşırılsın ki, etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı və idxalı üzərində dövlət nəzarətinin aparılması üçün şərait yaratmayan, habelə istehsal və idxal olunan məhsullar haqqında aylıq hesabatları Dövlət Statistika Komitəsinə təqdim etməyən şəxslərin lisenziyalarını ləğv etsinlər.
11. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ticarət Nazirliyi, şəhər və rayon icra hakimiyyəti orqanları ilə birlikdə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı, idxalı və satışı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq üçün lisenziya almış şəxslər tərəfindən bu Qərarla təsdiq edilmiş qaydalara əməl edilməsinə nəzarəti gücləndirsinlər, qəti tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə hər yarım illiyin axırında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
12. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı bu Qərarla təsdiq edilmiş qaydalara uyğun olaraq 1999-cu il aprel ayının 1-dən verilmiş lisenziyalar əsasında həyata keçirilir və həmin məhsulların istehsalçılar və idxalçılar tərəfindən lisenziyası olmayan şəxslərə buraxılmasına yol verilmir.
13. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılsın ki, etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə tətbiq olunan avtomatlaşdırılmış uçot-hesablayıcı qurğuların (sayğacların), ölçü vasitələrinin və cihazların 1999-cu ilin 1 aprel tarixinə qədər yoxlanışını keçirərək onların Dövlət Reyestrinə alınmasını təmin etsin və bu barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat versin.
14. Kənd Təsərrüfatı Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Qərarın həyata keçirilməsi ilə əlaqədar 1999-cu ilin 1 aprel tarixinə qədər zəruri təlimatlar hazırlayıb Maliyyə Nazirliyi ilə razılaşdıraraq mövcud qaydada təsdiq etsinlər. [6]
15. «Azərbaycan Respublikası ərazisində bütün növ etil (yeyinti) spirtinin istehsalı, saxlanması, alkoqollu içkilərin və tütün məmulatının istehsalı, idxalı üçün lisenziya verilməsi, onların pərakəndə satışı, idxal olunan və ölkədə istehsal edilən həmin məhsullara aksiz markalarının tətbiq olunması qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 22 mart tarixli 24 nömrəli və 1997-ci il 30 avqust tarixli 100 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.
16. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin aqrar-sənaye, xarici iqtisadi əlaqələr, iqtisadiyyat və maliyyə-kredit siyasəti, ticarət və pullu xidmətlər şöbələrinə həvalə olunsun.
17. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 4 mart 1999-cu il
№ 33

Azərbaycan Respublikası ərazisində etil
(yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün
məmulatının istehsalı üçün lisenziya
verilməsi Qaydalarının
ƏLAVƏSİ

Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının xarici iqtisadi fəaliyyətdə əmtəə nomenklaturası üzrə
SİYAHISI

Malın nomenklatur kodu

Malın adı

1

2

2203 00

Səməni (maya) pivəsi

2204

Tündləşdirilmiş daxil olmaqla təbii üzüm şərabları və şərab materialları (2009 mal mövqeyində göstərilənlərdən başqa)

220410

Köpüklənən şərablar

2204 10 110

Şampan şərabı

2206

Digər acıdılmış içkilər (alma şərabı, armud şərabı, bal içkisi)

2207 10 000

Tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti

2208 20

Üzüm şərabının distillə edilməsi nəticəsində və ya üzümün cecəsindən alınan tünd spirtli içkilər

2208 20 120

Konyak

2208 30

Viski

2208 40

Rom və tafiya

2208 50

Cin və ardıc meyvəsindən hazırlanmış içki

2208 60

Vodka

2208 70

Likyorlar

2208 90 110,
2208 90 190

Araq

2208 90 330,
2208 90 380

Likyor istisna olmaqla, gavalı, albalı və ya armud spirtli içkiləri

2208 90 910,
2208 90 990

Tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti

2402 20

Tütündən və ya onun əvəzedicilərindən hazırlanmış siqaretlər 

Azərbaycan Respublikası ərazisində etil

(yeyinti) spirtinin, alkoqollu içkilərin

və tütün  məmulatının idxalı üçün

lisenziya verilməsi Qaydalarının
əlavə

 

Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının xarici iqtisadi fəaliyyətdə əmtəə nomenklaturası üzrə

sİyahısı

Malın nomenklatur kodu

Malın adı

1

2

2203 00

Səməni (maya) pivəsi

2204

Tündləşdirilmiş daxil olmaqla təbii üzüm şərabları və şərab materialları (2009 mal mövqeyində göstərilənlərdən başqa)

220410

Köpüklənən şərablar

2204 10 110

Şampan şərabı

2206

Digər acıdılmış içkilər (alma şərabı, armud şərabı, bal içkisi)

2207 10 000

Tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti

2207 20 000

Denaturlaşdırılmış hər hansı bir tərkibdə qatılaşdırılmış etil spirti və digər spirtlər

2208 20

Üzüm şərabının distillə edilməsi nəticəsində və ya üzümün cecəsindən alınan tünd spirtli içkilər

2208 20 120

Konyak

2208 30

Viski

2208 40

Rom və tafiya

2208 50

Cin və ardıc meyvəsindən hazırlanmış içki

2208 60

Vodka

2208 70

Likyorlar

2208 90 110,
2208 90 190

Araq

2208 90 330,
2208 90 380

Likyor istisna olmaqla, gavalı, albalı və ya armud spirtli içkiləri

2208 90 910,
2208 90 990

Tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti

2402 20

Tütündən və ya onun əvəzedicilərindən hazırlanmış siqaretlər

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 04 mart tarixli 33 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
ƏLAVƏ N 4
Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış
QAYDALARI

1. Bu Qaydalar etil (yeyinti) spirtinin, alkoqollu içkilərin pivə istisna olmaqla və tütün məmulatının satış (topdan və pərakəndə) mexanizmini müəyyən edir.
2. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (sonradan hüquqi və fiziki şəxslər) tərəfindən, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq onlara verilmiş lisenziyalar əsasında həyata keçirilir.
3. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı aşağıdakı şərtlərlə həyata keçirilə bilər:
məhsulun topdan satışı və saxlanması üçün - sahəsi 100 kvadrat metrdən az olmayan stasionar anbar binası olduqda;
etil (yeyinti) spirtinin, alkoqollu içkilərin pərakəndə satışını həyata keçirmək üçün ticarət sahəsi 15 kvadrat metrdən az olmayan stasionar ticarət şəbəkəsi (binası) yaddaşlı kassa-nəzarət aparatı olduqda;
tütün məmulatının pərakəndə satışını həyata keçirmək üçün ticarət sahəsi respublika tabeli şəhərlərdə (qəsəbələrlə birlikdə) 6 kvadrat metrdən, digər şəhər və qəsəbələrdə 9 kvadrat metrdən, kənd yerlərində isə 12 kvadrat metrdən az olmayan stasionar ticarət şəbəkəsi (binası), yaddaşlı kassa-nəzarət aparatı olduqda;
məhsullar istehsal, idxal və satış üçün lisenziyası olan hüquqi və fiziki şəxslərdən alındıqda;
hər bir məhsul növü üzrə istehsalçı, idxalçı və ya digər malgöndərənlər tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş əmtəə-nəqliyyat qaiməsi olduqda.
məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sertifikat olduqda;
məhsulun keyfiyyət sertifikatı olduqda;
məhsulun üzərində aksiz markaları olduqda;
etiketli olduqda;
çirkli (daxildən və xaricdən) çöküntü, şüşədə (qabda) sınıqlıq və digər mexaniki zədələnmə olmadıqda;
şərabçılıq məhsulları istehsal markasına uyğun gəldikdə;
şərabçılıq məhsullarının keyfiyyəti, qablaşdırılması və etiketləşdirilməsi qüvvədə olan standartların tələblərinə və gigiyenik normativlərə uyğun gəldikdə.
4. Topdan ticarət obyektlərindən etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatı yalnız həmin məhsulların satışı və istehsalı üçün lisenziyası olan hüquqi və fiziki şəxslərə satılır.
Pərakəndə satışa çıxarılan şərabçılıq məhsullarının müşayiətedici sənədlərində Azərbaycan Respublikasının dövlət dilində qanunvericilikdə müəyyən edilmiş məlumatlar olmalıdır.
5. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının 18 yaşına çatmamış vətəndaşlara, küçələrdə, əllərdə, uyğunlaşdırılmamış yerlərdə, hərbi, uşaq, təhsil və tibb müəssisələrində (əczaxanalarda etil (yeyinti) spirtinin tibbi məqsədlər üçün satışı istisna olmaqla) və onların yaxınlığında olan ticarət obyektlərində, səyyar köşk və piştaxtalarda, avtomobil və digər özüyeriyən texniki vasitələrdən, habelə müalicə ocaqlarının yeməkxanalarında satışına yol verilmir və həmin məhsulların satışına yetkinlik yaşına çatmamış vətəndaşları cəlb etmək qadağandır.
Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda, qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Tütün məmulatının ədədlə satılması qadağan olunur.
Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.
Yuxarıda sadalanan məhdudiyyətlərdən əlavə şərabçılıq məhsullarının kütləvi tədbirlər və idman yarışları keçirilən yerlərdə, yataqxanalarda, onlara bitişik ərazilərdə, bələdiyyələr və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər yerlərdə, markalı və kolleksiya şərablarının isə qablara süzülmədən açıq halda pərakəndə satışına yol verilmir.
6. Pərakəndə ticarət şəbəkəsindən satılmış alkoqollu içkilər, tütün məmulatları dəyişdirilmir və geri qaytarılmır.
7. Alıcılar tələb etdikdə, satıcılar satdıqları spirt növünə, alkoqollu içkilərə və tütün məmulatına aid məlumatları onlara verməlidirlər.
8. Etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatı bu məhsullar üzrə müəyyən edilmiş texniki və texnoloji tələblərə uyğun saxlanılmalıdır.
9. Spirt, alkoqollu içkilər və tütün məmulatı satarkən, satıcı onların nümunələrinin üzərinə məhsulların adı, növü, qiyməti (spirt və alkoqollu içkilər üzrə qabın dəyəri daxil olmaqla) əks etdirilmiş qiymətli kağızları yapışdırır. Qiymət kağızlarının arxa tərəfində maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi olmalıdır.
10. İaşə obyektlərində, qeyd edilənlərlə bərabər qiymət cədvəllərində içkilərin adları, qablarının həcmi, vahidinin, habelə 100 qramının qiyməti göstərilməlidir. Həmin obyektlərdə alkoqollu içkilərin süzülməklə satışı müvafiq ticarət avadanlıqları, ölçü cihazları və qabları vasitəsi ilə həyata keçirilir.
Bu obyektlərdən alkoqollu içkilərin süzülmədən satışı qəti qadağandır.
Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin tətbiq edilməsi;
tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşla (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi..
11. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər ticarət qaydalarına riayət olunmaması nəticəsində keyfiyyətsiz hala düşmüş məhsulların satışına görə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
12. Bu Qaydaların icrasına nəzarət Azərbaycan Respublikasının Ticarət Nazirliyi tərəfindən həyata keçirilir.
13. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə etil (yeyinti) spirtinin, alkoqollu içkilərin satışı üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 4 mart tarixli 33 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
ƏLAVƏ N6
Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə gündəlik dövlət nəzarətinin aparılması
QAYDALARI
1. Bu Qaydalar bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28%-dən çox alkoqol olan) istehsalına, keyfiyyətinə və satış həcmlərinə, habelə bu məhsulları istehsal edən müəssisələrdə avadanlığın növbələrarası və daha uzun müddət ərzində dayanması zamanı istehsal güclərinin qapanmasına gündəlik dövlət nəzarətinin aparılması mexanizmini müəyyən edir.
Gündəlik dövlət nəzarətinin aparılması məqsədi ilə bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28%-dən çox alkoqol olan) istehsalına lisenziya almış hüquqi şəxslərdə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin müvafiq müəssisələrində (bundan sonra istehsalçılarda) nəzarət postları yaradılır.
2. Nəzarət postlarının fəaliyyəti Baş Dövlət Vergi Müfəttişliyinin və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əmrləri ilə rəsmiləşdirilir.
Nəzarət postları vergi müfəttişliyinin və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin nümayəndələrindən təşkil edilir və onlar istehsalçıların iş rejiminə uyğun fəaliyyət göstərirlər.
Nəzarət postları bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28%-dən çox alkoqol olan) uçota alınmasına, onların keyfiyyətinə, aksiz markası ilə markalanmasına və vergidən yayınmasına nəzarət edir.
3. Nəzarət postlarının yaradılması haqqında əmrin surəti aidiyyəti üzrə istehsalçılara göndərilir. İstehsalçılar nəzarət postlarının səmərəli fəaliyyət göstərməsi üçün normal iş şəraiti yaratmalıdırlar.
4. İstehsalçıların spesifik xüsusiyyətlərini nəzərə alaraq nəzarət postlarının işçilərinin sayı və onların konkret nəzarət funksiyaları Baş Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir.
5. Vəzifə funksiyalarını yerinə yetirmək məqsədi ilə nəzarət postlarının işçiləri möhürlə təmin edilir.
6. Nəzarət postlarının öz vəzifələrini yerinə yetirməsi bu Qaydalarla və Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin normativ aktları ilə müəyyən edilir.

NƏZARƏT POSTLARININ ƏSAS VƏZİFƏLƏRİ
7. Nəzarət postlarının əsas vəzifələri, istehsalçılarda bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28%-dən çox alkoqol olan) istehsalına, keyfiyyətinə və satış həcmlərinə nəzarətin həyata keçirilməsindən ibarətdir.
Nəzarət postlarının işçiləri istehsalçının nümayəndəsi ilə birlikdə iş gününün sonunda istehsal sahələrindəki texnoloji avadanlıqları plomblamalı və növbəti iş gününün əvvəlində açmalıdır. Nəzarət postlarının işçilərinin iştirakı olmadan istehsal sahələrinin açılması qadağandır.
8. Nəzarət postları aşağıdakılara nəzarət edir:
bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərinin (tərkibində 28%-dən çox alkoqol olan), aksiz markalarının qalıqlarının inventarizasiya edilməsinə;
vergilərin düzgün hesablanmasına və vaxtında büdcəyə ödənilməsinə;
bütün növ etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (tərkibində 28%-dən çox alkoqol olan) keyfiyyətinə;
texnoloji avadanlıqların, ölçü vasitələrinin və laboratoriya cihazlarının texniki sazlığına və düzgün işlədilməsinə;
lisenziyada göstərilən istehsal həcmlərinin rüblər üzrə yerinə yetirilməsinə.

 

NƏZARƏT POSTLARININ FUNKSİYALARI
9. Nəzarət postları istehsalçının çıxış qapısından satışa buraxılan hazır məhsulların sayını onların mal-nəqliyyat qaimələrində göstərilən faktiki sayı ilə düzgünlüyünü yoxlayır, malların buraxılması haqqında sənədlərdə "buraxılışa icazə verilir" sözlərini yazıb, imza və möhürlə təsdiq edirlər.
Mal-nəqliyyat qaiməsində nəzarət postlarının qeydiyyatı olmadan malların daşınması qadağandır.
10. Nəzarət postları satışa buraxılmış mallar və avtomatlaşdırılmış uçot hesablayıcı qurğuların (sayğacların) göstəriciləri haqqında xüsusi jurnalda qeydlər aparır, istehsal olunmuş və satılmış malların uçotunu aparırlar.
Hər ayın sonunda malların alıcılara buraxılmasına icazə verən buraxılış vərəqələri mühasibatlıqda olan nüsxələrlə üzləşdirilir və kənarlaşma müəyyən edildikdə müvafiq akt tərtib edilir.
11. Nəzarət postlarının tərkibi 10 gün müddətindən çox olmamaq şərtilə dəyişdirilməlidir.
NƏZARƏT POSTLARI İŞÇİLƏRİNİN MƏSULİYYƏTİ
12. Nəzarət postlarının işçiləri bu Qaydalarda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
İSTEHSALÇILARIN MƏSULİYYƏTİ
13. İstehsalçılar bu Qaydaların tələblərinə əməl etməməsinə və ya nəzarət postlarının işçilərinin funksiyalarının yerinə yetirilməsinə maneçilik törədilməsinə görə qanunvericilikdə müəyyən edilmiş məsuliyyət daşıyırlar və bu halda nəzarət postları tərəfindən istehsalçılara lisenziya verən orqan qarşısında verilmiş lisenziyanın ləğv olunması haqqında məsələ qaldırılır.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır