| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
11.01.2013
Fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı və satışı qadağan edilmişdir - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Abbasov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə sanitariya norma və qaydalara uyğun gəlmədən, natəmiz şəraitdə, məhsul üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan rafinə edilmiş, preslənmiş qənd istehsal olunur. İstehsal olunan məhsulun təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikat yoxdur ki, bu da "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun deyil. Məhsulun markalanması ГОСТ 22-94 (3.5.1) standartına uyğun aparılmır. İstehsalda istismar olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, xammalların və hazır məhsulların saxlandığı anbar da sanitariya normalarına cavab vermir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq Fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı və satışı qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır