| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
RESOLUTIONS
Print version
31.07.2010
«Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust
tarixli, 289 nömrəli

Fərmanının icrası barədə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək Tədbirlər» və «Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə Şərtlər» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, alkoqollu içkilərin istehsalına və idxalına xüsusi razılığı (lisenziyanı) bu qərara əlavə edilmiş «Alkoqollu içkilərin siyahısı və siyahıya uyğun olaraq əmtəə kodları» üzrə ayrı-ayrılıqda versin (siyahı əlavə olunur).
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, ölkənin iqtisadi maraqlarının təmin edilməsi, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması, habelə qeyri-qanuni mal dövriyyəsinin qarşısının alınması, əmtəə nişanlarından və coğrafi göstəricilərdən düzgün istifadə olunması, satışa çıxarılan məhsulların istehsal mənşəyinin müəyyən edilməsi məqsədi ilə alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının topdan və pərakəndə satış obyektlərində, habelə ictimai-iaşə müəssisələrində monitorinqin keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətli mütəxəssislərindən ibarət işçi qrupu yaratsın.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan sınaq
laboratoriyası üçün alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının sınaqlarını beynəlxalq standartların tələblərinə tam şəkildə cavab verə biləcək ekspres analiz metodlarının aparılması məqsədi ilə müasir laboratoriya avadanlığının Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin büdcədənkənar gəlirləri hesabına alınması məsələsinə baxsınlar.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlərin» 10-cu və 11-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


AzərbaycanRespublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 21 dekabr 2005-ci il
№ 235

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 21 dekabr tarixli, 235 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR


Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək

TƏDBİRLƏR

 

Sıra

№-si

Tədbirin adı

İcraçı təşkilatlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

1.

Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün

məmulatlarının qanunsuz (lisenziyasız) istehsal edilməsinə qarşı müvafiq Dövlət orqanlarının əlaqəli mübarizəsinin təşkil edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

2.

 

Gizli yolla spirt, alkoqollu içkilər və tütün məmulatları hazırlayan şəxslərin istehsal

sahələrinin, onların satışını təşkil edənlərin,

bundan ötrü istifadə olunan xammalın,

avadanlıqların və ləvazimatların mənbələrinin aşkar edilməsi

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

 

mütəmadi

 

3.

Saxta əmtəə nişanlarından istifadə edilməklə etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının idxalı, istehsalı və satışı

faktlarının aşkar olunması və buna qarşı

qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi və əhaliyə bu barədə

müvafiq məlumatların çatdırılması

 

Dövlət Gömrük Komitəsi, Dövlət

Sərhəd Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, kütləvi

informasiya vasitələri

mütəmadi

 

4.

Ölkənin iqtisadi maraqlarının təmin edilməsi, istehlakçıların sağlamlığının və hüquqlarının

müdafiəsinin gücləndirilməsi, daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması, habelə

qeyri-qanuni mal dövriyyəsinin qabağının

alınması, əmtəə nişanlarından və coğrafi

göstəricilərdən düzgün istifadə olunması, satışa çıxarılan məhsulların istehsal mənşəyinin və mənbəyinin müəyyən

edilməsi məqsədi ilə alkoqollu içkilərin, etil

(yeyinti) spirtinin və tütün məmulatlarının

topdan və pərakəndəsatış obyektlərində,

habelə ictimai-iaşə müəssisələrində

mütəmadi olaraq monitorinqlərin

keçirilməsi

bu qərarla müəyyən

edilmiş işçi qrupu

 

rübdə

1 dəfə

 

5.

Alkoqollu içkilər və tütün məmulatları istehsal edən müəssisələrin sanitariya norma və qaydalarına, texnoloji proseslərə nəzarətin,

eləcə də həmin müəssisələrdə fəaliyyət

göstərən müvafiq laboratoriyaların

vəziyyətinin müasir standartlara

uyğunluğunun təmin edilməsi

Səhiyyə Nazirliyi, Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi

 

ildə

1 dəfə

6.

İstehlak bazarını keyfiyyətsiz məhsullardan qorumaq və əhalinin sağlamlığının qorunması məqsədi ilə istehsal sahələrinin beynəlxalq standartların tələblərinə cavab verən texnoloji avadanlıqlar və ləvazimatlarla təminatına

nail olmaqla, standartlar və tələblərə əməl

edilməklə keyfiyyətli və təhlükəsiz məhsulların istehsalı

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi

İnkişaf Nazirliyi, Standartlaşdırma,

Metrologiya və Patent üzrə Dövlət Komitəsi

 

mütəmadi

 

7.

Ölkə əhalisinin sağlamlığının qorunması

üçün respublika ərazisinə qaçaqmalçılıq

və qeyri-qanuni yolla gətirilən malların

(məhsulların) qarşısının alınmasına, eləcə də

dövriyyədən çıxarılmasına, istehlak bazarının keyfiyyətli mallarla (məhsullarla) təmin edilməsinə nail olmaq

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə

Nazirliyi, Dövlət Gömrük Komitəsi,

Dövlət Sərhəd Xidməti, Kənd Təsərrüfatı

Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

 

8.

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və

tütün məmulatlarının topdan və pərakəndə

satışını həyata keçirən ticarət obyektləri və yerli istehsalçılar qanunvericiliyin

tələblərinə uyğun müşayiətedici sənədləri

təqdim etmədikdə, məhsulların istehsalının

və satışının qarşısının alınması və ya satışdan

çıxarılması ilə bağlı tədbirlərin görülməsi

bu qərarla müəyyən

edilmiş işçi qrupu

 

rübdə 1

dəfə

9.

Yerli istehsalçılar tərəfindən başqalarının əmtəə nişanlarından qanunsuz istifadə

etməklə alkoqollu içkilərin, etil (yeyinti)

spirtinin və tütün məmulatlarının istehsalı

nəticəsində yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması, istehsalçıların və istehlakçıların hüquqlarının müdafiəsi

ilə bağlı tədbirlərin həyata keçirilməsi

bu qərarla müəyyən

edilmiş işçi qrupu

mütəmadi

 

10.

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalını və satışını

tənzimləyən təkmilləşdirilmiş yeni sanitariya norma və qaydalarına baxılması

Səhiyyə Nazirliyi

 

2006-2007

11.

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı üçün milli Dövlət standartlarının işlənib hazırlanması

 

Standartlaşdırma, Metrologiya və Patent

üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

 

2006-2007

 

12.

Respublikada istehsal olunan və satılan

alkoqollu içkilərin və tütün məmulatlarının

bütün çeşidlərinə gigiyenik sertifikatın

alınması üzərində Dövlət sanitariya nəzarətinin gücləndirilməsi

Səhiyyə Nazirliyi

daimi

 

13.

Xarici dövlətlərdən Dövlət gigiyena

qeydiyyatına alınmamış alkoqollu içkilərin və

tütün məmulatlarının respublikaya idxalının

qarşısının alınması

Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi

daimi

14.

Saxta alkoqollu içkilərin istehsalının və satışının qarşısının alınması, istehsalçıların bir-birinin əmtəə nişanlarından qanunsuz istifadəsinə yol verilməməsi, büdcədən yayınma hallarına qarşı mübarizənin

gücləndirilməsi məqsədi ilə respublikanın

ərazisində fəaliyyət göstərən boş şüşə (tara)

qəbulu məntəqələrinin işinə nəzarətin tətbiq

edilməsi

istehsalçı müəssisələrin nümayəndələrini cəlb etməklə, bu qərarla müəyyən edilmiş işçi qrupu

 

mütəmadi

 

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 21 dekabr tarixli, 235 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDiR


Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı
və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək
məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün

TƏKMİLLƏŞDİRİLMİŞ ƏLAVƏ ŞƏRTLƏR

I. Alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
1. İstehsalda:
1.1. alkoqollu içkilər (alkoqollu içkilər dedikdə (pivə istisna olmaqla), hazır məhsulun tərkibində etil spirtinin miqdarı 1,5%-dən çox olan və yeyinti xammalından hazırlanan etil spirti əlavə olunmaqla istehsal olunmuş məhsullar nəzərdə tutulur) və etil (yeyinti) spirti yalnız mənşəyi bəlli olan və normativ texniki sənədlərdə nəzərdə tutulan xammallardan hazırlanmalıdır;
1.2. ərizəçiyə istehsal üçün xüsusi razılıq (lisenziya) «Alkoqollu içkilərin siyahısı və siyahıya uyğun olaraq əmtəə kodları» üzrə ayrı-ayrılıqda verilir;
1.3. lisenziyalar:
denaturasiya olunmamış etil (yeyinti) spirtinin (tərkibində 80 həcm %-dən az olmayan spirt konsentrasiyası ilə ) istehsalı üçün istehsal həcmi ildə 100 min dekalitrdən;
denaturasiya olunmamış etil (yeyinti) spirtinin, tərkibində 80 həcm %-dən az olan spirt konsentrasiyası ilə konyak spirtinin (üzüm mənşəli) istehsalı üçün istehsal həcmi ildə 5 min dekalitrdən, xam spirtin (üzüm və meyvə mənşəli) istehsalı üçün istehsal həcmi ildə 20 min dekalitrdən;
araq (vodka) istehsalı üçün istehsal həcmi ildə 100 min dekalitrdən;
təbii üzüm, meyvə və giləmeyvə şərablarının istehsalı üçün istehsal həcmi ildə 20 min dekalitrdən;
konyak tipli içkilərin (brendi) istehsalı üçün istehsal həcmi ildə 10 min dekalitrdən;
likör və tərkibində 28 həcm %-dən az spirt olmayan digər alkoqollu içkilərin istehsalı üçün istehsal həcmi ildə 30 min dekalitrdən;
şampan tipli şərablar (köpüklənən və oynaq şərablar) üçün istehsal həcmi ildə 150 min dekalitrdən az olmamaq şərtilə verilir.
Butulka üsulu ilə hazırlanmış şampan şərabı, üzüm, meyvə və giləmeyvə mənşəli şərab materialları və səməni pivəsi (tərkibində etil (yeyinti) spirtinin miqdarı 0,5%-dən çox olan alkoqollu pivə nəzərdə tutulur) istehsalı üçün lisenziyalar ərizəçilər tərəfindən müəyyən edilmiş illik istehsal həcmlərinə uyğun verilir;


1.4. lisenziyada göstərilən illik istehsal həcminin yerinə yetirilməsi lisenziya sahibinin fəaliyyəti üçün əsas şərtdir;
1.5. alkoqollu içkilər və etil (yeyinti) spirti həmin məhsulların satışına lisenziyası olan şəxslərə buraxılmalıdır;
1.6. şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyadan keçirilməsi və şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların Dövlət qeydiyyatına alınması barədə verilmiş şəhadətnamələrin surəti;
1.7. istehsal olunacaq bu və ya digər alkoqollu içki növünün xammalının mənşəyini və mənbəyini, eləcə də bütün keyfiyyət göstəricilərini təsdiq edən sənədin surəti;
1.8. mütəxəssislərin müvafiq ixtisasa malik olduqlarını təsdiq edən sənədin surəti;
1.9. alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və şərab materiallarının istehsalat Şərtlərinin (tətbiq olunan avadanlıq, texnoloji intizam, istehsalata nəzarət üzrə akkreditə edilmiş laboratoriyanın mövcudluğu, texnoloji xətlərdə avtomatlaşdırılmış uçot-hesablayıcı qurğuların (sayğacların, (plomblanmış spirtölçmə-nəzarət cihazlarının) qurulması) dövlət standartlarının tələbləri səviyyəsində olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
1.10. sanitar-epidemioloji tələblərə uyğun olması barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq ərazi üzrə orqanının rəyi.
2. İdxalda:
2.1. xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti;
2.2. lisenziyada göstərilən idxal həcminin yerinə yetirilməsi lisenziya sahibinin fəaliyyəti üçün əsas şərtdir;
2.3. ərizəçiyə idxal üçün xüsusi razılıq (lisenziya) «Alkoqollu içkilərin siyahısı və siyahıya uyğun olaraq əmtəə kodları» üzrə verilir.
3. Satışda:
3.1. kassa nəzarət aparatının müvafiq ərazi üzrə vergi orqanlarında uçota alınmasını təsdiq edən sənədin surəti;
3.2. ərizəçinin obyektinin alkoqollu içkilərin və etil (yeyinti) spirtinin satış qaydalarına cavab verməsi barədə ərizəçinin məlumatı.
II. Tütün məmulatlarının istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər:
1. İstehsalda:
1.1. tütün məmulatları yalnız mənşəyi bəlli olan və normativ texniki sənədlərdə nəzərdə tutulan xammallardan hazırlanmalıdır;
1.2. ərizəçiyə istehsal üçün xüsusi razılıq (lisenziya) məhsulun xarici iqtisadi fəaliyyətdə əmtəə nomenklaturu üzrə həmin malların kodlarına uyğun olması şərti ilə verilir;

1.3. tütün məmulatının istehsalı üçün xüsusi razılıq (lisenziya) istehsal həcmi ildə 300 mln. ədəd siqaretdən az olmamaq şərti ilə verilir;
1.4. lisenziyada göstərilən illik istehsal həcminin yerinə yetirilməsi lisenziya sahibinin fəaliyyəti üçün əsas şərtdir;
1.5. tütün məmulatları həmin məhsulların satışına lisenziyası olan şəxslərə buraxılmalıdır;
1.6. istehsal olunacaq tütün məmulatlarının xammalının mənşəyini və mənbəyini, eləcə də bütün keyfiyyət göstəricilərini təsdiq edən sənədin surəti;
1.7. mütəxəssislərin müvafiq ixtisasa malik olduqlarını təsdiq edən sənədin surəti;
1.8. tütün məmulatının istehsalat şərtlərinin (tətbiq olunan avadanlıq, texnoloji intizam, istehsalata nəzarət üzrə akkreditə edilmiş laboratoriyanın mövcudluğu, texnoloji xətlərdə avtomatlaşdırılmış çəki nəzarəti avadanlığının qurulması) Dövlət
standartlarının tələbləri səviyyəsində olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
1.9. sanitar-epidemioloji tələblərə uyğun olması barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq ərazi üzrə orqanının rəyi.
2. İdxalda:
2.1. xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti;
2.2. lisenziyada göstərilən idxal həcminin yerinə yetirilməsi lisenziya sahibinin fəaliyyəti üçün əsas şərtdir;
2.3. ərizəçiyə idxal üçün xüsusi razılıq (lisenziya) məhsulun xarici iqtisadi fəaliyyətdə əmtəə nomenklaturu üzrə həmin malların kodlarına uyğun olması şərti ilə verilir.
3. Satışda:
3.1. kassa nəzarət aparatının müvafiq ərazi üzrə vergi orqanlarında uçota alınmasını təsdiq edən sənədin surəti;
3.2. ərizəçinin obyektinin tütün məmulatlarının satış qaydalarına cavab verməsi barədə ərizəçinin məlumatı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 21 dekabr tarixli, 235 nömrəli qərarına
ƏLAVƏ


Alkoqollu içkilərin siyahısı və siyahıya uyğun olaraq

ƏMTƏƏ KODLARI

 

 

Sıra

№-si

Alkoqollu içkilərin siyahısı

Əmtəə kodu

1

Səməni pivəsi

220300və XİFƏN-ə uyğun digər kodlar üzrə

2

Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa

2204 və XİFƏN-ə uyğun digər kodlar üzrə

3

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

2205 və XİFƏN-ə uyğun

digər kodlar üzrə

4

Digər qıcqırdılmış içkilər (alma sidri, perri (armud sidri), bal içkisi);

qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin

qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış

220600 və XİFƏN-ə uyğun digər kodlar üzrə

5

Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az olmayan spirt

konsentrasiyası ilə; etil spirti və digər spirtlər, denaturasiya olunmuş, hər

hansı bir konsentrasiya ilə

2207100000 kodu üzrə [i]

6

Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az spirt konsentrasiyası

ilə; spirtli tinkturalar (nastoykalar), likörlər və digər spirtli içkilər

2208 və XİFƏN-ə uyğun

digər kodlar üzrə

   Aparatın rəhbəri A. Hacıyev

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 7 iyun 2007-ci il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 698)
2. 15 aprel 2008-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 309)
3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 3-cü və 4-cü bəndlərində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə təsdiq edilmiş "Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək Tədbirlər"in "İcraçı təşkilatlar" sütununun 1-ci, 3-cü, 5-ci, 6-cı, 7-ci və 11-ci bəndlərində "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə təsdiq edilmiş "Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə Şərtlər"in I bölməsinin 1.9-cu və II bölməsinin 1.8-ci bəndlərində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir.

15 aprel 2008-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 309) ilə "Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə Şərtlər"in I bölməsinin 1.1-ci yarımbəndində "alkoqollu içkilər" sözlərindən sonra "(alkoqollu içkilər dedikdə (pivə istisna olmaqla), hazır məhsulun tərkibində etil spirtinin miqdarı 1,5%-dən çox olan və yeyinti xammalından hazırlanan etil spirti əlavə olunmaqla istehsal olunmuş məhsullar nəzərdə tutulur)" sözləri əlavə edilmişdir.

15 aprel 2008-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 309) ilə "Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə Şərtlər"in I bölməsinin 1.3-cü yarımbəndinin doqquzuncu abzasında "səməni pivəsi" sözlərindən sonra "(tərkibində etil (yeyinti) spirtinin miqdarı 0,5%-dən çox olan alkoqollu pivə nəzərdə tutulur)" sözləri əlavə edilmişdir.

15 aprel 2008-ci il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 309) ilə "Alkoqollu içkilərin siyahısı və siyahıya uyğun olaraq əmtəə kodları"nın 5-ci sıra nömrəsinin 2-ci sütunundan "; etil spirti və digər spirtlər, denaturasiya olunmuş, hər hansı bir konsentrasiya ilə" sözləri çıxarılmışdır, 3-cü sütununda isə "2207 və XİFƏN-ə uyğun digər kodlar üzrə" sözləri "2207100000 kodu üzrə" sözləri ilə əvəz edilmişdir.

 

 

 

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio