| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
07.02.2011
"Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"nıntəsdiq edilməsi barədə
03.02.2011

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 24

Bakı şəhəri, 3 fevral 2011-ci il

"Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Ölçmə vasitələrinin dövlət reyestri (bundan sonra - Reyestr) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən tipi təsdiq edilmiş ölçmə vasitələrinin qeydiyyatı üçün nəzərdə tutulmuşdur və ölçmə vasitələrinin sınaqları və tipinin təsdiqi üzrə aparılan işlərin nəticələri haqqındakı rəsmi məlumat mənbəyidir.

1.3. Reyestr aşağıdakı məqsədlər üçün yaradılır:

- Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilən ölçmə vasitələrinin təsdiq edilmiş tipinin dövlət uçotunun təmin edilməsi;

- dövlət orqanlarının, hüquqi şəxslərin və fərdi sahibkarların ölçmə vasitələrinin tipləri (modifikasiyaları, icraları) haqqında informasiya təminatı;

- mərkəzləşdirilmiş məlumat-axtarış verilənlər bazasının yaradılması.

1.4. Reyestrin aparılmasına ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsi, Reyestrdən çıxarılması və Reyestrdə dəyişikliklərin edilməsi daxildir.

1.5. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- ölçmə vasitəsinin adı və tipi, modifikasiyaları və icraları, təyinatı və tətbiq sahəsi, əsas texniki xarakteristikaları;

- ölçmə vasitəsinin qeydiyyat nömrəsi;

- beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, sınaqların nəticələrinin tanınması və tipin təsdiqi zamanı digər dövlətin ölçmə vasitələrinin dövlət reyestrindəki qeydiyyat nömrəsi;

- ölçmə vasitəsinin Reyestrə daxil edilmə tarixi;

- ölçmə vasitəsinin istehsalçısının adı və olduğu yer;

- ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın qeydiyyat nömrəsi və qüvvədə olma müddəti;

- əsasında ölçmə vasitəsinin tipi hazırlanan normativ sənədin, yoxlama metodikasının adı və yoxlamalararası intervalın müddəti;

- ölçmə vasitəsinin tipinin Reyestrə daxil edilməsi və ya oradan çıxarılması, onun Reyestrdə qalma müddətinin dəyişdirilməsi və Reyestr sənədində dəyişikliklər edilməsi haqqında Komitənin qəbul etdiyi qərarın nömrəsi və tarixi (ölçmə vasitələrinin dövlət reyestri kitabının forması əlavə olunur).

2. Ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsinin əsasları

2.1. Ölçmə vasitələrinin tipi Komitənin qərarı ilə təsdiq edilir və Reyestrə daxil edilir.

Aşağıdakı hallardan biri ölçmə vasitələrinin tipinin təsdiq edilməsi və Reyestrə daxil edilməsi üçün əsas hesab edilir:

- ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə aparılan dövlət sınaqlarının müsbət nəticələri;

- beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, ölçmə vasitələrinin digər dövlətlərdə aparılmış dövlət sınaqlarının nəticələrinin tanınması və tipinin təsdiqi məqsədi ilə dövlət sınaqları materiallarının ekspertizası.

2.2. Ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsi Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatla təsdiq edilir.

2.3. Dövlət qeydiyyatı Komitənin müvafiq struktur bölməsinə tipin təsdiqi barədə qərarın daxil olduğu gündən başlayaraq, 5 gün müddətində aparılır.

2.4. Ölçmə vasitələrinin tipi Reyestrə 5 (beş) il müddətinə daxil edilir.

Ölçmə vasitələrinin tipinin Reyestrdə qalma müddəti Komitənin qərarına əsasən onların Reyestrə daxil edilməsi üçün müəyyən edilmiş qaydada uzadıla bilər.

2.5. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın verilməsinə və tipin Reyestrə daxil edilməsinə görə dövlət rüsumu "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

3. Reyestrdə dəyişikliklər edilməsi qaydası

3.1. Reyestrdə dəyişikliklər edilməsi aşağıdakı məqsədlərlə həyata keçirilir:

- ölçmə vasitələrinin tipinin Reyestrdə qalma müddətinin uzadılması;

- ölçmə vasitələrini istehsal edən hüquqi şəxsin adının və olduğu yerin dəyişməsi;

- ölçmə vasitələrinin əsas xarakteristikalarının təyinatının və tətbiq sahəsinin dəqiqləşdirilməsi;

- ölçmə vasitələrinin yoxlamalararası intervalının artırılması (azaldılması).

3.2. Reyestrdə dəyişiklik edilməsi Komitənin qərarı əsasında həyata keçirilir.

4. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması qaydası

4.1. Aşağıdakı hallarda ölçmə vasitələrinin tipi Reyestrdən çıxarılmalıdır:

- ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın qüvvədə olma müddəti qurtardıqda;

- ölçmə vasitələri onlara şamil edilən texniki normativ hüquqi aktların tələblərinə və onlar haqqında Reyestrə daxil edilmiş məlumatlara uyğun gəlmədikdə;

- 5 (beş) ildən artıq müddətdə seriyalı istehsal mənimsənilmədikdə.

4.2. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması Komitənin qərarı əsasında həyata keçirilir.

4.3. Tipi Reyestrdən çıxarılmış ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.

Tipi Reyestrdən çıxarılmış ölçmə vasitələrinin yalnız müqayisəli yoxlamadan və ya kalibrləmədən keçdikdən sonra istifadəsinə yol verilir.

4.4. Reyestrdən çıxarılmış ölçmə vasitələrinin tipinin qeydiyyat nömrəsi ölçmə vasitələrinin yeni təsdiq edilmiş tipinə verilmir.

5. Reyestrin məlumatları üzrə informasiya xidməti

5.1 Ölçmə vasitələrinin Reyestri həm kağız, həm də elektron daşıyıcılarda aparılır.

5.2. Reyestrdə olan məlumatlar bazasında maraqlı hüquqi və fiziki şəxslərə, o cümlədən xarici ölkələrə elektron qeydiyyat jurnalı əsasında müəyyən edilmiş qaydada informasiya xidməti həyata keçirilir.

5.3. Reyestrin məlumatı Komitənin dövri nəşrlərində və xüsusi informasiya məcmuələrində (göstəricilərində, məlumat kitabçalarında, kataloqlarda) çap olunur və Komitənin saytında yerləşdirilir.

5.4. Komitənin müvafiq struktur bölməsi ölçmə vasitələri haqqında məlumatları hazırlayır və rübdə bir dəfədən az olmayaraq, bu məlumatların mətbuatda dərc edilməsini təşkil edir.

5.5. Komitənin müvafiq struktur bölməsi Reyestrlə bağlı malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın Komitənin saytında yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir.

5.6. Komitənin müvafiq struktur bölməsi Reyestrdəki dəyişikliklər haqqında məlumatların bir aydan gec olmayaraq mətbuatda rəsmi dərc olunmasını təşkil edir.

5.7. Reyestrdən istifadə edən fiziki və hüquqi şəxslərin müraciətlərinə 5 (beş) gün müddətində baxılır.

6. Sənədlərin saxlanması qaydası

6.1. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması barədə sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi müddət ərzində Reyestrin arxivində saxlanılmalıdır.

6.2. Reyestrin sənədlərinin saxlanması Komitə tərəfindən aparılan sənədlərin saxlanmasının müəyyən edilmiş şəraitinə riayət etməklə və informasiyaya girişin məhdudluğu tələblərini təmin etməklə, arxivin ayrı-ayrı anbarında həyata keçirilir.

"Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"na əlavə

Ölçmə vasitələrinin dövlət reyestri kitabının forması

Sıra

№-si

Ölçmə vasitəsi-nin adı və tipi, modifi-kasiyaları və icraları, təyinatı və tətbiq sahəsi, əsas texniki xarakte-ristikaları

Ölçmə vasitəsi-nin qey-diyyat nömrəsi

Beynəlxalq sazişlərə və dövlətlər-arası standartlaş-dırma qaydalarına uyğun olaraq, sınaqların nəticələri-nin tanınması və tipin təsdiqi zamanı digər dövlətin ölçmə vasitələri-nin dövlət reyestrin-dəki qeydiyyat nömrəsi

Ölçmə vasitəsinin Reyestrə daxil edilmə tarixi

Ölçmə vasi-təsinin isteh-salçı-sının adı və oldu-ğu yer

Ölçmə vasitələri-nin tipinin təsdiq edilməsi haqqında Sertifika-tın qeydiyyat nömrəsi və qüvvədə olma müddəti

Əsasın-da ölçmə vasitə-sinin tipi hazırla-nan norma-tiv sənədin, yoxla-ma metodi-kasının adı və yoxla-malar-arası interva-lın müddəti

Ölçmə vasitəsi-nin tipinin Reyestrə daxil edilməsi və ya oradan çıxarıl-ması, onun Reyestrdə qalma müddəti-nin dəyişdiril-məsi və Reyestr sənədinə dəyişik-liklər edilməsi haqqında Komitə-nin qəbul etdiyi qərarın nömrəsi və tarixi

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır