| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
LAWS
Print version
18.11.2010
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 17; 2001-ci il, №6, maddə 360, №11, maddələr 676, 683, №12, maddə 736; 2003-cü il, №1, maddə 5; 2004-cü il, №2, maddə 57, №4, maddə 202; 2006-cı il, №12, maddə 1005; 2008-ci il, №2, maddə 49, №5, maddə 348, №6, maddə 462) 2-ci maddəsinin 3-cü bəndində "ticarət nişanları və müəlliflik hüquqlarından" sözləri "faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan" sözləri ilə əvəz edilsin.

II. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12, (I kitab), maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007-ci il, №2, maddə 80, №12, maddə 1203; 2008-ci il, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009-cu il, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010-cu il, №6, maddə 485) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 2.0.6-cı maddədə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin" sözləri ilə əvəz edilsin;
2. 8.4.14-cü maddədə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin" sözləri ilə əvəz edilsin;
3. 18-ci və 19-cu maddələrin adında "Sənaye mülkiyyəti obyektlərinin" sözləri "İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin" sözləri ilə əvəz edilsin;
4. aşağıdakı məzmunda 18.3-1-ci maddə əlavə edilsin:
"18.3-1. İddiaçının vəsatəti əsasında "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün - 20 manat;";
5. 18.13-cü maddədə "Sənaye mülkiyyəti obyektinin" sözləri "İxtiranın, faydalı modelin, sənaye nümunəsinin" sözləri ilə əvəz edilsin;
6. 18.17-ci maddədə "Sənaye mülkiyyəti obyektləri" sözləri "İxtira, faydalı model, sənaye nümunəsi" sözləri ilə əvəz edilsin;
7. aşağıdakı məzmunda 18.18-1-ci maddə əlavə edilsin:
"18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün - 50 manat;";
8. aşağıdakı məzmunda 18.22.3-cü maddə əlavə edilsin:
"18.22.3. 21-ci ildən 25-ci ilə kimi - 100 manat, hər artan il üçün 10 manat artırılmaqla.";
9. 18.24-cü maddə aşağıdakı redaksiyada verilsin:
"18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla;
18.24.2. 11-ci ildən 15-ci ilə kimi - 50 manat, hər artan il üçün 10 manat artırılmaqla.";
10. 18.38-ci maddədə "Sənaye mülkiyyəti obyektlərinin" sözləri "İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin" sözləri ilə əvəz edilsin;
11. aşağıdakı məzmunda 18.50.3-cü maddə əlavə edilsin:
"18.50.3. 21-ci ildən 25-ci ilə kimi - 100 manat, hər artan il üçün 10 manat artırılmaqla.".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2010-cu il.

 

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=6052&date=2010-11-13

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio