| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin reyestrinin və kataloqunun yaradılması,saxlanılması və aparılması qaydaları haqqında Qərar

Qəbul edilmişdir: 20 oktyabr 1997-ci il, № 121.

Əlavə və dəyişikliklər: 10 mart 2004-cü il, № 27.

«Standartlaşdırma haqqında» Aərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli, 503 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydaları təsdiq edilsin (əlavə olunur).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 1997-ci il, № 4, maddə 337).

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli, 121 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Dövlət reyestri - respublikaya daxil olan və Azərbaycan Respublikasında istehsal olunan məhsulların (işlərin, xidmətlərin), habelə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi qeydiyyatdan keçən normativ sənədlərin (bundan sonra - NS) qeydiyyatını aparır.

1.2. Dövlət reyestri aşağıdakı məqsədlə aparılır:

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində dövlət qeydiyyatından keçən NS-in uçotunu həyata keçirmək, Azərbaycan Respublikasında istifadə olunan və tətbiqinə icazə verilmiş NS haqqında mərkəzləşdirilmiş dövlət informasiya məlumat fondları yaratmaq, əlaqədar müəssisə və təşkilatları müəyyən edilmiş qaydada Dövlət reyestrinə daxil olan materiallar fondunun informasiyası ilə təmin etmək.

1.3. NS-in dövlət qeydiyyatını, onların qeydiyyatdan keçməsi, yaxud ləğv edilməsi barədə vaxtında məlumatın dərc etdirilməsini, habelə Dövlət reyestri əsasında informasiya xidmətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi həyata keçirir.

1.4. Dövlət qeydiyyatının aparılması və Dövlət reyestrinin tərtib edilməsi üçün aşağıdakı sənədlər lazımdır:

normativ sənədlər (Dövlət standartları, texniki şərtlər (bundan sonra TŞ), milli standartlar və s.);

yoxlama metodikasına dair normativ sənədlər (istismar sənədində «yoxlama» olmadıqda), digər rəhbər sənədlər;

NS-in ləğvi barədə əmr.

1.5. Dövlət qeydiyyatından keçmiş normativ sənədlər Dövlət reyestrinin fondudur və daimi saxlanmalıdır.

2. Azərbaycan RespublikasınınStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Agentliyində qeydiyyatdan keçmiş normativsənədin dövlət reyestrinin aparılması qaydası

2.1. Dövlət reyestrini apararkən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi aşağıdakı vəzifələri həyata keçirir:

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində dövlət qeydiyyatından keçmiş NS-in qeydiyyatı;

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində dövlət qeydiyyatından keçmiş dövlət, dövlətlərarası, sahə standartlarının və TŞ, standartlaşdırma üzrə beynəlxalq standartların (İSO, MEK və s.), digər beynəlxalq təşkilatların, xarici ölkələrin standartlarının (o cümlədən firma, cəmiyyət və birliklərin) komplektləşdirilməsi, NS-in elmi cəhətdən araşdırılması;

dövlət reyestrinə daxil edilmiş NS haqqında rəsmi informasiya məlumatları fondunun və bu fond üçün sorğu-axtarış aparatının formalaşdırılması;

qeydə alınmış NS-in, Dövlət reyestri sənədlərinin saxlanması;

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən qeydiyyata alınmış NS-lər barədə məlumatların dərcə hazırlanması;

əlaqədar təşkilatların normativ sənədlər haqqında Dövlət reyestrində olan məlumatlarla müəyyən edilmiş qaydada təmin edilməsi;

dövlət reyestrində müvafiq dəyişikliklərin vaxtında aparılması.

2.2. Bütün sənədlər əyani, nömrəli, müntəzəm və əlifba (NS toplusunda) kataloqlarından ibarət olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sorğu-axtarış sistemində öz əksini tapır.

Əyani kataloq - NS üçün əsas oxucu kataloqdur, onların maksimum aşkarlanmasına xidmət edir. Kataloqa qüvvədə olan standartların və texniki şərtlərin biblioqrafik təsviri olan kartoçkalar daxildir.

Nömrəli kataloq - sənədlərin bütün kateqoriyaları və nömrələri üzrə fondu aşkarlayır. Onda dəyişikliklər, əlavələr, sənədlərin ləğvi, dəyişdirilməsi, nüsxələrin miqdarı haqqında məlumat verilir. Qüvvədə olan, əvəz edilmiş, ləğv olunmuş NS-i təsvir edən kartoçkada verilir.

Nömrəli kataloq ayrı-ayrı sıralarla aşağıdakı ardıcıllıqla qurulur:

Respublika standartları, TŞ, beynəlxalq standartlar, standartlaşdırma üzrə beynəlxalq təşkilatların tövsiyələri, xarici ölkələrin standartları.

Müntəzəm kataloq - bilik sahələri üzrə mövcud fondun məzmununu açıqlayır.

Əlifba kataloqu - normativ sənəd adlarının əlifba qaydasında toplusudur. Bu kataloqda sənədin titul vərəqində nömrəsinin göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün sənəd topluları əks etdirilir.

3. Dəyişikliklər, əlavələr, ləğv və əvəz edilmələr haqqında məlumatların kataloqa daxil edilməsi

Dəyişiklik və ya əlavə edilən hər bir sənəd üçün NS fondunun nömrəli kataloqunda müvafiq kartoçka axtarılıb tapılır. Sənədin dəyişdirilməsi və ya əvəz edilməsinə dair məlumat siyahılardan, informasiya göstəricilərindən və başqa rəsmi sənədlərdən nömrəli kataloqa köçürülür. Kataloqlara və kartotekalara normativ sənədlərə dəyişikliklər, əlavələr edilməsi, onların ləğvi və əvəz olunmasının daxil edilməsi rəsmi xəbər alınan gündən etibarən beş gün ərzində həyata keçirilir.

4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən keçmiş
normativ sənədlərin dövlət qeydiyyatı qaydası

4.1. Əlavədə göstərilən formadakı yazı dövlət qeydiyyatına və reyestrə daxil etmək üçün əsasdır.

4.2. Hər normativ sənədə dövlət qeydiyyatının sıra nömrəsindən və təsdiq edilən ilin son iki rəqəmindən ibarət qeydiyyat nömrəsi verilir.

4.3. NS-in adı Dövlət reyestrində qeyd olunur.

4.4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarına əsasən Dövlət reyestrinə aşağıdakı dəyişikliklər daxil edilə bilər:

NS-in qüvvədə olma müddətinin uzadılması haqqında;

NS-in yenisi ilə əvəz edilməsi ilə əlaqədar onun adının dəyişdirilməsi haqqında.

5. Dövlət reyestrindən normativ sənədlərin çıxarılması qaydası

5.1. Normativ sənədlərin ləğvi haqqında əmr və ya bildiriş onların Dövlət reyestrindən çıxarılmasına əsasdır.

5.2. Ləğv ediləndən sonra on gün ərzində normativ sənədin ləğvi haqqında qeyd daxil edilir.

5.3. Dövlət reyestrindən çıxarılan qeydiyyat nömrəsi yeni tətbiq edilən NS-ə verilmir.

5.4. Ləğv edilmiş NS 5 il ərzində Dövlət reyestrinin arxivində saxlanmalıdır.

 

6. Dövlət reyestrinin məlumatları ilə informasiya xidməti

6.1. Müəssisə, təşkilat və idarələrin Dövlət reyestrinin məlumatları ilə təmin edilməsi sahəsindəki informasiya xidmətini müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi həyata keçirir.

6.2. Yeni reyestrlər haqqında informasiya, habelə Dövlət reyestrindən ləğv olunanların çıxarılması barədə bildiriş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəsmi nəşrlərində dərc olunmalıdır.

6.3. Rəsmi NS toplularına verilən tələbat, dərc olunmanın hazırlanma qaydası və dövriliyi, habelə Dövlət reyestrinin fondu əsasında başqa informasiya növlərinin təqdim edilməsi qaydası Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təsdiq etdiyi normativ sənədlərlə müəyyən edilir.

6.4. İnformasiya xidməti sahəsindəki işlər və onların ödənilməsi maraqlı tərəflər arasında bağlanan müqavilələr əsasında həyata keçirilir.


Əlavə


Sıra nömrəsi
Dövlət reyestrinin nömrəsi, dövlət reyestrindən çıxarılma haqqında qeyd
NS-in adı
NS-in işarəsi
NS müddətinin uzadılması haqqında qeyd
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əmr, qərar və sərəncamının tarixi və nömrəsi
Dövlət reyestri üzrə sıra nömrəsi
Qeyd




Dövlət reyestrinə daxil olan
Dövlət reyestrindən çıxan
Əvəz edilən NS
Əvəz edən NS

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır