| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Fərman və sərəncamlar
Çap versiyası
13.07.2010
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI


"Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikası Prezidentinə məlumat versin;
iki ay müddətində:
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin, 2-ci abzasında nəzərdə tutulmuş tikintiyə, ərzaq məhsullarına, əhali üçün nəzərdə tutulan digər mallara və başqa zəruri məhsullara (işlərə, xidmətlərə) standart tələblərin əsaslarını hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsinin 1-ci abzasında nəzərdə tutulmuş beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi qaydalarını "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan tələblər əsas götürülməklə hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (I regional) və dövlətlərarası müqavilələr, habelə onlarn tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması qaydalarını təsdiq etsin;
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydalarını təsdiq etsin;
öz səlahiyyətləri daxilində "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Standartlaşdırma və Metrologiya Mərkəzinə tapşırılsın ki, "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunu ilə həmin Mərkəzin səlahiyyətinə aid edilən məsələləri qısa müddətdə həll etsin.
3. Müəyyən edilsin ki:
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsində və 13-cü maddəsinin 8-ci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü hissəsinin 1-ci abzasında, 5-ci maddəsinin 2-ci hissəsində, 6-cı maddəsinin 5-ci hissəsinin 2-ci abzasında, 7-ci və 9-cu hissələrində, 7-ci maddəsinin 5-ci hissəsində, 9-cu maddəsinin 2-ci və 4-cü hissələrində, 10-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 8 oktyabr 1996-cı il
№ 503


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)
2. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 3-cü bəndin üçüncü abzasında "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə Fərmanının 3-cü bəndinin üçüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır