| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
17.04.2013
Fiziki şəxs Natiq Qədirova məxsus "Pizza İnn" adı ilə fəaliyyət göstərən müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı 8 ünvanında "Pizza İnn" adı ilə fəaliyyət göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq "Pinar" nişanlı "manqal sucuk" və 2 kq xarab olmuş mal əti aşkarlanmışdır. Bununla bağlı dərhal akt tərtib edilmiş və məhsulların istifadəsinə qadağa qoyulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunur. Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı aşkarlanmışdır. Belə ki, məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda, bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanmışdır.

Bu və digər nöqsanlarla əlaqədar olaraq, fiziki şəxs Natiq Qədirova pozuntuların 12 may 2013-cü il tarixinədək aradan qaldırılması barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır