| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
RESOLUTIONS
Print version
31.07.2010
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
7. "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəsizliyi təmin ediləcək məhsulların siyahısına" "Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısı" əlavə edilsin (5 nömrəli əlavə).
9. Bu Qərar imzalandığı gündən qüvvəyə minir

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 6 iyul 1998-ci il
№ 151

ƏLAVƏ N 5
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarına
ƏLAVƏ

Yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin
SİYAHISI

Məhsulun qrupu

Məhsulun növü

1

2

1. Yanğın avtomobilləri

Yanğın avtosisterni, yanğın  avtonasosu, yanğın nasos-şlanqlı avtomobil, yanğın-qəza xilasedici avtomobil, yanğın avtomobilləri (köpüklü söndürmə, tozlu söndürmə, qazla söndürmə, impulslu söndürmə, cəld reaksiya vermə, qaz-su qatışığı ilə söndürmə, kombinə üsulu ilə söndürmə), yanğın avtonəqliyyatı, yanğın avtoqaldırıcı, qazdan-tüstüdən müdafiə yanğın avtomobili, sudan müdafiə yanğın avtomobili, tüstü qovan yanğın avtomobili, yanğın avtonasos stansiyası, şlanq yanğın avtomobili, rabitə və işıqlandırma yanğın avtomobili, aerodrom xidməti yanğın avtomobili, ştab yanğın avtomobili, yanğın avtolaboratoriyası, texniki xidmət yanğın avtomobili, yanğın gəmisi, yanğın uçuş aparatları (təyyarələr, vertolyotlar), yanğın tüstü sorucuları (qoşqulu, daşınan), yanğın motopompası (qoşqulu, daşınan), yanğın qoşqusu, yanğın nasosu

2. Yanğın avadanlığı

Yanğın hidrantı, yanğın dirəkləri, yanğın şlanq altlığı, yanğın şlanqı (təzyiqli, sorucu), şlanq ötürücüsü, su yığıcı, şlanq ayırıcı, yanğın kolonkası, sorucu yanğın süzgəci, yanğın lüləsi (əl lüləsi, lafetli, su üçün, köpük üçün, toz üçün), yanğın hidroelevatoru, yanğın köpük qarışdırıcısı, şlanq kaseti, şlanq barabanı, şlanq dirsəyi, birləşdirici başlıqların açarı, şlanq dolayan qurğular, yanğın şlanqlarına xidmət xətləri, yanğın birləşdirici başlıqlar, şlanq tutucuları, şlanq körpücükləri, şlanq  sıxıcıları, yanğın qarmaqları, yanğın çəngəli, yanğın baltası, yanğın lingi, su və köpükəmələgətirici üçün boçkalar, qum qabı, yanğın lövhələri, asbest parçası, yanğın dirəklərinin şkafları, yanğın şitləri, qum üçün yeşiklər

3. Yanğın xilasedici qurğular

Siyirtmə yanğın nərdivanı, hücum nərdivanı, ağac nərdivanı, söykədilən yanğın nərdivanı, xilasedici şlanq, tullanmaq üçün nəzərdə tutulan xilasedici matras və xilasedici kətan, xilasedici kəndir, özü-özünü xilasetmə vəsaitləri

4. Yanğın söndürənlərin şəxsi müdafiə vasitələri

Yanğın dəbilqəsi, yanğın kəməri, yanğın karabini, istiliyi dəf edən yanğın kostyumu, yanğın söndürənin döyüş geyimi, yanğın söndürənlər üçün təcridedici əleyhqazlar və respiratorlar

5. Yanğınsöndürmə qurğuları (avtomatik, əl ilə idarə olunan, həcmli və səthi yanğın söndürmə, modullu)

Su ilə yanğınsöndürmə qurğusu, sprinklerli yanğınsöndürmə qurğusu, drençerli yanğınsöndürmə qurğusu, karbonlu yanğınsöndürmə qurğusu, azotlu yanğınsöndürmə qurğusu, aerozollu yanğınsöndürmə qurğusu, buxarla yanğınsöndürmə qurğusu, xladonlu yanğınsöndürmə qurğusu, köpüklü yanğınsöndürmə qurğusu, qazla yanğınsöndürmə qurğusu

6. Odsöndürənlər (daşınan, hərəkətli)

Su odsöndürücü, hava-köpük qatışıqlı odsöndürücü, kimyəvi-köpüklü odsöndürücü, tozlu odsöndürücü, xladonlu odsöndürücü, karbonlu odsöndürücü

7. Yanğın xəbərverici qurğular

Əl ilə idarə olunan xəbərverici, avtomat yanğın xəbərvericilər (istiliyə qarşı, alova qarşı, tüstüyə qarşı, radio izotoplu optik), yanğın qəbuledici nəzarətli cihaz, yanğın xəbərvericilər

8. Odsöndürücü vasitələr

Odsöndürücü tozlar, odsöndürücü qazlar və qaz tərkibli odsöndürücülər, köpük əmələgətiricilər

9. Maddə, material və məhsullar

Döşəmələr üçün xalçalar və xalça məmulatları, döşəmə ayaqaltıları, linoleum, penoplen, plastik məhsul növləri, lak və boyalar, yapışqan şpaklyovka, asma tavanların materialları, istilik təcridedici materiallar, bəzəmə və hörgü tikinti materialları, yanğına qarşı divarların oyuqlarında yerləşdirilmiş tikinti konstruksiyaları və məmulatları (qapılar, pəncərələr, darvazalar, lyuklar, qapaqlar), elektrik qurğuları və cihazları, kabel məhsulu, qaz cihazları və qurğuları, sauna üçün qurğular, sauna üçün tikinti komplekti

 
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio