| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
01.10.2012
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sahib Abbasova məxsus broyler müəssisəsində dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir. Seçilmiş nümunələrin Komitənin Təcrübə- Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar (fekal çirklənmə, E.Coli mikroorqanizimləri) aşkar edilmişdir. Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə (ГОСТ 25391-82 bənd 1.1 və AZS 299-2008 bənd 3.1.1) müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur.

Bundan başqa müəyyən olunmuşdur ki, müəssisdə halal məhsul istehsalı üçün mövcud normativ sənəd AZS 372-2012 "Halal" ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda məhsullar "Halal" məhsul kimi təqdim edilir. Bununla da müəssisə tərəfindən "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddələrinin tələbləri pozulmuşdur.

Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilmişdir. Həmçinin müəssisə tərəfindən "Murad Agro" MMC və "Maştağa Broyler" MMC üçün kəsimin həyata keçirildiyi müəyyən olunmuşdur. Bu məhsullar müəssisənin soyuducu anbarından aşkar edilmişdir. Toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməmişdir.

Məhsul istehsalında istismar olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1 bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlara görə fizki şəxs Sahib Abbasova məxsus sexdə broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışı qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır