| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
RESOLUTIONS
Print version
31.07.2010
Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 avqust 1999-cu il
№ 143
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 30 avqust tarixli 143 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma
QAYDASI
1. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestrinin aparılma qaydası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.
2. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestri (bundan sonra - reyestr) coğrafi göstəricilərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.
3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) saxlanılan kitabdır.
4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya İntellektual Mülkiyyəti Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir.
5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
coğrafi göstəriciyə verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, coğrafi göstəricinin qeydiyyat nömrəsi (111)
qeydiyyat tarixi (151)
coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)
coğrafi göstəricini qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)
coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarix (220)
əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələri:
coğrafi göstəricinin şəkli (540)
coğrafi göstəricinin kollektiv göstərici olduğunun göstərilməsi (551)*
coğrafi göstəricini kollektiv nişan kimi istifadə etmək hüququ olan şəxslər haqqında məlumat;*
əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi göstəricinin hüdudları;
mənşə ölkəsində mühafizə olunan coğrafi göstərici haqqında məlumat;*
coğrafi göstəricidən istifadə hüququ alan şəxsin adı və ünvanı; fiziki soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu (730)
coğrafi göstəricinin dərc edildiyi tarix.
6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə edilir:
şəhadətnamə sahibi olan hüquqi və ya fiziki şəxsin adlarının dəyişilməsi haqqında;
qeydiyyatın qüvvədə olma müddətinin uzadılması haqqında;
Səbəblərini göstərməklə coğrafi göstəricinin qeydiyyatının ləğv edilməsi haqqında;
coğrafi göstəricinin qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.
7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.
8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (SMPDK) coğrafi göstəricini reyestrdə qeydə alır.
9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş rüsumu ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 30 avqust tarixli 143 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma
QAYDASI
1. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrinin aparılma qaydası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.
2. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestri (bundan sonra - reyestr) əmtəə nişanlarının qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.
3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) saxlanılan kitabdır.
4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya İntellektual Mülkiyyəti Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir.
5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
əmtəə nişanına verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, əmtəə nişanın qeydiyyat nömrəsi (111)
qeydiyyat tarixi (151)
əmtəə nişanı qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)
əmtəə nişanını qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)
əmtəə nişanını qeydə almaq üçün iddia sənədinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olduğu tarix (220)
sərgi ilkinliyi və ya digər ilkinliyin tarixi (230)*
konvensiya ilkinliyi olan iddia sənədinin nömrəsi (310)*
konvensiya ilkinliyi olan iddia sənədinin daxil olduğu tarix (320)*
konvensiya ilkinliyi olan iddia sənədinin verildiyi ölkənin kodu (ÜİMT standartlarına uyğun olaraq) (330)*
Nitsa təsnifatına uyğun siniflər (511)
Disklamasiya (nişanın müstəqil mühafizə obyekti olmayan elementləri) (526)
əmtəə nişanının şəkli (540)
nişanın kollektiv nişan olduğunun göstərilməsi (551)*
nişanın üçölçülü olduğunun göstərilməsi (554)*
nişanın transliterasiyası (561)
nişanın və nişanda olan sözlərin tərcüməsi (566)
əmtəə nişanının rənglərinin göstərilməsi (591)
əmtəə nişanının sahibi olan hüquqi şəxsin adı və ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu (730)
Kollektiv nişandan istifadə etmək hüququ olan şəxslər haqqında məlumat əmtəə nişanının dərc edildiyi tarix.
6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə edilir:
əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqavilə və ya əmtəə nişanından istifadə hüququna dair lisenziya müqaviləsi haqqında.
əmtəə nişanının sahibi olan hüquqi və ya fiziki şəxslərin adlarının dəyişilməsi haqqında;
qeydiyyata alınmış əmtəə nişanına məxsus siyahının Nitsa təsnifatı üzrə həmcins əmtəə və xidmətlər əsasında genişləndirilməsi, o cümlədən əmtəələrin və ya xidmətlərin siyahısının qısaldılması haqqında;
əmtəə nişanının mahiyyətini dəyişməyən elementlərin dəyişilməsi haqqında;
əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması haqqında;
səbəbləri göstərməklə əmtəə nişanının qeydiyyatının ləğv edilməsi haqqında;
əmtəə nişanının qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.
7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.
8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (SMPDK) coğrafi göstəricini reyestrdə qeydə alır.
9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş rüsumu ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.
_________
* Göstərilən məlumatlar iddiaçının və ya SMPDK-nın tələbi olduqda təqdim edilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
3. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsində (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (SMPDA)" sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 5-ci bəndinin altıncı abzasında "Milli Patent Ekspertizası Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "(DETK)" sözü "(SMPDA)" sözü ilə ilə əvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Agentliyində (SMPDA)" sözləri "Komitəsində (SMPDK)" sözləri ilə, 8-ci bəndində "(SMPDA)" ifadəsi "(SMPDK)" ifadəsi ilə əvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bənddə "Apellyasiya komissiyasının" sözləri "Apellyasiya şurasının" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsində (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (SMPDA)" sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 5-ci bəndinin altıncı abzasında "Milli Patent Ekspertizası Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "(DETK)" sözləri "(SMPDA)" sözü ilə əvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Agentliyində (SMPDA)" sözləri "Komitəsində (SMPDK)" sözləri ilə, 8-ci bəndində "(SMPDA)" ifadəsi "(SMPDK)" ifadəsi ilə əvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "Apellyasiya komissiyasının" sözləri "Apellyasiya şurasının" sözləri ilə əvəz edilmişdir və qeydində "DETK" abreviaturası "SMPDK" abreviaturası ilə əvəz edilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio