| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
17.10.2012
Fiziki şəxs Yaqub Şayevə məxsus "Topqapı" restoranında istehlakçılara təqdim olunan salatlarda və lülə kababda insan orqanizminə təhlükə törədə bilən mikroorqanizmlər və bakteriyalar müəyyən edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 26 ünvanda fəaliyyət göstərən fiziki şəxs Yaqub Şayevə məxsus "Topqapı" restoranında dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, mövcud olan soyuducu kamerada mal qonşuluğu pozularaq yarimfabrikatlar, çiy və bişmiş ət eyni tempraturda saxlanılır, istifadə olunan ətin baytarlıq sənədləri mövcud deyildir. Həmçinin hazırlanan salatların, kabab üçün yarımfabrikatların, peraşkilərin, müxtəlif milli xəmir xörəkləri üçün yarımfabrikatların, blinçiklərin və s. kulinariya məmulatlarının hazırlanma tarixi və yararlılıq müddəti barədə müəssisədə qeydlər aparılmır.

Restoran tərəfindən hazırlanmış məhsullardan götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında keçirilən sınaqları göstərmişdir ki, "paytaxt" və "manqal" salatları ümumi mikroorqanizmlərin sayına (mezofil-aerob və fakultativ-anaerob mikroorqanizimlərinin), S.aureus və proteus mikroorqanizimlərinin aşkar edilməsinə, "lülə kabab"ın hazırlanması üçün ət qiyməsi yarımfabrikatında bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə standartın tələblərinə cavab verməmişdir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Yaqub Şayevə məxsus "Topqapı" restoranına İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati protokol tərtib edilmiş, cərimə edilmiş, "paytaxt" və "manqal" salatlarının, "lülə kabab" üçün yarımfabrikat ət qiyməsinin hazırlanması və satışı qadağan edilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio