| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Təhlükəli məhsul
06.07.2012
Bakı şəhərində fiziki şəxs Yaşar Demirciyə məxsus sexdə karamel, fiziki şəxs Tahir Nəbiyevə məxsus sexdə alkoqolsuz içki, qazlı su və meyvə nektarları, "Amal" firmasında süd məhsulları, Sumqayıt şəhərində fiziki şəxs Cavanşir Bağırova məxsus sexdə, "Gündüz" MMC-də və "Jalə-94" firmasında çörək, Abşeron rayonunda "DMC" Kompani MMC-də alkoqolsuz içki, meyvə şirələri və qablaşdırılmış içməli sular, Xırdalan şəhərində fiziki şəxs Nazim Qarayevə məxsus sexdə süd məhsulları, Kürdəmir şəhərində fiziki şəxs Sübhan İslamzadəyə məxsus sexdə çörək, Cəlilabad şəhərində fiziki şəxs Məmmədəli Abbasova məxsus sexdə çörək, Masallı şəhərində fiziki şəxs Tofiq Məmmədova məxsus sexdə çörək, Şəki şəhərində fiziki şəxs Şahid Abdullayevə məxsus sexdə alkoqolsuz içkilərin istehsalı və satışı qadağan edilmişdir

FOTOLAR

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Yaşar Demirciyə məxsus sexdə karamel istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə normativ sənəd AZS 439-2010 standartının tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq edilmiş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimatı olmadan fəaliyyət göstərir, karameli təsdiq edilmiş resepturalar olmadan istehsal edir. Müəssisədə yoxlanılan "İpek" nişanlı nanəli və limonlu karamelin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatları yoxdur, istismar olunan ölçü vasitələrindən 5 ədədi qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs Yaşar Demirciyə məxsus sexdə karamelin istehsalı və satışını qadağan edən Tələbnamə verilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, biləcəri şossesi yeni y.m 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Tahir Nəbiyevə məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə nektarlarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə normativ sənədlər AZS 106-2003, AZS 009-94, AZS 282-2007 və ГОСТ 28188-89 standartlarının tələblərinə zidd olaraq müvafiq qaydada təsdiq edilmiş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimatı olmadan fəaliyyət göstərir, şaftalı və albalı nektarlarını, qızılgül alkoqolsuz içkisini və qazlı suyu təsdiq edilmiş resepturalar olmadan, sertifikatsız istehsal edir, istismar olunan ölçmə vasitələrindən 18 ədədi qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı fiziki şəxs Tahir Nəbiyevə məxsus sexdə alkoqolsuz içkilərin, qazlı suyun və meyvə nektarlarının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 84 ünvanında fəaliyyət göstərən "Amal" firmasında süd məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir, istehsal zamanı konkret adda məhsullar üçün mövcud olan resepturaya əməl olunmur, məhsulun yararlılıq müddəti resepturada nəzərdə tutulandan artıq qeyd olunur. İstehsal olunan məhsullar üçün mövcud olan resepturada antibiotik, qarğıdalı nişastası nəzərdə tutulmadığı halda məhsul istehsalında istifadə olunur. O cümlədən, məhsul istehsalı zamanı sanitar norma və qaydalara riayət olunmur, nəticədə normativ sənədlər - AZS 089-2003, AZS 121-2004, AZS 092-2003, AZS 220-2006 standartlarının tələbləri pozulur.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı "Amal" firmasında süd məhsullarının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Cavanşir Bağırova məxsus sexdə çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə texnoloji təlimat olmadan, sertifikatsız fəaliyyət göstərir, AZS 090-2003 standartının tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan, sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Həmçinin müəssidə unun saxlanması üçün anbar yoxdur, un kisələri çörək bişirilən sobaların yanında saxlanılır.
Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Cavanşir Bağırova məxsus müəssisədə çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, S.Vurğun küçəsi 22 ünvanında fəaliyyət göstərən "Gündüz" MMC-də çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, buğda unundan bişirilmiş dairəvi çörək AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydaları pozularaq sertifikatlaşdırılmadan istehsal olunur, hazır məhsulların müayinəsi üçün sınaq bölməsi yoxdur, xammalların saxlanıldığı anbar sanitar normalara cavab vermir. Müəssisədə istismar olunan ölmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməmişdir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar "Gündüz" MMC-də buğda unundan bişirilən dairəvi çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında fəaliyyət göstərən "Jalə-94" firmasında çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, buğda unundan bişirilmiş dairəvi çörək AZS Milli Sertifikatlaşdırma Sisteminin qaydaları pozularaq sertifikatlaşdırılmadan istehsal olunur, hazır məhsulların müayinəsi üçün sınaq bölməsi yoxdur, sexdə sanitar norma və qaydalara riayət edilmir. Müəssisədə istismar olunan ölmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməmişdir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar "Jalə-94" firmasında buğda unundan bişirilən dairəvi çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Şamaxı şossesi 19-cu km ünvanında fəaliyyət göstərən "DMC" Kompani MMC-də alkoqolsuz içkilər, meyvə şirələri və qablaşdırılmış içməli suların istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir. İstehsal olunan "Vita Fruit" əmtəə nişanlı moruq alkoqolsuz içkisinin sertifikatları yoxdur. Normativ sənədə (ГОСТ 16366-78) əsasən hazırlanan məhsul təbii meyvə lətindən hazırlanmalı olduğu halda, mənşəyi bilinməyən konsentratlardan, sintetik boyaq maddələri və aromatlardan istifadə olunaraq istehsal olunur. Lakin məhsulların üzərinə "meyvə şirəsi" yazılaraq istehlakçılar aldadılır. Məhsullarln hazırlanmasında istifadə olunan qatqılar kustar şəkildə heç bir ölçü hədləri olmayan qablardan istifadə olunmaqla gözəyarı qatılır. Həmçinin məhsulların saxlama müddəti normativ sənədə və texnoloji təlimata əsaslanmadan əsassız olaraq artıq göstərilir, markalanma düzgün aparılımır. Belə ki, əsassız olaraq yararlılıq müddəti kvasda 6 ay, "Vita Fruit" meyvə şirələrində 12 ay, duşes və tərxun içkilərində 6 ay, "Aqua Light" qazlı və qazsız qablaşdırılmış içməli sularda 12 ay göstərilir.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar "DMC" Kompani MMC-də alkoqolsuz içkilərin, meyvə şirələrinin və qablaşdırılmış içməli suların istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri 30-cu məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Nazim Qarayevə məxsus müəssisədə süd məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə 15% yağlılıqda xama və 3,2% yağlılıqda qatıq məhsulları sertifikatlaşdırılmadan istehsal olunur. İstehsal olunan məhsulların müayinəsi üçün sınaq bölməsi yoxdur, hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqavilə də mövcud deyil, məhsulların sınaqları aparılmır. Müəssisədə istismar olunan ölmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməmişdir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Nazim Qarayevə məxsus müəssisədə adı çəkilən süd məhsullarının istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Kürdəmir şəhəri, R.Axundov küçəsi 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sübhan İslamzadəyə məxsus sexdə çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə texnoloji təlimat və sertifikat olmadan fəaliyyət göstərir, hazır məhsulların müayinəsi üçün sınaq bölməsi yoxdur, sexdə sanitar norma və qaydalara riayət edilmir. Müəssisədə istismar olunan 2 ədəd ölmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmişdir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Sübhan İslamzadəyə məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Cəlilabad şəhəri, Bakı-Astara şossesi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədəli Abbasova məxsus sexdə buğda unundan bişirilmiş çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud deyil, istismar olunan ölçmə vasitələri qanunvericiliyin tələblərinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Məmmədəli Abbasova məxsus sexdə buğda unundan bişirilən çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Masallı şəhəri, Talışxanov küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Tofiq Məmmədova məxsus sexdə buğda unundan bişirilmiş çörəyin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, istehsal olunan əla növ buğda unundan bişirilmiş çörəyin uyğunluq və gigiyenik sertifikatları mövcud deyil. Hazır məhsulların müayinəsi üçün sınaq bölməsi yoxdur, sexdə sanitar norma və qaydalara riayət edilmir. Müəssisədə istismar olunan ölmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməmişdir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Tofiq Məmmədova məxsus sexdə buğda unundan bişirilən çörəyin istehsalı və satışı qadağan edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Şahid Abdullayevə məxsus sexdə alkoqolsuz içkilərin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, alkoqolsuz içkilər - "Duşes" və "Tərxun" limonadları normativ sənəd ГОСТ 28188-89 standartının tələblərinə zidd olaraq texnoloji təlimat və reseptura olmadan istehsal olunur, məhsulların uyğunluq sertifikatları mövcud deyil, məhsul istehsalı zamanı mənşəyi məlum olmayan konsentrat, rəng, ətirverici maddələr və karbon qazından istifadə olunur. Məhsulun qablaşdırılması üçün yığılmış şüşə butulkaların yuyulma şəraiti texnoloji rejimin tələblərinə ziddir.
Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar fiziki şəxs Şahid Abdullayevə məxsus sexdə alkoqolsuz içkilərin istehsalı və satışı qadağan edilmişdir.

Araşdırmalar davam etdirilir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır