| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Qanunlar
Çap versiyası
16.07.2010
"REKLAM HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA,
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ,
"TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA" VƏ "DƏRMAN VASİTƏLƏRİ HAQQINDA"
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 12; 1999-cu il, №4, maddə 225; 2000-ci il, №8, III kitab, maddə 587; 2001-ci il, №3, maddələr 142, 145, №5, maddələr 295, 298, №11, maddə 683; 2004-cü il, №1, maddələr 6, 13, №2, maddələr 57, 58; 2005-ci il, №2, maddə 61, №12, maddə 1083; 2006-cı il, №3, maddə 224; 2007-ci il, №8, maddə 749, №12, maddə 1218) 17-ci maddəsinin 3-cü bəndində "Dərman vasitələrinin" sözləri "Həkim resepti əsasında buraxılan dərman vasitələrinin" sözləri ilə əvəz edilsin, həmin bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
"Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.".

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701, 711, №10, maddələr 884, 885, №11, maddələr 956, 957, №12, maddələr 1045, 1047, 1049; 2009-cu il, №2, maddələr 36, 45, 49, 52, 53, №5, maddələr 309, 315, №6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519, №8, maddə 611, №12, maddələr 953, 954, 966, 971; 2010-cu il, №2, maddələr 70, 71, №3, maddələr 167, 171, 178; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 971-IIIQD, 972-IIIQD nömrəli qanunları) 68-4.2-ci maddəsində "Dərman vasitələrinin" sözləri "Həkim resepti əsasında buraxılan dərman vasitələrinin" sözləri ilə əvəz edilsin.

III. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 583; 2004-cü il, №1, maddə 10; 2005-ci il, №4, maddə 278, №6, maddə 469; 2006-cı il, №11, maddə 932, №12, maddə 1005; 2007-ci il, №6, maddə 560, №8, maddə 749, №11, maddə 1053; 2009-cu il, №6, maddə 394) 35.12-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamı qadağandır. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.".

IV. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 70, №11, maddə 1046; 2009-cu il, №6, maddə 397, №12, maddələr 948, 949) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 13.4-cü maddədə "Həkim resepti təqdim edilməklə buraxılmalı olan" sözləri "Həkim resepti əsasında buraxılan" sözləri ilə əvəz edilsin.

2. 16.4-cü maddə çıxarılsın.

3. Aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:

"Maddə 16-1. Dərman vasitələrinin reklamı

16-1.1. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin Azərbaycan Respublikasında reklamına yol verilmir.
16-1.2. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:
16-1.2.1. yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;
16-1.2.2. reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;
16-1.2.3. reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək;
16-1.2.4. sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;
16-1.2.5. həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;
16-1.2.6. reklam olunan dərman vasitəsinin müsbət təsirinə, onun təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;
16-1.2.7. reklam olunan dərman vasitəsinin bioloji aktiv əlavə və qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək;
16-1.2.8. reklam olunan dərman vasitəsinin təbii mənşəli olması, onun təhlükəsiz və (və ya) effektiv olmasına təminat verilməsi barədə məlumat yaymaq.
16-1.3. Bu Qanunun 16-1.2.2-ci və 16-1.2.3-cü maddələrinin tələbləri tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklama şamil edilmir.".


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır