| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
RESOLUTIONS
Print version
31.07.2010
"İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları"nın təsdiq edilməsi haqqında
12.04.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 63

Bakı şəhəri, 12 aprel 2010-cu il

"İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları"nın təsdiq edilməsi haqqında

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 190 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmişdir

İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və ixtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması qaydalarını tənzimləyir.

1.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və aqrokimya sahələrinə aiddir.

2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması şərtləri

2.1. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilər. İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.

Sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına qədər olan müddət daxil olduğu halda, həmin müddət sərf olunan müddətdən çıxılır.

Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.

2.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün vəsatət patentin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) təqdim edilir.

2.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə vəsatət patentin qüvvədə olma müddətinin sonuncu ilinin bitdiyi tarixə 6 (altı) ay qalmış və ya patentin qüvvədə saxlanması üçün dövlət rüsumunun ödənilməsinə görə müəyyən edilmiş müddətdən 12 (on iki) aylıq möhlət müddəti keçənədək Komitəyə təqdim olunur.

2.4. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üçün hər ilə görə qanunvericiliklə müəyyən edilən məbləğdə müvafiq dövlət rüsumu ödənilir.

Patentlərin qüvvədə saxlanılması üçün müəyyən edilən illik dövlət rüsumu hər il üzrə ödənilmədikdə, ixtira və ya sənaye nümunəsi patentləri qüvvədən düşmüş hesab edilir.

2.5. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üzrə işlərin aparılması bilavasitə patent sahibinin və ya patent müvəkkilinin vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.6. Vəsatət verilən tarixə kimi bu Qaydalarla müəyyən edilən işlərin yerinə yetirilməsinə dair səlahiyyətlərin patent müvəkkilinə verilməsi əvvəl verilən etibarnamədə göstərilmədikdə, patent müvəkkili Komitəyə yeni etibarnamə təqdim edir.

3. Patentlərin qüvvədə olma müddətinin uzadılması üçün təqdim olunan sənədlər

3.1. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər təqdim olunur:

ixtira patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət (1 nömrəli əlavə);

ixtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti təsdiq edən sənədin surəti;

etibarnamə (zərurət olduqda).

3.2. Patentin qüvvədə olma müddətinin uzadılmasına dair vəsatətə qoşulan sənədlər ixtira düsturunda göstərilən obyekti aşkar etməyə imkan vermədiyi halda, patent sahibi əlavə sənədlər təqdim edir.

3.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər təqdim olunur:

sənaye nümunəsi patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət (2 nömrəli əlavə);

etibarnamə (zərurət olduqda).

3.4. Vəsatət patent sahibi və ya patent müvəkkili tərəfindən imzalanır. Patent sahibi hüquqi şəxs olduqda, vəsatət təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. Vəsatətdə imza edən şəxsin soyadı, adı və vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur.

Patent sahibi fiziki şəxs olduqda, onun və ya patent müvəkkilinin imzası notariat qaydasında təsdiq edilir.

4. Vəsatətə baxılma qaydası

4.1. Vəsatət Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilində tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən 2 (iki) ay müddətində təqdim edilməlidir.

4.2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə Komitəyə daxil olan sənədlər 10 (on) gün müddətində araşdırılır. Patentlərin qüvvədə olma müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat müvafiq Dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur.

4.3. Komitəyə təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə vəsatət verən şəxsə bildiriş göndərilir. Vəsatəti verən şəxs bildirişi aldığı tarixdən 2 (iki) ay müddətində lazımi düzəlişlər edilmiş və ya çatışmayan sənədləri yenidən Komitəyə təqdim etməlidir. Lazımi düzəlişlər edilmiş və ya bu Qaydaların 3-cü bəndinə uyğun çatışmayan sənədlər müəyyən edilmiş müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, vəsatət verilməmiş hesab olunur.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio