| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
10.09.2012
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında fəaliyyət göstərən "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və sosiska məmulatlarının istehsalına dövlət nəzarəti aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisənin sanitar vəziyyəti qeyri qənaətbəxşdir. Belə ki, xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermir. Bundan başqa müəssisə AZS 088-2003, AZS 100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir. Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyən olunmuşdur. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən və s. istifadə olunur.

Məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da faktiki kərə yağında istifadə olunmur. Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilərək aktlaşdırılmışdır. Həmçinin yoxlanılan yarım hisə verilmiş "Poltovskaya" və bişmiş hisə verilmiş "Servelat Halal" kolbasalarının təhülkəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən olunmuşdur. Müəssisədə mövcud normativ sənəd AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" standartının tələbinə uyğun olaraq "Halal" kolbasa məmulatlarının istehsalı üçün lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi "Halal" kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.

Aşkar olunmuş bu və digər nöqsanlara görə "Azərdad" MMC-də kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilmişdir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır