| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qərarlar
Çap versiyası
31.07.2010
«Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı»nın,«Tütün istehsalçılarına dövlət himayəsinin dövlət nəzarətininhəyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar 

Qəbul edilmişdir: 22 noyabr 2002-ci il, №185.

Əlavə və dəyişikliklər: 1. 29 iyun 2005-ci il,
№ 122; 2. 8 aprel 2006-cı il, №100.

«Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü, 6-cı və 9-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).

2. «Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

3. «Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 687).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmişdir

Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı

Aqrar bölmənin aparıcı sahələrindən olan tütünçülüyün və tütün emalı sənayesinin inkişaf etdirilməsi dövlətin aqrar siyasətində mühüm yer tutur.

1995-ci ildən başlanan aqrar islahatları nəticəsində digər sahələrdə olduğu kimi tütünçülükdə də ciddi struktur, sosial-iqtisadi dəyişikliklər baş vermiş, bazar münasibətləri təşəkkül tapmışdır. Bu sahədə mövcud olmuş kolxoz və sovxozların fəaliyyətinə xitam verilmiş, onların əkinə yararlı torpaqları və əmlakı kənd əməkçilərinə paylanmış, tütün emalı müəssisələri isə özəlləşdirilmişdir.

Tütünçülük sahəsində qiymətlər liberallaşdırılmış, dövlət orqanlarının sahibkarların təsərrüfat fəaliyyətinə əsassız müdaxiləsinin qarşısı alınmışdır. İdxal-ixrac əməliyyatlarında sərbəstlik yaranmış, kənd təsərrüfatı məhsullarının istehsalı üçün idxal olunan texnoloji avadanlıqlar gömrük rüsumundan azad olunmuşdur.

Məhsul istehsalçıları, torpaq vergisi istisna olunmaqla, digər vergilərdən və əvvəlki vergi borclarından «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 3 il müddətinə azad edilmişlər.

Aparılan islahatların nəticəsi olaraq, son illər tütünçülük sahəsində sahibkarlığın inkişafı, məhsul istehsalının artması müşahidə olunur. Respublikada dünya standartlarına uyğun yüksək keyfiyyətli tütün məmulatları istehsal edən müəssisə fəaliyyətə başlamışdır. Həmin müəssisənin xammala olan tələbatının əsas hissəsi idxal edilən tütünün hesabına ödənilir.

1997-ci ilə qədər əkin sahələrinin azalması və məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi nəticəsində tütün istehsalı sahəsində tənəzzül baş vermiş, 1991-ci ilə nisbətən xam tütün və tütün məmulatları istehsalının həcmi 50 faiz, ixrac potensialı 3 dəfə azalmışdır. 1991-ci ildə tütün əkini sahəsi 16,1 min hektar, məhsuldarlıq 35,6 sentner təşkil etdiyi halda, 2001-ci ildə bu göstəricilər uyğun olaraq 6,3 min hektar və 20,3 sentner olmuşdur. Həmin dövrlərdə tütün istehsalının həcmi 4,5 dəfə azalaraq 57,3 min tondan 12,7 min tona enmişdir.

Sahələrə lazımi aqrotexniki xidmətlərin göstərilməməsi, torpağa mineral maddələrin verilməməsi, bitki mühafizə vasitələrindən tam istifadə olunmaması, istehsalçıların marağının qorunmaması, istehsal olunmuş məhsulun emal müəssisələri tərəfindən alınmaması, köhnə satış bazarlarının itirilməsi, saxlanma, qablaşdırılma, daşınma və marketinq sistemlərinin aşağı səviyyəsi tütünçülükdə məhsul istehsalı həcminin kəskin surətdə azalmasına səbəb olmuşdur.

Tütün istehsalı və emalı sahələrinin inkişaf etdirilməsi, yerli şəraitə uyğun qiymətli tütün sortlarının yaradılması və rayonlaşdırılması, həmçinin bu sahəyə dövlət qayğısının artırılması istiqamətində strateji xətt «Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı»nda öz əksini tapmışdır.

I. Proqramın məqsədi

Proqramın məqsədi bazar iqtisadiyyatı şəraitində tütünçülüyün və tütün məmulatı istehsalının Azərbaycan Respublikasında inkişaf etdirilməsindən, ənənəvi yetişdirilən botaniki tütün sortlarının ətirli tütün sortları ilə optimal nisbətdə əvəz edilməsindən, keyfiyyətli məhsul istehsal edilməsindən, habelə tütün sortları toxumlarının ölkəyə gətirilməsi və istehsalının təşkilindən, yeni sortların əkilməsi və emalı texnologiyalarının tətbiqindən, tütünçülüyün müasir texnika ilə və texnoloji avadanlıqlarla təchiz olunması tədbirlərindən, sahəyə investisiyaların cəlb edilməsindən, habelə bu sahədə fəaliyyətin hüquqi əsaslarını müəyyən edən «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etməkdən ibarətdir.

II. Proqramın əsas istiqamətləri

Proqramın əsas istiqamətləri aşağıdakılardır:

qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun yetişdirilməsi;

tütünün və tütün məmulatının ixracının artırılması;

daxili tütün və tütün məmulatı bazarının qorunması;

xammal kimi idxal olunan tütünün yerli xammalla əvəz edilməsi;

əhalinin tütün məmulatının zərərli təsirindən qorunması üzrə tədbirlərin gücləndirilməsi;

tütünçülükdə tətbiq edilən texnikanın ölkə daxilində istehsalı.

III. Proqramın vəzifələri və əsas tədbirləri

Tütünün və tütün məmulatının istehsalına və dövriyyəsinə dair vəzifələr və əsas tədbirlər aşağıdakılardır:

tütün və tütün məmulatının keyfiyyətinin, istehsalının və dövriyyəsinin tənzimlənməsinə dair normativ hüquqi aktların qəbul edilməsi;

tütün və tütün məmulatı bazarının öyrənilməsi, proqnozların verilməsi, dövlət proqramı əsasında tütünçülüyün inkişafının əsas istiqamətlərinin və tənzimlənmə mexanizmlərinin müəyyənləşdirilməsi;

qiymətli və keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə və emalına dair aqrotexniki və texnoloji tədbirlərin müəyyən edilməsi;

daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatlarının kvotalaşdırılması;

tütün məmulatları üzrə aksiz vergisinin optimal dərəcələrinin müəyyən edilməsi və tətbiqi qaydalarının təkmilləşdirilməsi;

tütünün və tütün məmulatının keyfiyyətinə, eləcə də onun çəkim keyfiyyətinin (dequstasiyasının) müəyyənləşdirilməsinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi;

tütün istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və sosial müdafiəsinin təmin edilməsi;

yerli xam tütün məhsulundan tütün məmulatı istehsalının dövlət tərəfindən tənzimlənməsi;

tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri quran tütün emalı müəssisələrinə məqsədli kreditlərin ayrılması;

lizinq əsasında tütünçülükdə mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək, texniki xidmət, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təchizat sahələrində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması.

IV. Proqramın maliyyələşdirilməsi mənbələri

Dövlət Proqramının icrası ilə bağlı tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində sahibkarlığın inkişafına nəzərdə tutulmuş vəsaitin və cəlb olunan digər vəsaitlərin hesabına həyata keçiriləcəkdir.

V. Qiymətli və keyfiyyətli tütün istehsalı və emalı sənayesinin iqtisadi inkişafına dair Tədbirlər Planı

Görüləcək tədbirlər
İcraçılar
İcra müddəti (illər üzrə)

1
2
3

Tütünçülük sahəsində fəaliyyət göstərən fermer təsərrüfatlarının genişləndirilməsi və sənayeləşdirilməsi, torpaq və iqlim şəraitinə görə sortların əkilməsi və istehsal həcmlərinin müəyyənləşdirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
2002-2003

Fərdi yanaşma əsasında emal müəssisələrinin texniki inventarlaşdırılması, biznes-planların tərtib edilməsi və modernləşdirmə tədbirləri
İqtisadi İnkişaf Nazirliyi
2002-2003

Tütün istehsalçılarının və tütün emalı müəssisələrinin azı bir il müddətinə güzəştli kreditləşdirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Milli Bank, agent banklar, daxili və xarici investorlar
2002-2006

İdxal-ixrac əməliyyatlarında rüsum güzəştlərinin tətbiqi
İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi
2002-2006

Daxili bazarın qorunması üzrə tədbirlərin həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
2002-2006

Satış bazarlarının genişləndirilməsi, aqrotexniki servis xidməti infrastrukturlarının təkmilləşdirilməsi və yenilərinin yaradılması
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Ticarət və Sənaye Palatası
2002-2006

İstehsal sahələrində və emal müəssisələrində elmi nailiyyətlərin, aqrotexniki tədbirlərin və yeni texnologiyaların həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Elmlər Akademiyası
2002-2006

Xammalın və tütün məmulatlarının keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılması üzrə müvafiq normativ texniki bazanın yaradılması
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi
2002-2003

Ekoloji təmiz və dünya bazarında rəqabətə davamlı məhsulların istehsalının stimullaşdırılması
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi
2002-2006

Tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimlənmə tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
2002-2003

Tütün və tütün məmulatının istehsalına, keyfiyyətinə, eləcə də onun çəkim keyfiyyətinin (dequstasiyasının) müəyyənləşdirilməsinə və dövriyyəsinə dövlət tənzimlənməsinin təmin edilməsinə dair normativ hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi və tətbiqi
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi
2002-2003

Tütün məmulatının istehlakının azaldılmasına yönəldilmiş tənzimlənmə tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, icra hakimiyyəti orqanları
2002-2004

Tütün istehsalında bitki mühafizə, fitosanitar karantini işinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, irriqasiya və meliorasiyaya dair məqsədyönlü tədbirlərin həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
2002-2006

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli,185 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə

I. Ümumi müddəalar

1. Bu Əsasnamə «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikasının Qanununa, «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.

2. Bu Əsasnamə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində tütün istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilir.

II. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtlərinin istiqamətləri

Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri («Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulanlardan başqa) aşağıdakı istiqamətlərdə həyata keçirilir:

tütün istehsalçılarına kömək məqsədi ilə müvafiq elm, istehsalat, sərgi, informasiya mərkəzləri, mətbuat orqanı və digər strukturların yaradılması;

kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində tütün istehsalçılarına kömək göstərilməsi;

maddi, elmi-texniki və informasiya resurslarını əldə etmələri üçün tütün istehsalçılarına güzəştli şəraitin yaradılması;

tütün istehsalçılarının xarici iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi.

III. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər formalarının tətbiqinin şərtləri

Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər formalarının tətbiqi aşağıdakı şərtlərə riayət edildikdə həyata keçirilir:

tütünün istehsalı zamanı Azərbaycan Respublikasının dövlət standartlarının tələblərinə cavab verən rayonlaşdırılmış tütün sortlarının toxumundan istifadə edildikdə;

tütünün becərilməsi, dərilməsi, düzülməsi, qurudulması və ilkin emalı normativ sənədlərə və texnoloji normalara uyğun həyata keçirildikdə;

rəqabət qabiliyyətli tütün istehsalı təmin edildikdə;

son iki il ərzində istehsal edilmiş tütün tamamilə satıldıqda;

son iki il ərzində mənfəətlə fəaliyyət göstərildikdə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları

I. Ümumi müddəalar

1. Bu Qaydalar «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikasının Qanununa, «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 573 nömrəli Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsini müəyyən edir.

2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, habelə icra hakimiyyəti orqanları həyata keçirirlər.

II. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti

1. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti aşağıdakılardan ibarətdir:

1.1. tütünün istehsalı dövründə fitosanitar nəzarət;

1.2. tütünçülük sahəsində nəzarət;

1.3. tütün məmulatının istehsalının lisenziyalaşdırılması;

1.4. tütün məmulatının idxalının lisenziyalaşdırılması;

1.5. tütün məmulatının satışının lisenziyalaşdırılması;

1.6. tütün məmulatının istehsalı və satışı ilə məşğul olan müəssisə və təşkilatlarda norma və qaydalara, tütün məmulatının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə nəzarət;

1.7. tütünün və tütün məmulatının qeydiyyatı və müvafiq sertifikasiyası;

1.8. tütünün və tütün məmulatının istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanması, daşınması, markalanması, satışı, idxalı və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə əməl olunmasına nəzarət.

2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti bu Qaydaların 1.1 və 1.2-ci bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, 1.3 və 1.4-cü bəndlərində qeyd edilən sahələrdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, 1.6 və 1.7-ci bəndlərində qeyd edilən sahələrdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, 1.8-ci bəndində qeyd edilən sahələrdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya, və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, 1.5-ci bəndində qeyd edilən sahədə şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

2. Dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə törədə biləcək yeyinti məhsullarının istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

3. Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.

4. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanları (öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən məhsulların keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq sanitariya və fitosanitar standartlara, norma, qayda və tələblərinə (bundan sonra - standartlara və tələblərə) riayət edilməsinə nəzarəti həyata keçirirlər.

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.

5. Yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, respublika ərazisində istehlak üçün idxalı (sərbəst dövriyyə üçün buraxılış), ixracı və daşınması zamanı məhsulun keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün standartlara və aşağıdakı tələblərə riayət edilməsinə nəzarət edilir:

5.1. yeyinti məhsullarının insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək tələblərə:

yeyinti məhsullarının standart və tələblərə uyğunluğunun müəyyən edilməsi, müvafiq formada sənədləşdirilmiş ekspertiza, müayinə və sınaq nəticələrinə əsaslanır. Yeyinti məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə dövlət nəzarəti aparan səlahiyyətli şəxs tərəfindən təsərrüfat subyektinin nümayəndələrinin iştirakı ilə seçilmiş nümunələrin ekspertizası (sınaqları, müayinəsi) akkreditasiya olunmuş müvafiq laboratoriyalarda (mərkəzlərdə) təsərrüfat subyektinin vəsaiti hesabına aparılır. Ekspertizanın (müayinə və sınaqların) nəticələri nümunələrin seçildiyi məhsulun partiyasına şamil edilir və ekspertizanı (müayinə və sınağı) aparmış məsul şəxslərin imzaları ilə müvafiq sənədlərlə rəsmiləşdirilir;

5.2. yeyinti məhsullarının qablaşdırılmasına, etiketləşdirilməsinə, daşınmasına və saxlanmasına olan normativ sənədlərin tələblərinə:

istehsal edilən, habelə ixrac edilən yeyinti məhsullarının üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır; Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır; yeyinti məhsullarının etiketinin üzərində məhsulun adı, həcmi, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı, əmtəə nişanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır; yeyinti məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların istifadəsinə yalnız uyğunluq və gigiyenik sertifikatı olduqda icazə verilir; yeyinti məhsullarının saxlanması və daşınması zamanı normativ sənədlərin tələblərinin pozulması nəticəsində baş verə biləcək hər hansı bir tərkib dəyişmələrinə və çirklənmələrə yol verilməməlidir.

5.3. müvafiq norma və qaydalara istinad edilməklə təhlükəsizlik texnikası və əmək gigiyenası tələblərinə;

5.4. ölçmələrin vəhdətini və dəqiqliyini təmin edən metroloji qayda və normaların tələblərinə;

5.5. səlahiyyətli orqan tərəfindən verilmiş və ya tanınmış qüvvədə olan sertifikat və şəhadətnamələrin mövcudluğuna;

5.6. uyğunluq nişanının, «müalicəvi», «pəhriz», «ekoloji təmiz» adlarının qanunvericiliyə uyğun tətbiqinə;

5.7. sertifikat və şəhadətnamə verilmiş məhsulun normativ sənədlərinə və ya istehsalın texnoloji proseslərinə edilmiş dəyişikliklər barədə sertifikat və şəhadətnamə verən səlahiyyətli orqana vaxtlı-vaxtında məlumatın verilməsinə;

5.8. yeyinti məhsullarını istehsal edən obyektlərdə istehsalçının zəruri olan normativ sənədlərlə təminatına:

müvafiq səlahiyyətli dövlət orqanında qeydiyyatdan keçməmiş normativ sənədlə yeyinti məhsulunun istehsalına icazə verilmir; beynəlxalq, regional və xarici ölkələrin milli standartları əsasında yeyinti məhsullarının istehsalına, məhsulun keyfiyyətinə olan tələblərə cavab verdikdə və standartlaşdırma və sertifikatlaşdırma sahəsində milli orqanda (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) qeydiyyatdan keçirildikdən sonra icazə verilir;

5.9. istehsal edilən məhsulların sınaqlarının dövri olaraq müvafiq səlahiyyətli orqan tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda (mərkəzlərdə) aparılmasına;

5.10. yeyinti məhsullarını istehsal edən obyektlərdə istehsal texnologiyası prosesləri sahəsində ixtisaslı mütəxəssislərin olmasına.

6. Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) edilmiş məhsulların standartlara və tələblərə uyğunluğu araşdırılarkən, aşağıdakılar tələb edilir:

istehsalçı ölkənin müvafiq orqanları tərəfindən verilmiş məhsulun mənşəyini, keyfiyyətini və təhlükəsizliyini xarakterizə edən sertifikatların rəsmi tərcüməsi və məhsulun respublikaya daxil edilməsi üçün kontraktın (müqavilənin) surəti; Azərbaycan Respublikasında istehlak üçün idxal (sərbəst dövriyyə üçün buraxılış) olunmuş və ixrac edilən yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmaması barədə əlamətlər müəyyən edildikdə, məhsullardan seçilmiş nümunələrin sınaqları (müayinəsi) aparılır; istehsalçı ölkənin müvafiq orqanları tərəfindən yeyinti məhsullarına verilmiş uyğunluq sertifikatı dövlətlərarası müqavilələrə uyğun olaraq tanınmadan keçməli, belə müqavilələr olmadığı təqdirdə, məhsulların Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə uyğunluğunu təsdiq edən sertifikat alınmalıdır.

III. Dövlət nəzarətinin aparılması qaydaları

7. Dövlət nəzarətinin təşkili və keçirilmə formaları «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununa və qüvvədə olan qanunvericilik aktlarına uyğun həyata keçirilir.

8. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri çərçivəsində, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin müfəttiş və mütəxəssisləri həyata keçirirlər.

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti həmin məhsulların Azərbaycan Respublikasında istehlak üçün idxalı (sərbəst dövriyyə üçün buraxılış), istehsalı, ticarəti, tədarükü, saxlanması, ixracı və daşınması mərhələlərində keçirilir.

9. Dövlət nəzarət orqanları tərəfindən hər il aparılması planlaşdırılan yoxlamalar yeyinti məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində «Sahibkarlıq inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 6-cı bəndinə uyğun aparılır. Yoxlamalar istehlakçıların müraciət və şikayətləri əsasında və yoxlamanın nəticəsi üzrə hüquqi və fiziki şəxslər barəsində görülən tədbirlərin icrasını yoxlamaq məqsədi ilə təkrar aparıla bilər. Yoxlamalar əsasən seçmə üsulu ilə həyata keçirilir.

10. Dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətli şəxsi aşağıdakı hüquqlara malikdir:

zəruri hallarda təsərrüfat subyektlərinin rəhbərliyini məlumatlandırmaqla istehsal, saxlanma və satış sahələrinə sərbəst daxil olmaq; onlardan zəruri məlumat və sənədləri almaq; təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən əvəzsiz istifadə etmək; normativ sənədlərə müvafiq olaraq məhsulun standartlara və tələblərə uyğunluğunu təyin etmək məqsədi ilə sınaq nümunələri seçib götürmək; normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, iradnamə və tələbnamələr vermək, inzibati sanksiyalar tətbiq edilməsi üçün sertifikat və şəhadətnamələrin ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmaq.

Təsərrüfat subyektlərinin rəhbərləri dövlət nəzarətini həyata keçirmək üçün şərait yaratmalıdırlar.

11. Dövlət nəzarətinin nəticələri akt ilə (arayış və ya inzibati protokolla) rəsmiləşdirilir. Aktda müvafiq dövlət nəzarəti orqanı əməkdaşının soyadı, adı, atasının adı göstərilir və bu barədə nəzarət kitabçasında qeyd olunur. Araşdırma aktının bir nüsxəsi təsərrüfat subyektinin rəhbərinə təqdim edilir. Təsərrüfat subyektinin rəhbərinin aktı imzalayarkən, öz rəyini əlavə etmək hüququ var. Aktda aşağıdakı məlumatlar verilir:

hüquqi və fiziki şəxslər haqqında məlumatlar (müəssisənin ünvanı, müəssisə rəhbərinin soyadı, adı və atasının adı), nəzarəti aparan səlahiyyətli şəxslər haqqında məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı); nəzarətin aparılmasının səbəbləri və müddəti; araşdırma haqqında məlumatlar, sınaq üçün götürülən nümunələr və məhsulun partiyası haqqında məlumatlar və sınaq protokolu; araşdırmanın nəticələri.

Dövlət nəzarət aktı, arayış və inzibati protokol, qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq iradnamələr, tələbnamələr və göstərişlər inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.

IV. Tətbiq olunan hüquqi tədbirlər

12. Aşkar olunmuş pozuntuların təyin olunmuş müddətdə aradan qaldırılması məqsədi ilə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs təsərrüfat subyektinin rəhbərinə xəbərdarlıq və ya iradnamə, standartlara və tələblərə uyğun olmayan məhsul partiyasının istifadasinin və realizə edilməsinin qadağan olunması və dövriyyədən (satışdan) çıxarılması barədə isə göstəriş, inzibati qərar və ya tələbnamə vermək hüququna malikdir.

13. Yoxlamanın nəticələri üzrə verilən iradnamələrin, tələbnamələrin, qərar və göstərişlərin icrası hüquqi və fiziki şəxslər üçün məcburidir.

14. Aşağıdakı hallarda yeyinti məhsullarının Azərbaycan Respublikasında istehlak üçün idxalının (sərbəst dövriyyə üçün buraxılış), istehsalının, ixracının və satışının qadağan edilməsi barədə göstəriş və tələbnamə verilir:

14.1. yoxlanılan məhsullar standartlara və tələblərə uyğun gəlmədikdə və ya məhsulun müvafiq keyfiyyətdə sabit istehsalına şərait olmadıqda;

14.2. normativ sənədsiz, yaxud qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə məhsul hazırlandıqda;

14.3. yeyinti məhsulları gizlədildikdə;

14.4. istehsalçı (idxalçı, ixracatçı, satıcı) tərəfindən məhsulların sertifikatlaşdırma qaydaları pozulduqda, «müalicəvi», «pəhriz», «ekoloji təmiz» adlarından, AZS Milli Uyğunluq Nişanından qeyri-qanuni istifadə edildikdə;

14.5. saxta və başqasının əmtəə nişanı ilə icazəsiz məhsullar istehsal və realizə edildikdə;

14.6. buraxılması və ya satılması qadağan olunmuş mallar satıldıqda;

14.7. məhsulların saxlanması və ya satışı zamanı mal qonşuluğu qaydaları pozulduqda;

14.8. sertifikat və şəhadətnamə alınmadan yeyinti məhsulları istehsal olunduqda və satıldıqda;

14.9. yeyinti məhsullarının ticarət qaydaları pozulduqda;

14.10. qeyri-qanuni şəraitdə istehsal edilmiş yeyinti məhsulları satıldıqda.

15. Sertifikat və şəhadətnamə almış yeyinti məhsullarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar edildikdə sertifikat və şəhadətnamələrin fəaliyyəti dayandırılır.

16. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti aparılarkən, inzibati sanksiyaların tətbiq edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

17. Yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün sifarişçi və icraçılar bağladıqları müqavilələrə, habelə büdcədən maliyyələşən təşkilatlar yeyinti məhsullarının satınalınması üzrə keçirilən tenderin şərtlər toplusuna məhsulların standartlara və tələblərə uyğunluğunu təsdiq edən sertifikat və şəhadətnamələrin olması barədə müvafiq şərtlər daxil etməlidirlər.

18. Yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Qaydalara uyğun verilmiş qərar və tələbləri icra etmədikdə, mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri hərəkətlərinə və qəbul etdikləri qərarlara görə mövcud qanunvericiliyə müvafiq məsuliyyət daşıyırlar.

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanlarının qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır