| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
12.11.2012
"Nemət-Ə" firmasına məxsus "Bahar" şadlıq sarayında istehlakçılara təqdim olunan bəzi məhsullarda təhlükəli mikroorqanizmlər aşkar olunmuşdur - FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 26 ünvanında fəaliyyət göstərən "Nemət-Ə" firmasına məxsus "Bahar" şadlıq sarayında dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə müxtəlif kulinariya məmulatları və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələblərinə riayət edilmədən, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Şadlıq sarayının ümumi sanitar vəziyyəti qeyri-qənaətbəxşdir, istifadə olunan və süfrələrə düzülən qablar açıq vəziyyətdə mətbəxin girişində gediş-gəlişin çox olduğu yerdə saxlanılır ki, bu da öz növbəsində həmin qabların çirklənməsinə səbəb olur. Şadlıq sarayının zalına keçirilən baxış zamanı istifadə olunan yemək dəstlərinin (çəngəl, bıçaq, qaşıq, külqabı) stollara tam təmizlənməmiş vəziyyətdə düzüldüyü müəyyən edilmişdir.

Müəssisədə yararlılıq müddəti bitmiş "Oldenburger" nişanlı "Fermerskaya" xaması, mənşəyi məlum olmayan və yararlılıq müddəti bilinməyən 500 qram qara və 300 qram qırmızı kürü, yararlılıq müddəti bitmiş, xarab olmuş "M&T" nişanlı bişmiş hisə verilmiş "Moskovskaya" kolbasaları aşkar edilmiş və qanunvericiliyə müvafiq olaraq aktlaşdırılaraq götürülmüşdür. Şadlıq sarayının anbarı olmadığından yeməklərin hazırlanmasında istifadə olunan müxtəlif növ ərzaq məhsulları saxlanma rejiminə riayət edilmədən mətbəxdə saxlanılır. Habelə meyvə nektarları, qazlı su, alkoqollu və alkoqolsuz içkilərin bir qismi bu məhsulların temperatur rejimlərinə riayət olunmadan zalın çıxışında yerdə, bir qismi isə soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Araşdırma zamanı şadlıq sarayında istehlakçılara təqdim olunan "paytaxt" və "mimoza" salatlarından və "lülə kabab" üçünçəkilmiş ətdən nümunələr götürülmüş və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələr mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına və bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə normativ sənədin tələblərinə cavab verməmişdir.

Faktla əlaqədar olaraq "Nemət-Ə" firmasına məxsus "Bahar" şadlıq sarayında "paytaxt" və "mimoza" salatları və "lülə kabab" üçün qiymənin hazırlanması və satışı qadağan edilmiş, müəssisə barədə inzibati protokol tərtib edilərək beş min manat məbləğində cərimə edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır