| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
31.10.2012

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 165/c ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsgər Nəcəfova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, istehsal olunan buğda unundan çörək məhsuluna müəyyən edilmiş qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan müəssisə fəaliyyət göstərir, istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, xammalların və hazır məhsulların saxlandığı anbar mövcud sanitar normalara cavab vermir. Bundan başqa müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün hər hansı laboratoriya ilə müqavilə bağlanmamışdır. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2005-ci il tarixli, 154 nömrəli Qərarının (5.9-cu bənd) tələbinə ziddir. Məhsul istehsalında istismar olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Faktla bağlı inzibati protokol tərtib edilmiş, müəssisə rəhbəri cərimələnmiş, "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Yeyinti məhsulları haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunlarına əsasən fiziki şəxs Əsgər Nəcəfova məxsus müəssisədə buğda unundan çörək istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25/28 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rahilə Hacıyevaya məxsus müəssisədə də dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə ГОСТ 27842 (bənd 1.1) standartına və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərir, istifadə olunan xammalların sertifikatları yoxdur, məhsulların istehsalında istismar olunan ölçmə vasitələri ГОСТ 8.513-84 standartının tələbləri və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə olunur. Həmçinin müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilmiş, fiziki şəxs Rahilə Hacıyevanın rəhbərlik etdiyi sexdə dairəvi çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 7,8, 12-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Afaq Piriyevə məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan məhsulun müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji prosesi reqlamentləşdirən texnooji təlimatı və resepturası yoxdur. Nəticədə normativ sənəd AZS 090-2003 (bənd 3.1.) standartının tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Çörək AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur ki, bu da "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbinə ziddir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriya ilə bağlanmış müqavilə mövcud deyil və məhsul sınaqları aparılmır. İstismarda olan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməmişdir. Bu və digər nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilmiş, fiziki şəxs Afaq Piriyevə məxsus müəssisədə çörək istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Şamaxı şəhəri, 41-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Qahir Dəmirova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan çörəyin uyğunluq sertifikatı yoxdur, istehsal şəraiti sanitar norma və qaydalara uyğun deyildir, xammalların saxlanması üçün şərait mövcud deyildir. Aşkar olunmuş faktla əlaqədar olaraq fiziki şəxs Qahir Dəmirova məxsus müəssisədə çörək istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Şamaxı şəhəri, "Bənövşə" restoranının yanında fəaliyyət göstərən fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan çörəyin uyğunluq sertifikatı yoxdur, istehsal şəraiti sanitar norma və qaydalara uyğun deyildir, xammalların saxlanması üçün şərait mövcud deyildir. Aşkar olunmuş faktla əlaqədar olaraq fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisədə çörək istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Ziya Əliyevə məxsus sexdə dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, məhsulun istehsalı zamanı istehsal prosesində istifadə olunan xammalların (unun, duzun, mayanın və yağın) gigiyenik və uyğunluq sertifikatları yoxdur, un istehsal sahəsində saxlanılır, hazır məhsul stellajlara yığılmır və üstü natəmiz polietilen parça ilə örtülür. Aşkar olunmuş faktlarla əlaqədar olaraq inzibati protokol tərtib edilmiş, fiziki şəxs Ziya Əliyevə məxsus çörəkbişirmə sexində məhsul istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, 46-cı məhəllə ünvanında fiziki şəxs statusu ilə fəaliyyət göstərən Hikmət Hüseynova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə çörək AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur, məhsulun istehsalı üçün texnoloji təlimat və reseptura yoxdur, istifadə olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Həmçinin müəssisənin sınaq laboratoriyasının olmadığı, məhsulların sınaqlarının aparılmadığı, anbarda xammalların saxlanma rejiminə əməl olunmadığı da müəyyən olunmuşdur. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq protokol tərtib edilmiş, müəssisə rəhbəri cərimələnmiş, fiziki şəxs Hikmət Hüseynova məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilmişdir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır