| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Fərman və sərəncamlar
Çap versiyası
13.07.2010
Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 14.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 12.5-ci və 14.11-ci maddələrində nəzərdə tutulmuş istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 14.13-cü maddəsində adlar verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına görə alınan haqqın miqdarını, ödənilmə müddətini və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş üzümçülüyün inkişafı üzrə investisiya fondunun yaradılması və fəaliyyəti qaydaları barədə əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
həmin Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsində, 14.1-ci maddəsinin ikinci cümləsində, 14.11-ci, 14.13-cü, 16.2-ci, 18.5-ci və 25.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 6.3-cü, 7.3-cü, 10.2-ci maddələrində, 14.1-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 14.6-cı, 14.7-ci, 14.8-ci və 25.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
həmin Qanunun 14.16-cı və 16.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;
həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir;
həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan standartların təsdiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan təlimatların təsdiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
həmin Qanunun 22.1-ci, 24.1-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər. [1]

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 29 yanvar 2002-ci il
№ 667

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır